“Güzəştli mənzil” sistemində bir sıra dəyişiklik edilib
Güzəştli mənzil satışında YENİ QAYDA – əvvəlcə yalnız ünvan üzrə seçim olacaq. MİDA mənzil seçimində böyük dəyişiklik edib – “Təsdiq et” düyməsi kifayət edəcək.Aparılan son təkmilləşdirilmədən sonra “Güzəştli mənzil” sistemində mənzil seçimi mərhələlərində bir sıra dəyişiklik edilmişdir.
Bu barədə Marja.az-a Mənzil İnşaatı Dövlət Agentliyindən bildirilib.
Güzəştli mənzillərin növbəti seçimi zamanı tətbiq ediləcək yeniliklərdən biri seçim üsulu ilə bağlıdır. “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nın 5.7-ci bəndinə əsasən elektron kabinet verilmiş şəxs mənzili ünvan əsasında seçir və seçilmiş mənzili digər şəxslərin seçməsi imkanı elektron sistem vasitəsilə məhdudlaşdırılır.
Buna uyğun olaraq, satış günü “Güzəştli mənzil” sistemi vasitəsilə həyata keçirilən seçim prosesi zamanı ilk olaraq “ünvan üzrə” seçim üsulu aktiv olacaq. Belə ki, vətəndaşlar ən azı 30 gün öncədən verilmiş elanla ətraflı tanış olduqdan sonra sahib olmaq istədikləri mənzillərin ünvanlarını Agentliyin rəsmi internet səhifəsində “Mənzillər” bölməsi (04.09.2026-cı il tarixində satışa çıxarılan mənzillər) vasitəsilə dəqiqləşdirib seçim günü həmin mənzilləri ünvanları üzrə axtarış edəcəklər. Vətəndaşlar ilk olaraq yalnız bir mənzili ünvanı üzrə axtarış edir və real vaxt rejimində həmin mənzilin statusu barədə məlumat alır. Daha sonra ardıcıl olaraq “xəritə üzərində” və “parametrlər üzrə” axtarış üsulları aktivləşəcək.
Xəritə üzərində seçim zamanı vətəndaşlar yalnız axtarış etdikləri binada seçdiyi mərtəbəyə uyğun olaraq satışda olan mənzillərin statusları barədə məlumatları, parametrlər üzrə axtarış zamanı isə ümumilikdə layihədə yerləşən bütün binalar üzrə seçilməyən mənzilləri görə biləcəklər. Bundan öncə keçirilən seçimlər zamanı bəzi vətəndaşlar nöqsanlara yol verərək otaq sayı, ödəniş üsulunda yanlış seçimlər edirdi. Tətbiq edilən bu yenilik isə vətəndaşlara seçimi daha rahat və dəqiq reallaşdırmağa imkan verəcək və mənzil seçmək şansını artıracaq.
Gözləmə qaydasında mənzil seçimi zamanı isə vətəndaşlar öncədən mənzillərin statuslarını görə biləcəklər. Bu da onların gözləmə qaydasında mənzil seçmək şansını daha da artıracaq. Yəni vətəndaş gözləmə qaydasında seçim zamanı 1-ci və ya 2-ci sırada seçilməyən mənzilləri öncədən görə biləcək. Beləliklə, gözləmə qaydasında mənzil seçimi prosesinin optimallaşdırılması vətəndaşların bu xidmətdən daha çevik və səmərəli şəkildə yararlanmasına şərait yaradacaq.
Növbəti yenilik “Seçimlər” mərhələsi ilə bağlıdır. Belə ki, verilən elana uyğun olaraq layihənin adı, daha sonra layihəyə uyğun olaraq ödəniş üsulu və mənzil seçimi üsulunun hər biri ayrılıqda yeni səhifədə yerləşdiriləcək.
Daha bir yenilik isə mənzil seçimi etdikdən sonra imzalama prosesi ilə bağlıdır. Artıq mənzili seçdikdən sonra elektron kabinet sahibindən ərizəsini imzalayıb təqdim etmək tələb olunmayacaq. Belə ki, vətəndaş “Güzəştli mənzil” sistemi vasitəsilə keçirilən mənzil seçimi prosesi çərçivəsində seçim zamanı “Təsdiq et” düyməsini sıxdıqdan sonra dərhal “Ərizəçi” statusunu əldə edəcək. Bu isə əlavə vaxt itkisinin qarşısını almaqla, prosesin daha sürətli və daha operativ həyata keçirilməsinə imkan yaradacaq.
Əlavə edək ki, Agentliyin rəsmi internet səhifəsində seçim prosesinə uyğun olan yeni bölmə yaradılıb. Bunun üçün vətəndaşlar mida.gov.az internet səhifəsində “Mənzillər” bölməsinə, “Güzəştli mənzil” sistemində isə “Demo satış” bölməsinə keçid edərək satışa çıxarılan bütün mənzillər barədə, həmçinin mənzillərin axtarış üsulları ilə bağlı məlumatlarla ətraflı tanış ola bilərlər. Qeyd edək ki, “Güzəştli mənzil” sistemi vasitəsilə keçiriləcək mənzil seçimi prosesinə əlavə təhlükəsizlik tədbirləri tətbiq edilə bilər.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərindən (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 36 d. əvvəl
- 39 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Kapital Bank nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib ®
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bank Bank İT sistemlərini yeniləyir — iri tender elan edildi
-
3 saat əvvəl
Dövlət satınalmalarında yeni imkan – sənədlər SİMA İmza ilə təsdiqlənəcək
-
3 saat əvvəl
ADB Azərbaycana rəqəmsal sektorun diaqnostikası üçün yardım göstərəcək
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Oktyabrın 6-da gözlənilən hava şəraiti
Xalq Bankdan yeni XalqKart Taksit kartları ®
Kapital Bank nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib ®
114 milyon manatlıq dərman zavodu açıldı
Ən çox oxunanlar
Bank Bank İT sistemlərini yeniləyir — iri tender elan edildi
Azərbaycan şirkəti Konqodakı neft emalı zavodunun modernləşdirilməsi üzrə qiymətləndirməyə başlayır
Deutsche Bank: Qızıl yenidən alış üçün cəlbedicidir
Yəmən hökuməti husilərin nəzarətindəki əraziləri geri almaq üçün genişmiqyaslı hücuma başlayıb
Claude-un sahibi birjaya çıxır – hədəf 2 trilyon dollardır
Rəsmi məzənnələr açıqlandı





















