Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Paşinyan dəmir yolu məsələsində Rusiya ilə dostluq şəraitində razılıq əldə etmək istəyir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Paşinyan dəmir yolu məsələsində Rusiya ilə dostluq şəraitində razılıq əldə etmək istəyir

Ermənistanın dəmir yollarının Rusiya tərəfindən idarə olunması ilə bağlı məsələnin kəskin qarşıdurma yolu ilə deyil, dostluq şəraitində həll edilməsinin tərəfdarıyam.

Bunu Ermənistan Baş naziri Nikol Paşinyan brifinqdə jurnalistlərə deyib.

Reklam_3_11

“Dəmir yolu ilə bağlı vəziyyətə gəlincə, biz dostluq şəraitində həll istəyirik. Yəni hansısa kəskin qərarlara getmək istəmirik. Dostluq şəraitində həll nə ola bilər? Bu, bir-birimizin maraqlarını qarşılıqlı şəkildə anlayıb dərk etməyimiz və müəyyən kompromislərə getməyimiz deməkdir”, - o bildirib.

Baş nazir mümkün kompromislərdən biri kimi “Rusiya Dəmir Yolları”nın Ermənistandakı konsessiya hüququnun satılmasını göstərib. Onun sözlərinə görə, bu satış tam və ya qismən həyata keçirilə, həmçinin elə səhmdarlıq modeli seçilə bilər ki, Ermənistanın beynəlxalq nəqliyyat şəbəkəsinə inteqrasiyası üçün imkan yaransın.

Paşinyan 2 milyard dollar məsələsinə də aydınlıq gətirib. O qeyd edib ki, bu rəqəmi konkret tələb və ya konkret ödənişlə əlaqələndirməyib və yalnız mümkün inkişaf ssenarilərindən birini nəzərdə tutub: “2 milyardla bağlı məsələyə gəlincə, mən bunun konkret olaraq hər hansı bir məsələyə aid olduğunu deməmişəm. Mən bunu mümkün inkişaf ssenarilərindən biri kimi, konkretlik göstərmədən və bunun nəzəri və praktiki olaraq həyata keçirilə biləcəyi bütün mümkün istiqamətləri nəzərə alaraq söyləmişəm”.

Qeyd edək ki, Paşinyan daha əvvəl də Ermənistanın dəmir yollarının Rusiya konsessiyasından çıxarılması və ya konsessiya hüququnun başqa, həm Moskva, həm də İrəvan üçün dost ölkəyə verilməsi variantını gündəmə gətirib.

İş elanları AzVak.az-da

© APA

İş elanları AzVak.az-da

13.08.2026 14:18
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19