Aylıq ödəniş 620 manatdan başlayır - Dövlət 208 təmirli mənzili kirayə yolu ilə satır
İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Abşeron rayonunun Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsində 208 yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edir.
Marja Fonda istinadən xəbər verir ki, yaşayış sahələri 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 620 manatdan başlayır.
Yeni mənzillərin seçimi 20 avqust 2026-cı il tarixində saat 15:00-dan etibarən açıq olacaq.
Müraciətlərin qəbulu və yaşayış sahələrinin seçimi Elektron Hökumət İnformasiya Sisteminə (e-gov.az) inteqrasiya edilmiş “Elektron ipoteka və kredit zəmanət” sistemi üzərindən həyata keçirilir.
Bildiririk ki, müraciətlər zamanı təhlükəsizliyin və şəffaflığın təmin edilməsi məqsədilə yaşayış sahələrinin seçimi SİMA biometrik identifikasiya üsulu ilə həyata keçiriləcəkdir. SİMA biometrik identifikasiya üsulunun tətbiqi ilə bağlı təlimatla bu keçid vasitəsilə tanış ola bilərsiniz.
Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi mexanizmi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (mcgf. gov. az), həmçinin “1549” Çağrı Mərkəzi vasitəsilə əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 37 d. əvvəl
- 40 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Kapital Bank nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib ®
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bank Bank İT sistemlərini yeniləyir — iri tender elan edildi
-
3 saat əvvəl
Dövlət satınalmalarında yeni imkan – sənədlər SİMA İmza ilə təsdiqlənəcək
-
3 saat əvvəl
ADB Azərbaycana rəqəmsal sektorun diaqnostikası üçün yardım göstərəcək
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Oktyabrın 6-da gözlənilən hava şəraiti
Xalq Bankdan yeni XalqKart Taksit kartları ®
Kapital Bank nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib ®
114 milyon manatlıq dərman zavodu açıldı
Ən çox oxunanlar
Bank Bank İT sistemlərini yeniləyir — iri tender elan edildi
Azərbaycan şirkəti Konqodakı neft emalı zavodunun modernləşdirilməsi üzrə qiymətləndirməyə başlayır
Deutsche Bank: Qızıl yenidən alış üçün cəlbedicidir
Yəmən hökuməti husilərin nəzarətindəki əraziləri geri almaq üçün genişmiqyaslı hücuma başlayıb
Claude-un sahibi birjaya çıxır – hədəf 2 trilyon dollardır
Rəsmi məzənnələr açıqlandı





















