970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Leobank Uşaq kartı istifadəçilərinin sayı 20 000-ə çatdı!

AzVak-mobil_resmin_ustu_31
Leobank Uşaq kartı istifadəçilərinin sayı 20 000-ə çatdı!
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Unibank”ın mobil bankçılıq xidməti Leobank tərəfindən uşaqlar üçün təqdim edilən Leo Uşaq Kartının istifadəçilərinin sayı 20 000-ə çatıb. Bu göstərici uşaqların maliyyə vərdişlərinin formalaşdırılmasına və valideynlərə gündəlik xərcləri idarə etməyə imkan verən həllərə marağın artdığını göstərir.

7-18 yaş arası uşaqlar üçün nəzərdə tutulan kart, uşaqlara öz pullarını idarə etməyi öyrənmək, valideynlərə isə xərclərə nəzarət etmək, limitlər təyin etmək və əməliyyatlar barədə real vaxt rejimində məlumat almaq imkanı yaradır. Beləliklə, uşaqlar maliyyə müstəqilliyinə ilk addımlarını atarkən, valideynlər də nəzarəti əllərində saxlayırlar.

İyun ayında keçirilən lotereya isə istifadəçilər üçün ilin ən yaddaqalan hadisələrindən biri olub. Kart sahiblərindən biri ailəsi ilə birlikdə Disneyland Paris Hotel-ə üçnəfərlik səyahətin qalibi olub. Hədiyyə paketinə Parisə gediş-dönüş aviabiletləri, 5★ Disneyland Paris Hotel-də 3 gecə, 4 gün qalmaq, Disneyland Paris-ə giriş biletləri və viza dəstəyi daxil edilib.

Öyrədən və qoruyan kart

Məhsul uşağın gündəlik istifadə edə biləcəyi tam hüquqlu bank kartı olmaqla yanaşı, valideynlər üçün geniş nəzarət imkanları təqdim edir. Kartın verilməsi və çatdırılması pulsuzdur və valideynlərdən biri özünün və uşağın şəxsiyyət vəsiqəsini təqdim etməklə, onu əldə edə bilər.

Uşaqlar üçün imkanlar:

• Şəxsi kart və istifadəsi rahat Leobank tətbiqi;

• Seçilmiş kateqoriyalarda 20%-dək keşbek;

• Xəyallar üçün pul toplamağa imkan verən və illik 6% gəlir təqdim edən Xəzinə;

• Aktivliyə görə mükafatlar və kart dizaynını dəyişmək imkanı;

• Xərcləri izləməyə və büdcəni planlaşdırmağa kömək edən xərc analitikası.

Valideynlər üçün imkanlar:

• Limitlərin təyin edilməsi, alış kateqoriyalarının bloklanması və nağdlaşdırmanın qadağan edilməsi;

• Hər bir əməliyyat barədə bildirişlər və real vaxt rejimində çıxarışa giriş;

• Pulsuz qeydiyyat, çatdırılma və kart balansının artırılması.

Kartı necə əldə etmək olar?

Kartı sifariş etmək üçün valideyn Leobank tətbiqində “Menyu” → “Uşaq kartı aç” bölməsinə keçərək uşağın məlumatlarını daxil etməli və müraciəti təsdiqləməlidir. Daha sonra çatdırılma üsulu və vaxtı seçilir.

Leobank haqqında

“Unibank”ın mobil bankçılıq xidməti olan Leobank Azərbaycanda ilk yalnız mobil bankçılıq xidmətidir. Leobank müştərilərinin sayı 1,5 milyondan çoxdur.

12.08.2026 16:43
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19