Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

25 auditor subyektinin icazəsi dayandırılıb

AzVak-mobil_resmin_ustu_31
25 auditor subyektinin icazəsi dayandırılıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda 2025-ci il ərzində 52 auditor təşkilatı və sərbəst auditora yeni fəaliyyət icazəsi verilib, 25 auditor subyektinin isə icazəsi müvəqqəti olaraq dayandırılıb.

Marja xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Auditorlar Palatasının 2025-ci il üzrə fəaliyyətinin yekunlarına dair hesabatında bildirilir.

Reklam_3_11

Hesabata əsasən, 2025-ci ildə ölkədə ümumilikdə 201 auditor təşkilatı və 66 sərbəst auditor audit fəaliyyəti həyata keçirmək hüququna malik olub. Beləliklə, ilin yekununda audit fəaliyyəti göstərmək hüququ olan subyektlərin ümumi sayı 267 təşkil edib.

185 yerli auditor təşkilatı fəaliyyət göstərib

2025-ci ilin dekabr ayına olan məlumata görə, ölkədə fəaliyyət göstərən 201 auditor təşkilatının 185-i yerli auditor təşkilatları olub.

Bundan başqa, Azərbaycanda “Böyük Dördlük” (Big Four) şirkətlərinə daxil olan 4 auditor təşkilatı və xarici hüquqi şəxslərin ticarət nişanından istifadə edən 12 auditor təşkilatı fəaliyyət göstərib.

Eyni dövrdə sərbəst auditorların sayı 66 nəfər təşkil edib.

25 auditor subyektinin fəaliyyətinə müvəqqəti məhdudiyyət qoyulub

Auditorlar Palatasının məlumatına görə, 2025-ci il ərzində 11 auditor təşkilatının və 14 sərbəst auditorun fəaliyyət icazəsi müvəqqəti olaraq dayandırılıb.

Beləliklə, il ərzində fəaliyyət icazəsi dayandırılan auditor subyektlərinin ümumi sayı 25 olub.

Onlardan 44%-i auditor təşkilatlarının, 56%-i isə sərbəst auditorların payına düşüb.

52 yeni icazə verilib

Ötən il audit bazarına yeni iştirakçılar da daxil olub.

2025-ci ildə 39 auditor təşkilatına və 13 sərbəst auditora yeni fəaliyyət icazəsi verilib. Ümumilikdə yeni icazələrin sayı 52-yə çatıb.

Yeni icazələrin 75%-i auditor təşkilatlarına, 25%-i isə sərbəst auditorlara verilib.

Eyni zamanda, 4 auditor təşkilatının və 1 sərbəst auditorun daha əvvəl dayandırılmış fəaliyyət icazəsi bərpa olunub. Beləliklə, il ərzində ümumilikdə 5 auditor subyektinin fəaliyyət hüququ yenidən qüvvəyə minib.

23 auditorun fəaliyyət müddəti uzadılıb

Hesabatda bildirilir ki, 2025-ci ildə 21 auditor təşkilatının və 2 sərbəst auditorun icazəsinin fəaliyyət müddəti uzadılıb.

Beləliklə, ümumilikdə 23 auditor subyektinin fəaliyyət icazəsinin müddəti yenilənib.

Bundan başqa, 5 auditor təşkilatının adı dəyişdirildiyinə görə onlara yeni icazələr təqdim edilib.

İl ərzində 2 auditor təşkilatının isə fəaliyyət icazəsinin müddəti başa çatıb. Sərbəst auditorlar arasında fəaliyyət icazəsinin müddəti başa çatan olmayıb.

“Böyük Dördlük”də dəyişiklik olmayıb

Hesabatın göstəricilərinə əsasən, “Böyük Dördlük” auditor təşkilatlarının və xarici hüquqi şəxslərin ticarət nişanından istifadə edən auditor şirkətlərinin sayında il ərzində dəyişiklik qeydə alınmayıb.

2025-ci ilin dekabrında bu kateqoriyalar üzrə müvafiq olaraq 4 və 12 auditor təşkilatı fəaliyyət göstərib. Bu şirkətlər üzrə fəaliyyətin dayandırılması, bərpası, yeni icazənin verilməsi və ya icazə müddətinin başa çatması qeydə alınmayıb.

Qeyd edək ki, Auditorlar Palatasının 2025-ci il üzrə fəaliyyətinin yekunlarına dair hesabatı Palata Şurasının 11 mart 2026-cı il tarixli 386/1 nömrəli qərarı ilə təsdiq edilib.

12.08.2026 12:07
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19