970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

İran Hörmüz boğazının yenidən açılması üçün iki şərt irəli sürüb

iç səhifə xəbər başlığı altı (mobil)_31
İran Hörmüz boğazının yenidən açılması üçün iki şərt irəli sürüb

İran dövlət televiziyasının məlumatına görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi keçirdiyi həftəlik mətbuat konfransında gündəmdəki məsələlərlə bağlı sualları cavablandırıb.

Mrjaa xəbər verir ki, Hörmüz boğazı ilə bağlı Omanla aparılan danışıqlara toxunan Bəqayi bildirib ki, Tehran hazırda Vaşinqtonla birbaşa danışıqlar aparmır. Bununla belə, vasitəçi ölkələr üzərindən qarşılıqlı mesaj mübadiləsi həyata keçirilir.

Reklam_3_11

ABŞ ilə danışıqların Omanla aparılan müzakirələrin gedişindən asılı olduğunu vurğulayan İran rəsmisi qeyd edib ki, danışıqların hazırkı mərhələsində Hörmüz boğazından keçən gəmilərdən ödəniş alınması məsələsi müzakirə edilmir.

Bəqayi Omanla danışıqların konstruktiv və müsbət istiqamətdə davam etdiyini bildirib.

“ABŞ mövcud siyasətini və dəniz blokadasını davam etdirəcəyi təqdirdə, Hörmüz boğazı təhlükəsiz keçid marşrutu olmayacaq”, – o deyib.

Bəqayi dəniz blokadasının aradan qaldırılması və ABŞ-nin hücumlarının qarşısının alınması üçün təkcə diplomatiyanın kifayət etmədiyini, hərbi variantlardan da istifadə olunduğunu vurğulayıb.

Son bir neçə ay ərzində Minab, Lamerd və Hörmüz bölgələrinin ön plana çıxdığını qeyd edən Bəqayi bildirib ki, bu üç bölgədə baş verənlər ABŞ və İsrail tərəfindən törədildiyi iddia olunan minlərlə digər müharibə cinayəti faktının diqqətdən kənarda qalmasına səbəb olmamalıdır.

“Lamerddə törədilən cinayətlərlə bağlı hər gün hadisənin yeni bir tərəfi üzə çıxır. Fosfordan istifadə də bunlardan biridir. Bu məsələləri müvafiq beynəlxalq qurumlara çatdırmışıq”, – Bəqayi deyib.

İran XİN-in sözçüsü, həmçinin Pakistanın İran parlamentinin sədri Məhəmməd Bağır Qalibafı və xarici işlər naziri Abbas Əraqçini ölkəyə dəvət etdiyini bildirib. Onun sözlərinə görə, səfər münasib şərait yarandıqda baş tutacaq.

10.08.2026 17:35
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19