“GL” ASC 15 faiz gəlirli istiqrazlarla 1 milyon manat cəlb edir
Bakı Fond Birjasının (BFB) Listinq Komitəsi “GL” ASC-nin 1 milyon manatlıq istiqraz buraxılışının ticarətə buraxılması barədə qərar qəbul edib.
Marja.az BFB-yə istinadən xəbər verir ki, qərar 7 avqust 2026-cı il tarixində verilib.
Emissiya çərçivəsində hər birinin ilkin ticarət qiyməti 100 manat olan 10 min ədəd istiqraz buraxılacaq. Qiymətli kağızların illik gəlirlilik dərəcəsi 15 faiz, tədavül müddəti isə 7 ildir.
Faizlər hər 30 gündən bir ödəniləcək
“GL” ASC-nin istiqrazları faizli, təminatsız, sənədsiz və adlı qiymətli kağızlardır. İstiqrazlar üzrə faiz ödənişləri hər ay bir dəfə – hər ayın 30 gün olduğu qəbul edilməklə həyata keçiriləcək.
Qiymətli kağızların dövlət qeydiyyat nömrəsi – ISIN kodu AZ2043020281-dir.
İstiqrazlar Bakı Fond Birjasında kütləvi təklif üsulu və birqiymətli hərrac vasitəsilə yerləşdiriləcək. Buraxılışın anderrayteri “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-dir.
İstiqrazların ticarətə buraxılacağı dəqiq tarix emitent tərəfindən daha sonra açıqlanacaq. Buna görə də Listinq Komitəsinin qərarı hələ istiqrazların yerləşdirilməsinə başlanılması deyil, onların birja ticarətinə qəbul olunması üçün verilmiş icazədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
9 saat əvvəl
Sahibkarlar Həftəsində Yapı Kredi Bank Azərbaycandan biznes müştərilərinə xüsusi fürsətlər ®
-
9 saat əvvəl
"Qüvvələrimizi birləşdirərək yeni bazarlara çıxa, birgə layihələr həyata keçirə bilərik"
-
10 saat əvvəl
“Hermes” lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
-
10 saat əvvəl
OBA müharibə veteranlarının məşğulluğuna verdiyi töhfəyə görə təltif olunub
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Bakıda “Türk dünyası – 2026” beynəlxalq idman rəqsləri müsabiqəsi keçirilib
-
11 saat əvvəl
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
- 13 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident İlham Əliyev Vyetnamda rəsmi səfərdədir
Ən çox oxunanlar
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
Bank olmayan kredit təşkilatına lisenziya verilib
Vergi yoxlamaları riskə görə aparılacaq – Dövlət Vergi Xidməti yeni mexanizm hazırlayır


























