Azərbaycanın 70 milyard dollarlıq fondu Perunun nəhəng elektrik enerjisi şirkətinə investisiya yatırdı
Azərbaycanın neft pulları Perunun enerji sektoruna yönəldildi - Azərbaycanın Neft Fondu Perunun enerji nəhənginə sərmayə yatırdı. İnvestisiya yatırılan “Inkia Energy” şirkəti Perunun elektrik enerjisinin 22 faizini istehsal edir.Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) qlobal infrastruktur investisiyaları üzrə dünyanın aparıcı şirkətlərindən biri olan “I Squared Capital” (“I Squared”) ilə tərəfdaşlıq çərçivəsində Perunun ən böyük müstəqil elektrik enerjisi istehsalçısı olan “Inkia Energy” şirkətinə investisiya edib.
Marja.az Fonda istinadən xəbər verir ki, 2026-cı ilin fevral ayında Kanadanın pensiya fondu olan “Canada Pension Plan Investment Board” (“CPPIB”) “Inkia Energy” şirkətinin 50 faiz payını “I Squared”-dən əldə edib. Qalan 50 faiz pay isə ARDNF-nin də iştirak etdiyi və “I Squared” tərəfindən idarə olunan investisiya strukturu vasitəsilə satın alınıb.
“Inkia Energy” hidroelektrik, təbii qaz, günəş və külək enerjisi aktivlərindən ibarət şaxələndirilmiş portfelə malikdir. Şirkətin ümumi effektiv istehsal gücü 2,6 QVt təşkil edir və Peru üzrə elektrik enerjisi istehsalının təxminən 22 faizini təmin edir. Bununla yanaşı, şirkət əsasən bərpa olunan enerji layihələrini əhatə edən 4 QVt-dan artıq inkişaf portfelinə malikdir və uzunmüddətli perspektivdə bu istiqamətdə fəaliyyətini genişləndirməyi strateji prioritet kimi müəyyən edib.
Inkia Energy Perunun enerji sektorunun aparıcı iştirakçılarından biri olmaqla yüksək əməliyyat göstəricilərinə malikdir. Sözügedən investisiya ARDNF-nin uzunmüddətli investisiya strategiyasına uyğun olaraq Fondun coğrafi diversifikasiyasını Latın Amerikası regionu istiqamətində genişləndirir və güclü fundamental göstəricilərə, eləcə də əlverişli risk-gəlirlilik profilinə malik elektrik enerjisi istehsalı sektorunda dayanıqlı aktivlər üzrə investisiya portfelini gücləndirir.
ARDNF haqqında
1999-cu ildə təsis edilmiş ARDNF ölkənin neft və qaz gəlirlərinin toplanması və səmərəli idarə olunmasını təmin edən suveren sərvət fondudur. Fondun əsas məqsədi əldə olunan gəlirlərin uzunmüddətli və dayanıqlı şəkildə idarə olunaraq gələcək nəsillər üçün qorunması və artırılmasıdır. Hazırda məcmu aktivlərinin həcmi 70 milyard ABŞ dollarından çox olan ARDNF borc öhdəlikləri və pul bazarı alətləri, səhmlər, qızıl, daşınmaz əmlak və infrastruktur kimi müxtəlif sahələri əhatə edən, qlobal miqyasda geniş diversifikasiya olunmuş investisiya strategiyası həyata keçirir.
“I Squared Capital” haqqında
“I Squared Capital” orta bazar seqmentinə yönəlmiş aparıcı müstəqil qlobal infrastruktur investoru olmaqla, idarəetməsində 60 milyard ABŞ dollarından artıq həcmdə aktivə malikdir. 2012-ci ildə təsis edilmiş şirkət bu gün enerji və kommunal xidmətlər, nəqliyyat və logistika, rəqəmsal ekoloji və sosial infrastruktursahələrini əhatə edən geniş investisiya portfeli ilə dünyanın ən şaxələndirilmiş infrastruktur investorlarından biri kimi fəaliyyət göstərir. Şirkətin investisiyaları dünya üzrə milyonlarla insan üçün mühüm əhəmiyyət daşıyan infrastruktur xidmətlərinin göstərilməsinə töhfə verir.
Hazırda “I Squared Capital”-ın investisiya portfelinə 70-dən çox ölkədə fəaliyyət göstərən 100-dən artıq şirkət daxildir. Şirkətin baş ofisi ABŞ-nin Mayami şəhərində yerləşir, Əbu-Dabi, London, Münhen, Nyu-Dehli, San-Paulu, Sinqapur, Sidney və Taybey şəhərlərində isə şirkətin nümayəndəlikləri fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
Dövlət Gömrük Komitəsi, Braziliya Gömrük Administrasiyası və Ümumdünya Gömrük Təşkilatının nümayəndələri Food City Agrocomplex-də olublar
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
3 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
1 gün sonra
Qızıl girovunuz başqa lombarddadır? Daha sərfəli şərtlə çıxarmaq mümkündür
-
-
7 d. əvvəl
MEDİA ləğv edildi, Azərbaycanda media sahəsinə vahid qurum nəzarət edəcək - 108 nəfər işləyəcək
- 17 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Azərlotereya"nın "Poz-Qazan" oyunları iyulda 15,7 milyon manatdan çox uduş qazandırıb ®
- 2 saat əvvəl
-
2 saat əvvəl
İlon Maskdan 16,8 milyard dollarlıq süni intellekt həmləsi: Nəhəng çip müəssisəsi qurulur
- 2 saat əvvəl
-
2 saat əvvəl
Vergi Xidməti planı aşıb – Büdcəyə 848 milyon manat artıq vəsait köçürülüb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Azərbaycanın 70 milyard dollarlıq fondu Perunun nəhəng elektrik enerjisi şirkətinə investisiya yatırdı
"Azərlotereya"nın "Poz-Qazan" oyunları iyulda 15,7 milyon manatdan çox uduş qazandırıb ®
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistandan nəhəng saziş
Ən çox oxunanlar
İlon Maskdan 16,8 milyard dollarlıq süni intellekt həmləsi: Nəhəng çip müəssisəsi qurulur
Çinin ixracı iyul ayında gözləniləndən daha çox artıb
İlin altı ayı ərzində Türkiyədən Azərbaycana təqribən 310 min dollarlıq günəş eynəkləri ixrac olunub
Azərbaycan biznesi Afrikaya gedir – Qeydiyyat başladı
“Soliton” Bakıda yeni multibrend mağaza açır
Azərbaycan neftinin son qiyməti























