970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Əmək gəlirlərinə vergi üç mərhələdə artırılacaq və 7 faizə çatdırılacaq

Vergi güzəşti əmək bazarını dəyişib – Müqavilələrin sayı 91 faiz artıb. Orxan Nəzərli: Əmək gəlirləri 11,2 milyard manata çatıb, kölgəyə geri dönüş baş verməyib. Əməkhaqqından tutulan gəlir vergisi 3 mərhələdə artırılaraq 7%-ə çatdırılacaq.
AzVak-mobil_resmin_ustu_31
Əmək gəlirlərinə vergi üç mərhələdə artırılacaq və 7 faizə çatdırılacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2019-cu ildən qeyri-neft sektorunun özəl bölməsində əmək gəlirlərinə tətbiq edilən vergi güzəştləri əmək bazarının leqallaşdırılmasına, əmək müqavilələrinin sayının kəskin artmasına və sosial sığorta daxilolmalarının genişlənməsinə ciddi təsir göstərib. Güzəşt müddəti başa çatdıqdan sonra isə əvvəlki vergi rejiminə birdən-birə qayıtmaq əvəzinə, üçillik mərhələli keçid modeli seçilib.

Marja xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli müsahibəsində bildirib.

Onun sözlərinə görə, vergi güzəştləri iqtisadi siyasətin mühüm alətlərindən biri olsa da, müddətsiz xarakter daşımır. Hər bir güzəşt konkret iqtisadi və sosial məqsədlər üçün tətbiq edilir, müəyyən dövrdən sonra isə onun məşğulluğa, əmək bazarına, iqtisadi aktivliyə və büdcə gəlirlərinə təsiri qiymətləndirilir.

Orxan Nəzərli qeyd edib ki, qiymətləndirmənin nəticəsindən asılı olaraq güzəştin saxlanılması, yeni formada davam etdirilməsi və ya mərhələli şəkildə ləğvi barədə qərar qəbul olunur.

“Dövlət güzəşt tətbiq edərkən müəyyən gəlirlərindən imtina edir. Bunun qarşılığında isə məşğulluğun artması, əmək münasibətlərinin leqallaşdırılması, iqtisadi aktivliyin genişlənməsi və digər hədəflərə çatmaq istəyir”, – deyə DVX rəisi bildirib.

Əmək müqavilələrinin sayı 91 faiz artıb

Orxan Nəzərlinin sözlərinə görə, 2019-cu ildən qeyri-neft sektorunun özəl bölməsində əmək gəlirlərinə tətbiq olunan vergi güzəşti genişmiqyaslı islahat olub.

İslahatın əsas məqsədi əmək münasibətlərinin leqallaşdırılması, qeyri-rəsmi məşğulluğun azaldılması və əməkhaqqı fondunun şəffaflaşdırılması olub.

DVX rəhbəri bildirib ki, 2019-cu illə müqayisədə sözügedən sektorda əmək müqavilələrinin sayı 91 faiz artaraq 1 milyonu ötüb.

Eyni zamanda, 2025-ci ildə qeyri-neft sektorunun özəl bölməsində əmək gəlirləri 2019-cu illə müqayisədə 6,5 milyard manat artaraq 11,2 milyard manata çatıb.

Bu göstəricilər güzəştin yalnız əmək müqavilələrinin sayını artırmadığını, eyni zamanda rəsmi əməkhaqqı fondunun və bəyan edilən əmək gəlirlərinin əhəmiyyətli dərəcədə genişlənməsinə səbəb olduğunu göstərir.

DSMF-nin gəlirləri iki dəfədən çox artıb

Orxan Nəzərli bildirib ki, vergi güzəştlərinin tətbiqi ilkin mərhələdə dövlətin bəzi vergi gəlirlərindən imtina etməsi ilə nəticələnsə də, əmək münasibətlərinin leqallaşdırılması Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinə ciddi müsbət təsir göstərib.

Onun sözlərinə görə, islahat dövründə DSMF-nin gəlirləri iki dəfədən çox artıb.

Bunun nəticəsində dövlət büdcəsindən fonda ayrılan transfertlərin ümumi gəlirlərdə xüsusi çəkisi azalıb.

Beləliklə, vergi güzəşti nəticəsində bir istiqamətdə yaranan gəlir itkisi digər istiqamətlərdə sosial sığorta daxilolmalarının artması, əmək bazarının şəffaflaşması və büdcə yükünün nisbətən azalması ilə kompensasiya edilib.

Vergi dərəcəsi üç mərhələdə 7 faizə çatdırılacaq

DVX rəhbəri bildirib ki, güzəşt müddəti başa çatdıqdan sonra hökumət daxilində aparılan müzakirələr zamanı əvvəlki yüksək vergi dərəcələrinə birbaşa qayıdış məqsədəuyğun hesab edilməyib. Əsas risk əmək münasibətlərinin yenidən kölgəyə keçməsi və qeyri-rəsmi məşğulluğun artması olub.

İş elanları AzVak.az-da

Bu səbəbdən üçillik mərhələli keçid modeli qəbul edilib. Modelə əsasən, əmək gəlirlərinə tətbiq olunan vergi dərəcəsi:

- birinci ildə 3 faiz;

- ikinci ildə 5 faiz;

- üçüncü ildə 7 faiz olacaq.

Orxan Nəzərli bildirib ki, bu yanaşma əvvəlki islahatın nəticələrini qorumağa, biznesin yeni vergi rejiminə tədricən uyğunlaşmasına və əmək münasibətlərinin yenidən kölgəyə keçməsinin qarşısını almağa imkan verir.

“Biz artıq müəyyən müddət keçdikdən sonra görürük ki, yeni model çərçivəsində kölgəyə qaçış baş verməyib və əmək gəlirlərinin leqal şəkildə bəyan edilməsi davam edir”, – deyə DVX rəhbəri qeyd edib.

Xatırladaq ki, Azərbaycanda 2026-cı ildən etibarən qeyri-neft-qaz sektorunun özəl (qeyri-dövlət) bölməsində çalışan işçilərin aylıq əməkhaqqından tutulan gəlir vergisi məbləği 2500 manatadək olanda 3% dərəcə ilə tətbiq olunur.

Azad edilmiş ərazilərdə yüzlərlə sahibkar fəaliyyət göstərir

Orxan Nəzərli işğaldan azad olunmuş ərazilərdə tətbiq edilən güzəştlərin yalnız vergi güzəştləri kimi qiymətləndirilməsinin düzgün olmadığını bildirib.

Onun sözlərinə görə, həmin ərazilərdə sahibkarlığın inkişafı üçün vergi güzəştləri ilə yanaşı, subsidiyalar, güzəştli kreditlər və digər dövlət dəstəyi mexanizmlərindən ibarət geniş paket tətbiq olunur.

Bu dəstəyin əsas məqsədi investisiyaların ilkin maya dəyərini azaltmaq, biznesin azad edilmiş ərazilərə daxil olmasını stimullaşdırmaq və regionun ölkə iqtisadiyyatına reinteqrasiyasını sürətləndirməkdir.

DVX rəhbəri bildirib ki, artıq yüzlərlə sahibkar işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərir və həmin ərazilərin vergi rezidenti kimi qeydiyyata alınıb.

Bu müəssisələrdə minlərlə əmək münasibəti formalaşıb. Yeni bizneslərin fəaliyyətə başlaması həm məşğulluğu artırır, həm də regionların vergi potensialını genişləndirir.

Azad edilmiş ərazilərdən vergi daxilolmaları sürətlə artır

Orxan Nəzərli qeyd edib ki, işğaldan azad edilmiş ərazilər üzrə vergi proqnozlarının icrasında yüksək artım tempi müşahidə olunur.

Onun sözlərinə görə, bu regionlardan büdcəyə daxil olan vergilərin həcmi ildən-ilə və aydan-aya artır.

DVX rəhbəri bunu tətbiq olunan dövlət dəstəyi mexanizmlərinin, investisiya təşviqlərinin və sahibkarlıq fəaliyyətinin genişlənməsinin real nəticəsi kimi qiymətləndirib.

İş elanları AzVak.az-da

Orxan Nəzərli Dövlət Vergi Xidməti vergi güzəştləri gəlir vergisi əmək gəlirləri əmək müqavilələri qeyri-neft sektoru özəl sektor vergi dərəcəsi 3 faiz gəlir vergisi 5 faiz gəlir vergisi 7 faiz gəlir vergisi əmək münasibətlərinin leqallaşdırılması kölgə iqtisadiyyatı Dövlət Sosial Müdafiə Fondu DSMF gəlirləri işğaldan azad edilmiş ərazilər Qarabağda sahibkarlıq vergi rezidentləri investisiya təşviqləri.
06.08.2026 13:44
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19