50 milyon manatlıq istiqrazlara 146 milyon manatdan çox sifariş verildi
50 milyon manatlıq buraxılışa görünməmiş maraq: 330-dan çox investor Kapital Bankın istiqrazlarına pul yatırmaq istədi. Kapital Bankın 50 milyon manatlıq təklifinə 146 milyon manatlıq tələb oldu.“Kapital Bank” ASC-nin 50 milyon manat həcmində istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi başa çatıb. İnvestorların təqdim etdikləri sifarişlərin ümumi həcmi buraxılışı təxminən 2,92 dəfə üstələyib.
Marja.az Bakı Fond Birjasına (BFB) istinadən xəbər verir ki, istiqrazların yerləşdirilməsinin nəticələrinə dair protokol 5 avqust 2026-cı il tarixində imzalanıb.
Abunə yazılışı zamanı 336 investor tərəfindən ümumilikdə 146 milyon 161 min 800 manat həcmində 406 sifariş təqdim edilib. Yerləşdirmənin nəticələrinə əsasən, 314 investorun 383 sifarişi icra olunub və buraxılışın nəzərdə tutulan 50 milyon manatlıq hissəsi tam yerləşdirilib.
Beləliklə, istiqrazlara tələb buraxılış həcmindən 96 milyon 161 min 800 manat və ya 192,3% çox olub. Başqa sözlə, təqdim edilən sifarişlərin nominal həcmi buraxılışın 2,92 mislinə çatıb. Buraxılış həcmi ümumi tələbin yalnız 34,2%-nə bərabər olub.
Abunə yazılışında iştirak edən investorların 93,5%-nin ən azı bir sifarişi icra edilib. Təqdim olunan sifarişlərin isə 94,3%-i yerləşdirmədə icraya qəbul olunub.
İstiqrazların sayı 500 min ədəd, hər bir qiymətli kağızın ilkin ticarət qiyməti isə 100 manat təşkil edib. Faizli, təmin edilməmiş, sənədsiz və adlı istiqrazların tədavül müddəti 1 il, illik gəlirlilik faizi 10%-dir.
Faiz gəlirləri ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 təqvim günündən bir ödəniləcək. Yerləşdirmə zamanı istiqrazların minimum, maksimum, bağlanış və ortaçəkili qiyməti 100 manat olub.
Qiymətli kağızların dövlət qeydiyyat nömrəsi AZ2018005150-dir. Buraxılışın anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.
Qeyd edək ki, “Kapital Bank”ın istiqrazları Bakı Fond Birjasının Listinq Komitəsinin 1 iyul 2026-cı il tarixli qərarı ilə “Ticarətə icazə” gerilimi üzrə qeydiyyata alınıb. Abunə yazılışı iyulun 3-də başlayıb və avqustun 1-də başa çatıb. Hesablaşmalar tamamlandıqdan sonra istiqrazların BFB-nin Standart Bazar Listinq seqmentinə daxil edilməsi nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
8 saat əvvəl
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
-
8 saat əvvəl
Prezident Administrasiyasından Naftalana – Yeni icra başçısının karyera yolu
-
- 8 saat əvvəl
-
9 saat əvvəl
Harvardda proqram keçib, 4 dil bilir - Qaradağın yeni rəhbəri Natiq Əliyevin təhsili və karyerası
-
9 saat əvvəl
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
-
9 saat əvvəl
Binəqədidə müavin vəzifəsində çalışırdı, Gədəbəyin İcra başçısı təyin olundu
-
11 saat əvvəl
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
-
11 saat əvvəl
Xaricdə limitsiz Lounge, 6 dəfə transfer – Yeni premium kart təqdim olundu ®
-
12 saat əvvəl
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
12 saat əvvəl
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
- 12 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
260 milyon dollarlıq layihə nəzərdə tutulur
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
Ən çox oxunanlar
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Kapital “INMerge” İnnovasiya Sammitinin sponsorudur ®
AZAL Bakı-Naxçıvan-Bakı üzrə bir sıra reysləri təxirə saldı
Artıq 130-dan çox şirkət əməkdaşlarını bu məhsul ilə qoruyur ®

























