Rabitəbankdan “MİDA” xətti ilə güzəştli ipoteka imkanı ®
Rabitəbank Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun mexanizmi çərçivəsində MİDA layihələri üzrə güzəştli ipoteka krediti təqdim edir.
Güzəştli mənzil əldə etmək hüququna malik vətəndaşlar banka yaxınlaşmadan Rabitəbankın onlayn müraciət platforması vasitəsilə ilkin kredit razılığı üçün müraciət edə bilərlər. Sənədlər tam təqdim edildiyi halda kredit cəmi 1 iş günü ərzində rəsmiləşdirilir.
MİDA xətti üzrə təqdim olunan güzəştli ipoteka krediti 100 000 AZN-dək, illik 4% faiz dərəcəsi və 10%-dən başlayan ilkin ödəniş şərti ilə təqdim olunur. Kredit Azərbaycan manatı ilə rəsmiləşdirilir və Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulub.
Proqramdan qanunvericiliklə müəyyən edilmiş kateqoriyalara aid olan və “Güzəştli mənzil” elektron sistemi vasitəsilə mənzil seçmiş şəxslər yararlana bilərlər. Bu kateqoriyaya gənc ailələr, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi və Milli qəhrəmanları və onların ailə üzvləri, məcburi köçkünlər, dövlət qulluqçuları, müəllimlər, hərbi qulluqçular, daxili işlər orqanlarının əməkdaşları, elmi işçilər, eləcə də digər güzəşt hüququna malik şəxslər daxildir.
Kredit Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təqdim edilir. Kreditin son ödəniş tarixinə borcalanın yaşı qanunvericiliklə müəyyən olunmuş pensiya yaşını keçməməli, alınacaq mənzil isə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təsdiq edilmiş müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilməlidir. Güzəştli ipoteka hüququndan ailə və ya şəxs yalnız bir dəfə istifadə edə bilər.
Ətraflı məlumat və müraciət üçün linkə keçid edə bilərsiniz https://rbt.az/mida
Rabitəbank güzəştli ipoteka proqramı çərçivəsində qanunvericiliklə müəyyən edilmiş kateqoriyalara aid vətəndaşların mənzil maliyyələşdirilməsinə çıxışını təmin edir. Bankın təqdim etdiyi maliyyə həlli dövlət dəstəyi ilə mənzil sahibi olmaq istəyən şəxslər üçün etibarlı imkan yaradır.
Məlumat üçün bildirək ki, “Rabitəbank” ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və “Rahat bankçılıq” konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları “Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.
Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile”, “Rabita Junior” və “Rabita Business” tətbiqləri, İnternet Bankçılıq platforması və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
3 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
3 gün sonra
Qızıl girovunuz başqa lombarddadır? Daha sərfəli şərtlə çıxarmaq mümkündür
-
- 23 saat sonra
- 12 d. əvvəl
-
20 d. əvvəl
Kapital Bank istiqrazlarına investor axını: Tələb təklifi 3 dəfə üstələdi
-
52 d. əvvəl
Biləcəridə metroya yaxın mənzil almaq istəyənlər üçün hansı seçimlər var? ®
-
59 d. əvvəl
Azərbaycanda işləyən sosial platformalara dövlət qeydiyyatı tələbi gəlir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Sahibkarların illərdir gözlədiyi dəyişiklik: Vergi orqanının əməkdaşı artıq bunu edə bilməz
-
2 saat əvvəl
Aylıq ödənişləri 620 manatdan başlayır - DAHA 204 MƏNZİL KİRAYƏ YOLU İLƏ SATIŞDA
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Dünyanın ən zəngin insanının şirkəti: SpaceX InvestAz-da! ®
Rabitəbankdan “MİDA” xətti ilə güzəştli ipoteka imkanı ®
Ən çox oxunanlar
Sahibkarların illərdir gözlədiyi dəyişiklik: Vergi orqanının əməkdaşı artıq bunu edə bilməz
Azercell-dən illik “ZengimCELL” xidməti ®
Trampdan yeni təhdid: “Hörmüz açılmasa, İranı çox sərt vuracağıq”
Avqustun 6-da gözlənilən hava şəraiti
"Tegeta Motors Baku" Bakıda "Bridgestone Concept" mağazasını açdı
Nazir Rəşad Nəbiyev Qazaxıstanın Prezident Administrasiyası rəhbərinin müavini ilə görüşüb
"PAŞA Holding" və Bakı Arbitraj Mərkəzi arasında “LEGIS Hüquq Forumu” layihəsi üzrə əməkdaşlığa dair Memorandum imzalandı





















