Sahibkarların illərdir gözlədiyi dəyişiklik: Vergi orqanının əməkdaşı artıq bunu edə bilməz
"Vergi orqanı izahatınızı nəzərə almadan əlavə məbləğ hesablaya bilməz". Vergi məmuru əvvəlcə izahatı yoxlamalı, sonra əlavə hesablama aparmalıdır.Vergi orqanının əməkdaşı vergi ödəyicisi tərəfindən təqdim edilmiş izahat və sənədləri nəzərdən keçirmədən əlavə kameral hesablama apara bilməz.
Bu sözləri İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli müsahibəsi zamanı deyib.
Onun sözlərinə görə, sahibkarların ən çox narahatlıq ifadə etdiyi məsələlərdən biri olan kameral vergi hesablamaları ilə bağlı qaydaya mart ayından etibarən riayət edilir.
“Mart ayından etibarən artıq daxil olmuş izahlara vergi orqanının əməkdaşı tərəfindən münasibət bildirilmədən vergi hesablamasının aparılması mümkün deyil. Düşünürəm ki, bu yanaşma sahibkarların narahatlıqlarını tam aradan qaldırmasa da, əhəmiyyətli dərəcədə azaldacaq”, - deyə Orxan Nəzərli vurğulayıb.
Dövlət Vergi Xidmətinin rəisi rəqəmsal transformasiya çərçivəsində tətbiqi planlaşdırılan ən böyük layihələrdən biri olan ƏDV üzrə prefilinq mexanizminə də toxunub:
“Vergi orqanlarında mövcud olan məlumatlar əsasında vergi ödəyicisinin bəyannaməsi ilkin olaraq sistem tərəfindən hazırlanır. Yəni bəyannamədəki müvafiq sətirlər vergi orqanının məlumatları əsasında doldurulur və vergi ödəyicisi yalnız həmin məlumatları yoxlayaraq təsdiq edir”.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
3 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
3 gün sonra
Qızıl girovunuz başqa lombarddadır? Daha sərfəli şərtlə çıxarmaq mümkündür
-
- 23 saat sonra
-
3 d. əvvəl
Kapital Bank istiqrazlarına investor axını: Tələb təklifi 3 dəfə üstələdi
-
35 d. əvvəl
Biləcəridə metroya yaxın mənzil almaq istəyənlər üçün hansı seçimlər var? ®
-
42 d. əvvəl
Azərbaycanda işləyən sosial platformalara dövlət qeydiyyatı tələbi gəlir
- 59 d. əvvəl
-
1 saat əvvəl
Sahibkarların illərdir gözlədiyi dəyişiklik: Vergi orqanının əməkdaşı artıq bunu edə bilməz
-
1 saat əvvəl
Aylıq ödənişləri 620 manatdan başlayır - DAHA 204 MƏNZİL KİRAYƏ YOLU İLƏ SATIŞDA
- 1 saat əvvəl
-
3 saat əvvəl
Trampdan yeni təhdid: “Hörmüz açılmasa, İranı çox sərt vuracağıq”
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Dünyanın ən zəngin insanının şirkəti: SpaceX InvestAz-da! ®
Rabitəbankdan “MİDA” xətti ilə güzəştli ipoteka imkanı ®
Sahibkarların illərdir gözlədiyi dəyişiklik: Vergi orqanının əməkdaşı artıq bunu edə bilməz
Ən çox oxunanlar
Azercell-dən illik “ZengimCELL” xidməti ®
Trampdan yeni təhdid: “Hörmüz açılmasa, İranı çox sərt vuracağıq”
Avqustun 6-da gözlənilən hava şəraiti
"Tegeta Motors Baku" Bakıda "Bridgestone Concept" mağazasını açdı
Nazir Rəşad Nəbiyev Qazaxıstanın Prezident Administrasiyası rəhbərinin müavini ilə görüşüb
"PAŞA Holding" və Bakı Arbitraj Mərkəzi arasında “LEGIS Hüquq Forumu” layihəsi üzrə əməkdaşlığa dair Memorandum imzalandı
Xalq Bankdan girovsuz biznes krediti ®



















