Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Gündə 5 dəfə, ayda 20 min manat" - Kartlara pul köçürülməsinə yeni limit barədə AÇIQLAMA

Ayda 20 min manatdan çox pul qəbul edənlərdən əsaslandırma tələb oluna bilər. Pul çıxarmağa limit qoyulmur, karta mədaxil isə məhdudlaşdırılır. Azərbaycanda kart əməliyyatlarına YENİ YANAŞMA — Kimlərə limit qoyulmayacaq? Gündə 5 dəfədən çox pul qəbul edən kartlara nə olacaq? - Açıqlama verildi. Yeni kart limitləri kimlərə şamil edilməyəcək? İstisnalar açıqlandı. Yaxın qohumların köçürmələri limitdən kənarda qala bilər
iç səhifə xəbər başlığı altı (mobil)_31
"Gündə 5 dəfə, ayda 20 min manat" - Kartlara pul köçürülməsinə yeni limit barədə AÇIQLAMA
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası tərəfindən ödəniş alətləri üzrə razılaşdırılmış yanaşmaya dair məlumat yayıb.

Marja.az məlumatı təqdim edir:

Reklam_3_11

Son illərdə Azərbaycanda ödəniş ekosisteminin inkişafı və nağdsız hesablaşmaların genişlənməsi istiqamətində əhəmiyyətli irəliləyiş müşahidə olunur. Ölkədə həyata keçirilən ardıcıl islahatlar, rəqəmsal maliyyə xidmətlərinin genişlənməsi və innovativ ödəniş həllərinin tətbiqi nəticəsində nağdsız ödənişlərin həcmi və əhatə dairəsi davamlı olaraq artır.

Ödəniş infrastrukturunun modernləşdirilməsi və rəqəmsal bankçılıq xidmətlərinin genişlənməsi həmçinin, bu sahə üzrə risklərin daha effektiv idarə edilməsini və qanunvericiliyin tələblərinin təmin olunmasına diqqətin artırılmasını zəruri edir.

Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Fintex Assosiasiyası (AzFina) tərəfindən bankların və elektron pul təşkilatlarının xidmətlərindən sui-istifadə risklərinin minimallaşdırılması məqsədilə ödəniş alətlərinə mədaxil əməliyyatları üzrə risk əsaslı yanaşmanın tətbiq olunması ilə bağlı razılaşma əldə edilmişdir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Sözügedən yanaşmaya əsasən, ödəniş xidməti istifadəçilərinə məxsus olanhər bir ödəniş aləti üzrə gündəlik olaraq maksimum 5 sayda, aylıq olaraq isə maksimum 20 min manatadək mədaxil əməliyyatlarının həyata keçirilməsi imkanı nəzərdə tutulur. Bu çərçivədə, həmçinin, banklar və elektron pul təşkilatları tərəfindən ödəniş xidməti istifadəçilərinə onların hər bir hesabına bağlı istənilən maliyyə xidməti məhsulu üzrə yalnız bir ödəniş alətinin təqdim edilməsi nəzərdə tutulur. Xüsusilə vurğulamaq istərdik ki, indiki mərhələdə, ödəniş alətləri üzrə məxaric əməliyyatları ilə bağlı hər hansı limitin tətbiqi nəzərdə tutulmamışdır.

Yuxarıda da qeyd olunduğu kimi, bu yanaşma risk əsaslıdır və müştərilərin sağlam xarakterli mədaxil əməliyyatlarının məhdudulaşdırılmasını nəzərdə tutmur. Belə ki, bank və elektron pul təşkilatı müştərilərinin özlərinə və yaxın qohumlarına aid olan ödəniş alətləri üzrə mədaxil əməliyyatları qeyd olunan limitlərin tətbiqindən istisna edilir. Eyni zamanda, müştərilər tərəfindən aparılan əməliyyatlar barədə zəruri məlumatlar təqdim ediləcəyi və həmin əməliyatların müştərilərin risk profilinə uyğun olacağı hallar üzrə də limitlərin tətbiqi nəzərdə tutulmur. Analoji olaraq, ödəniş xidməti istifadəçiləri tərəfindən müvafiq əsaslandırmalar təqdim ediləcəyi təqdirdə, banklar və elektron pul təşkilatları tərəfindən onlara zəruri əlavə ödəniş alətlərinin təqdim edilməsi təmin olunacaqdır.

ABA və AzFina bir daha qeyd edir ki, sözügedən yanaşma sağlam ödəniş əməliyyatı təcrübəsinə malik olan ödəniş xidməti istifadəçiləri üçün hər hansı bir əlavə məhdudiyyət və ya çətinlik yaratmayacaq və onların gündəlik əməliyyatlarına mənfi təsir göstərməyəcək.Ödəniş xidməti istifadəçiləri rəqəmsal ödənişlərin üstünlüklərindən, o cümlədən təsərrüfat subyektlərində quraşdırılmış POS-terminal infrastrukturundan və elektron bankçılıq xidmətlərindən ənənəvi qaydada istifadə edərək öz ödəniş əməliyyatlarını icra etməyə davam edəcəklər.

İş elanları AzVak.az-da

yeni limit kartlara mədaxil limiti kartdan-karta pul köçürmə gündəlik əməliyyat limiti aylıq mədaxil limiti bank kartı limitləri kart əməliyyatları nağdsız ödənişlər elektron pul təşkilatları bank ödənişləri rəqəmsal ödənişlər ödəniş xidməti istifadəçiləri risk əsaslı yanaşma kart köçürmələrinə nəzarət mədaxil əməliyyatları məxaric əməliyyatları ödəniş hesabı əlavə ödəniş aləti Azərbaycan Banklar Assosiasiyası ABA Azərbaycan Fintex Assosiasiyası AzFina elektron bankçılıq maliyyə xidmətləri ödəniş infrastrukturu POS-terminal kart limitlərindən istisnalar yaxın qohumlara köçürmələr Azərbaycanda yeni kart qaydaları
03.08.2026 13:44
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19