Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır – SƏBƏBİ AÇIQLANDI
Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır.
Marja xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov mətbuat konfransında bildirib.
“Kreditlər üzrə faizlərin daha çox azalmasını istərdik. Lakin bank sektorunda rəqabətin az olması nəticəsində faizlərin dəyişməsi istədiyimiz səviyyədə deyil”, – AMB sədri deyib.
Mərkəzi Bank 2025-ci il ərzində uçot dərəcəsini ümumilikdə 0,75 faiz bəndi azaldıb. Bu qərarların depozit və kredit faizlərinə təsiri müşahidə olunsa da, kreditlər üzrə azalma daha zəif olub.
MB iri bankların faiz qərarlarını izləyir
Mərkəzi Bank sistem əhəmiyyətli və bazarda yüksək paya malik bankların kredit faizlərinə təsirini hələlik ayrıca qiymətləndirməyib. Bununla belə, Taleh Kazımov bildirib ki, iri bankların faiz qərarları, onların digər banklardan fərqləri və bazara təsiri daim təhlil edilir.
“Lazım olduğu halda müvafiq tədbirlər görəcəyik”, – AMB sədri əlavə edib.
"İstərdik ki, kredit faizlərində daha çox azalma olsun. Mən bunu bir neçə dəfə qeyd etmişəm, yəqin ki, 29 iyulda çıxan müsahibəmi də görmüsünüz - bank sektorunda rəqabətin az olması nəticəsində kredit faizlərinin dəyişimi o qədər istədiyimiz kimi də deyil",- Taleh Kazımov deyib.
Yeni kreditlər üzrə faizlər necə dəyişib?
Taleh Kazımov qeyd edib ki, 2025-ci ilin iyun ayı ilə müqayisədə fiziki şəxslərə verilmiş yeni kreditlər üzrə faiz dərəcələri 0,2 faiz bəndi azalıb. Hüquqi şəxslərə verilmiş yeni kreditlər üzrə faiz dərəcələrində isə 0,3 faiz bəndi enmə qeydə alınıb.
Yeni cəlb edilmiş depozitlər üzrə fiziki şəxslərə təklif olunan faizlər 0,5 faiz bəndi, hüquqi şəxslərin depozitləri üzrə faizlər isə 0,3 faiz bəndi aşağı düşüb.
Taleh Kazımov qeyd edib ki, sabit məzənnə rejimi şəraitində uçot dərəcəsinin 0,75 faiz bəndi azaldılmasının depozit və kredit faizlərinə mövcud ötürülmə səviyyəsi ilkin mərhələdə Mərkəzi Bank üçün məqbuldur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
8 saat əvvəl
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
-
8 saat əvvəl
Prezident Administrasiyasından Naftalana – Yeni icra başçısının karyera yolu
-
- 8 saat əvvəl
-
9 saat əvvəl
Harvardda proqram keçib, 4 dil bilir - Qaradağın yeni rəhbəri Natiq Əliyevin təhsili və karyerası
-
9 saat əvvəl
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
-
9 saat əvvəl
Binəqədidə müavin vəzifəsində çalışırdı, Gədəbəyin İcra başçısı təyin olundu
-
11 saat əvvəl
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
-
11 saat əvvəl
Xaricdə limitsiz Lounge, 6 dəfə transfer – Yeni premium kart təqdim olundu ®
-
12 saat əvvəl
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
12 saat əvvəl
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
- 12 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
260 milyon dollarlıq layihə nəzərdə tutulur
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
Ən çox oxunanlar
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Kapital “INMerge” İnnovasiya Sammitinin sponsorudur ®
AZAL Bakı-Naxçıvan-Bakı üzrə bir sıra reysləri təxirə saldı
Artıq 130-dan çox şirkət əməkdaşlarını bu məhsul ilə qoruyur ®
























