Kazımov narahatdır: "Bank sektorunda rəqabət daha yaxşı olsaydı, mən daha rahat olardım. Rəqabəti biz artırmalıyıq"
“Mərkəzi Bank kredit faizlərini inzibati qaydada müəyyən etmir. Faizlər bazar prinsipləri əsasında formalaşır, Mərkəzi Bank isə yalnız uçot dərəcəsi vasitəsilə vəsaitlərin maya dəyərinə təsir göstərir”.
Marja xəbər verir ki bunu, Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib.
Onun sözlərinə görə, Azərbaycanda kredit faizlərinin aşağı düşməsi üçün bank sektorunda rəqabət artmalıdır:
Sədr bank sektorunda əsas çağırışın rəqabətin yetərli səviyyədə olmaması və bazarda təmərküzləşmənin yüksəkliyi olduğunu bildirib. O qeyd edib ki, dominant bankların qiymət siyasəti ümumi bazara təsir göstərir və rəqabətin artırılması prioritet istiqamətlərdən biridir.
Bu məqsədlə Mərkəzi Bankın sentyabr–oktyabr aylarında maaş və pensiya kartları üzrə yeni yanaşmalar tətbiq etməyi planlaşdırdığını açıqlayan Taleh Kazımov bildirib ki, hazırda bununla bağlı texniki işlər aparılır və dəyişikliklər bank sektorunda rəqabətin güclənməsinə töhfə verəcək.
“Düşünürəm ki, bu gün bank sektorunda bizim üçün, tənzimləyici olaraq, ən böyük çağırış məhz təmərküzləşmədir. Sektorda rəqabət daha yaxşı olsaydı, mən daha rahat olardım. Rəqabəti biz artırmalıyıq. Sektorda dominant banklar var və onların qiymət, faiz siyasətindəki dəyişikliklər ümumi sektora təsir göstərir. İkinci məsələ isə, düşünürəm ki, xüsusilə biznes sahəsində, tələb faktorudur. Yəni kreditlərə tələbin aşağı olmasıdır. Bu isə, sözsüz ki, Mərkəzi Bankın mandatından kənardır. Bizim üzərimizə düşən ən vacib məsələ rəqabətliliyin artırılmasıdır. Düşünürəm ki, artıq sentyabr-oktyabr aylarında, xüsusilə maaş və pensiya kartları üzrə yeni yanaşmalar tətbiq edəcəyik. Hazırda bununla bağlı texniki işlər aparılır. Bu da rəqabətin artmasına təkan verəcək.”- Taleh Kazımov deyib.
Həmçinin oxu
Taleh Kazımovdan açıqlamalar - VİDEOMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
9 saat əvvəl
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
-
9 saat əvvəl
Prezident Administrasiyasından Naftalana – Yeni icra başçısının karyera yolu
-
- 10 saat əvvəl
-
10 saat əvvəl
Harvardda proqram keçib, 4 dil bilir - Qaradağın yeni rəhbəri Natiq Əliyevin təhsili və karyerası
-
10 saat əvvəl
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
-
10 saat əvvəl
Binəqədidə müavin vəzifəsində çalışırdı, Gədəbəyin İcra başçısı təyin olundu
-
12 saat əvvəl
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
-
12 saat əvvəl
Xaricdə limitsiz Lounge, 6 dəfə transfer – Yeni premium kart təqdim olundu ®
-
13 saat əvvəl
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
13 saat əvvəl
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
- 13 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
260 milyon dollarlıq layihə nəzərdə tutulur
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
Ən çox oxunanlar
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Kapital “INMerge” İnnovasiya Sammitinin sponsorudur ®
AZAL Bakı-Naxçıvan-Bakı üzrə bir sıra reysləri təxirə saldı
Artıq 130-dan çox şirkət əməkdaşlarını bu məhsul ilə qoruyur ®
























