970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycan banklarının xalis mənfəəti 140 milyon manata yaxın artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan banklarının xalis mənfəəti 140 milyon manata yaxın artıb

Azərbaycan bank sektoru 2026-cı ilin birinci yarısını 716 milyon 300 min manat xalis mənfəətlə başa vurub. 2025-ci ilin eyni dövründə bankların xalis mənfəəti 576 milyon 600 min manat təşkil etmişdi.

Marja Mərkəzi Banka istinadən xəbər verir ki, beləliklə, bankların xalis mənfəəti illik müqayisədə 139 milyon 700 min manat və ya 24,2% artıb.

Reklam_3_11

Əməliyyat mənfəəti 1 milyard manatı keçib

2026-cı ilin yanvar–iyun aylarında bankların əməliyyat mənfəəti 1 milyard 86 milyon 500 min manata çatıb. Ötən ilin eyni dövründə bu göstərici 881 milyon manat idi.

Bank sektorunun əməliyyat mənfəəti 205 milyon 500 min manat və ya 23,3% artıb.

Xalis mənfəətin əməliyyat mənfəətinə sadə nisbəti 2025-ci ilin ilk yarısındakı 65,4%-dən 2026-cı ilin eyni dövründə 65,9%-ə yüksəlib. Başqa sözlə, bankların əldə etdiyi hər 100 manat əməliyyat mənfəətinə düşən xalis mənfəət 65 manat 40 qəpikdən 65 manat 90 qəpiyə çatıb.

Bankların ödədiyi mənfəət vergisi 28% artıb

Cari ilin ilk altı ayında banklar tərəfindən ümumilikdə 171 milyon 100 min manat mənfəət vergisi ödənilib. 2025-ci ilin eyni dövründə bu məbləğ 134 milyon 100 min manat təşkil etmişdi.

Beləliklə, bankların ödədiyi mənfəət vergisi 37 milyon manat və ya 27,6% artıb. Vergi ödənişlərinin artım tempi həm xalis mənfəətin 24,2%-lik, həm də əməliyyat mənfəətinin 23,3%-lik artım tempini üstələyib.

Ödənilmiş mənfəət vergisinin əməliyyat mənfəətinə sadə nisbəti 15,2%-dən 15,7%-ə, xalis mənfəətə nisbəti isə 23,3%-dən 23,9%-ə yüksəlib.

Ümumilikdə, banklar 2026-cı ilin ilk yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 205 milyon 500 min manat daha çox əməliyyat mənfəəti, 139 milyon 700 min manat daha çox xalis mənfəət əldə edib və 37 milyon manat daha çox mənfəət vergisi ödəyiblər.

İş elanları AzVak.az-da

29.07.2026 10:09
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19