PAŞA Bankın maliyyələşdirdiyi layihə beynəlxalq təsdiq qazandı - Azərbaycan poladı Avropanın “karbon imtahanı”ndan keçdi
PAŞA Bank yerli istehsalçını Avropanın yeni tələblərinə hazırladıPAŞA Bank ölkə iqtisadiyyatının dayanıqlı inkişafına töhfə vermək məqsədilə müxtəlif sahələrdə fəaliyyət göstərən bizneslərin inkişafını dəstəkləyir. Bank xüsusilə qeyri-neft sektorunun, yerli istehsalın və ixracyönümlü müəssisələrin maliyyələşdirilməsinə, eləcə də ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinə uyğun layihələrin həyata keçirilməsinə xüsusi önəm verir. Aqrar sektor, müasir suvarma sistemləri, istehsal, bərpa olunan enerji və digər istiqamətlərdə maliyyələşdirilən layihələr bu yanaşmanın tərkib hissəsidir. Bu istiqamətdə uğurlu nümunələrdən biri də Almet-STP-dir.
STP Şirkətlər Qrupu və Almet Holding tərəfindən təsis edilmiş Almet-STP,PAŞA Bankın kredit maliyyələşdirməsi ilə həyata keçirilən layihə çərçivəsində aşağı karbonlu polad istehsalı üzrə istixana qazı emissiyalarının ölçülməsi və hesabatlılığı sahəsində mühüm mərhələni uğurla tamamlayıb. Şirkət TÜV Austria tərəfindən ISO 14064 standartına uyğun müstəqil verifikasiya əldə edib.
Bu nəticə Avropa İttifaqının Karbon Sərhəd Tənzimləmə Mexanizmi (CBAM) kimi yeni tələblər fonunda xüsusi əhəmiyyət daşıyır və Azərbaycanın qeyri-neft sektorunda fəaliyyət göstərən müəssisələrin dayanıqlı istehsal standartlarına uyğunlaşması istiqamətində atılan mühüm addımlardan biri hesab olunur.
PAŞA Bankın İdarə Heyətinin sədri və Baş İcraçı Direktoru Cavid Quliyev bildirib:
“PAŞA Bank olaraq bizneslərin yalnız maliyyə resurslarına çıxışını təmin etməyi deyil, onların uzunmüddətli inkişafına və beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin artırılmasına töhfə verməyi hədəfləyirik. Almet-STP-nin əldə etdiyi beynəlxalq verifikasiya bunun uğurlu nümunəsidir. Belə layihələr yerli istehsalın inkişafına, qeyri-neft sektorunun güclənməsinə və ‘Made in Azerbaijan’ məhsullarının beynəlxalq bazarlarda daha geniş tanınmasına töhfə verir.”
Hər gün yeni vakansiyalar - AzVak.az-da
STP Şirkətlər Qrupunun Baş İcraçı Direktoru Ələkbər Abbaslı qeyd edib:
“Almet-STP-nin əldə etdiyi verifikasiya STP Şirkətlər Qrupunun sənaye müəssisələrində beynəlxalq idarəetmə və hesabatlılıq standartlarının tətbiqinə verdiyimiz önəmi nümayiş etdirir. Ölkənin qeyri-neft sektorunun inkişafına və polad istehsalının gücləndirilməsinə töhfə verən əsas sənaye lokomotivlərindən biri olaraq, bu istiqamətdə fəaliyyətimizi ardıcıl şəkildə davam etdirəcəyik. PAŞA Bankın maliyyə dəstəyi isə bu prosesdə dəyərli tərəfdaşlıq nümunəsidir.”
Almet Holdingin İdarə Heyətinin sədri Şirin Camallı bildirib:
"Emissiyalarımızın ölçülməsi və müstəqil verifikasiyası sonrakı bütün addımların təməlini təşkil edir. PAŞA Bankın dəstəyi sayəsində bu proses Avropa və Birləşmiş Krallıqdakı müştərilərimizə auditdən keçmiş məlumatlara etibar etmək imkanı verir və karbon tənzimləmələri sərtləşdikcə Azərbaycanda istehsal edilən poladın rəqabət qabiliyyətini gücləndirir."
PAŞA Bank ölkə iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən bizneslərin inkişafını dəstəkləməyə, yerli istehsalın, ixrac potensialının və dayanıqlı iqtisadi inkişafın gücləndirilməsinə yönəlmiş layihələrin maliyyələşdirilməsini davam etdirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 d. əvvəl
-
8 d. əvvəl
Yapı Kredi Bank Azərbaycan sərfəli payız kredit kampaniyasını təqdim edir! ®
-
-
1 saat əvvəl
İranda dollar tarixi rekordu yenilədi – 1 dollar 245 min tümənə qalxıb
- 1 saat əvvəl
-
11 saat əvvəl
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
-
12 saat əvvəl
Prezident Administrasiyasından Naftalana – Yeni icra başçısının karyera yolu
- 12 saat əvvəl
-
12 saat əvvəl
Harvardda proqram keçib, 4 dil bilir - Qaradağın yeni rəhbəri Natiq Əliyevin təhsili və karyerası
-
12 saat əvvəl
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
-
12 saat əvvəl
Binəqədidə müavin vəzifəsində çalışırdı, Gədəbəyin İcra başçısı təyin olundu
-
14 saat əvvəl
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Rəsmi məzənnələr açıqlandı
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
260 milyon dollarlıq layihə nəzərdə tutulur
Harvardda proqram keçib, 4 dil bilir - Qaradağın yeni rəhbəri Natiq Əliyevin təhsili və karyerası
Ən çox oxunanlar
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Kapital “INMerge” İnnovasiya Sammitinin sponsorudur ®























