Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Naxçıvanın şirkəti səhmlərinin Bakı Fond Birjasında ilkin kütləvi təklifini (İPO) hədəfləyir - MÜQAVİLƏ İMZALANIB

Azərbaycanda daha bir İPO gözlənilir. Naxçıvanda yanacaqdoldurma məntəqələri şəbəkəsini idarə edən “NP Petrol” şirkəti səhmlərini sataraq maliyyə vəsaiti cəlb etmək istəyir.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Naxçıvanın şirkəti səhmlərinin Bakı Fond Birjasında ilkin kütləvi təklifini (İPO) hədəfləyir - MÜQAVİLƏ İMZALANIB
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

7–8 iyul 2026-cı il tarixlərində Bakı Fond Birjası Türkiyənin aparıcı şirkətilərindən olan “Global Menkul Değerler” A.Ş. və onun müştərisi Azərbaycanda yanacaqdoldurma şəbəkələri olan “NP Petrol”un rəhbərliyini qəbul edilib.

Marja.az Birjaya istinadən xəbər verir ki, səfərin əsas məqsədi “NP Petrol”un Bakı Fond Birjasında ilkin kütləvi təklif (İKT) yerləşdirməsinə dair müzakirələrin aparılması olub.

Eyni zamanda nümayəndə heyəti BFB-nin rəhbərliyi və listinq komandası ilə Azərbaycan kapital bazarı qanunvericiliyinə uyğun listinq prosesi, tənzimləyici tələblər və İKT çərçivəsi üzrə ətraflı müzakirələr aparıb. Tərəflər İKT-nin potensial vaxt çərçivəsi və strukturunu da nəzərdən keçirib.

Görüş zamanı Bakı Fond Birjası və “NP Petrol” arasında Listinq Məsləhət Proqramı (LMP) müqaviləsi imzalanmışdır.

Qeyd edək ki, “NP Petrol” şirkəti Naxçıvan Muxtar Respublikasının 9 bölgəsində yanacaqdoldurma məntəqələri şəbəkəsini idarə edən regionun yanacaq təchizatı sahəsində mühüm rol oynayan şirkətlərdən biridir.

Səfər çərçivəsində nümayəndə heyəti yerli kapital bazarında fəaliyyət göstərən bir sıra investisiya şirkətləri ilə də görüşlər keçirib. Həmin görüşlərdə potensial anderraytinq, habelə yerli kapital bazarının strukturu, investor marağı və bazar təcrübəsi müzakirə edilib.

İş elanları AzVak.az-da

İlkin ictimai təklif (İngilis dilindən IPO — Initial Public Offering) — özəl şirkətin səhmlərinin açıq cəmiyyətə təklif edilməsi prosesidir. Bu zaman özəl şirkətin səhmləri institusional və adətən fərdi investorlara satılır. Səhmlərini ictimaiyyətə təklif edən şirkət, bununla kapital toplaya bilir. 

08.07.2026 16:11
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 4-cü_19