SOCAR-ın prezidenti Zimbabve Respublikası Milli Assambleyasının sədri ilə görüşüb
8 iyul 2026-cı il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəf Zimbabve Respublikası Milli Assambleyasının sədri Yakob Fransis Nzvidamilimo Mudenda ilə görüşüb.
Görüşdə Azərbaycanın enerji strategiyası, ölkəmizin təşəbbüsü ilə icra olunan qlobal əhəmiyyətli enerji layihələri barədə məlumat verilib. Sabitlik və dayanıqlı inkişafın uğurla təmin edildiyi Azərbaycanda xarici şirkətlərin fəaliyyəti üçün yaradılmış əlverişli investisiya mühitindən bəhs olunub.
Söhbət zamanı milli neft-qaz şirkətindən beynəlxalq enerji şirkətinə çevrilməkdə olan SOCAR-ın enerji sektorunda müxtəlif istiqamətlər üzrə fəaliyyəti, Azərbaycanda və digər ölkələrdə həyata keçirdiyi layihələr barədə ətraflı məlumat təqdim edilib.
Görüşdə SOCAR-ın yaşıl gündəliyindən, o cümlədən tərəfdaşlarla birgə həyata keçirilən bərpaolunan enerji layihələrindən, dekarbonizasiya hədəflərindən danışılıb. Bununla yanaşı, fəaliyyətində rəqəmsallaşmaya xüsusi önəm verən şirkətin data mərkəzlərinin yaradılması və süni intellekt sahəsi ilə bağlı yeni layihələrə investisiya yatırdığı bildirilib. Bu xüsusda, SOCAR-ın üç müəssisəsinin Dünya İqtisadi Forumunun “Rəqəmsal mayak” mükafatına layiq görüldüyü diqqətə çatdırılıb.
Söhbət zamanı tərəflər enerji sektorunun müxtəlif istiqamətlərinə dair əməkdaşlıq imkanlarına, təcrübə mübadilələrinin aparılmasına və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıblar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
13 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 14 saat əvvəl
-
15 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
15 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
15 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
15 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Ən çox oxunanlar
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO






















