LİMAN ESTATE – BAKIDA YENİ YAŞAM STANDARTI
Bakı Bulvarında yerləşən "Liman Estate"də mənzillərin satışına başlanıb. 209 rezidensiya satışda(®) PAŞA Real Estate lüks rezidensiyaların yeni kolleksiyası: Liman Estate-də mənzillərin satışına başlayıb. Layihə şəhər mərkəzi və Bakı Bulvarının ən müasir nöqtələrindən birində, Crescent Bay-də yerləşir.
Qapalı yaşayış kompleksi kimi Liman Estate özünəməxsus yerləşməsi, Bakı Bulvarına birbaşa çıxış, yüksək dərəcədə eksklüzivlik və xüsusi dizaynlı landşaftı ilə unikal şəhər həyatı təklif edir.
Sakit, geniş və qapalı yaşam sahələri adətən şəhər kənarına xas olsa da, Liman Estate-də bütün bunlara şəhərin tam qəlbində sahib olmaq mümkündür.
Liman Estate dörd ədəd 6 mərtəbəli binadan ibarətdir və satışda sadəcə 209 rezidensiya var. Layihədə sahəsi 70-85 m² olan studiyalar, eləcə də 100-680 m² aralığında 1-5 yataq otaqlı seçimlər təqdim olunur. Limitli rezidensiya sayı və sıxlığın aşağı olması düşünülmüş memarlıq yanaşmasıdır. Bunun nəticəsində, şəhər mərkəzi üçün olduqca nadir sayılan sərbəstlik və özəl bir atmosfer ortaya çıxır.
Kompleksin sadəcə sakinlərə məxsus olması, ətrafdan seçilən xüsusi dizaynı və qapalı şəhərcik hissi Bakının dinamik mərkəzində təsəvvür edilməsi belə çətin olan unikal bir mühit yaradır.
Bakı Bulvarı üzərində yerləşməsi Liman Estate-i paytaxtın ən dəyərli sahilyanı ünvanlarından birinə çevirir. Sakinlər Xəzər sahili boyunca uzanan bulvara birbaşa çıxış əldə edir. Eyni zamanda biznes və ticarət mərkəzlərinə, elit restoranlara və mədəni məkanlara olduqca yaxın yaşayırlar.
Liman Estate şəhər, dəniz və oxşar həyat tərzinə sahib insanlarla təbii bağ quran unikal yaşayış kompleksidir. Layihə müasir şəhər həyatında getdikcə daha çox ehtiyac duyulan özəllik və sakitlik hissini təqdim edir. Bu səbəbdən Bakının yüksələn mərkəzində bənzərsiz bir həyata sahib olmaq üçün qaçırılmaz fürsətdir.
Fərdi tur sifarişi üçün: +994 51 201 3232 | *2024 | sales@pre.az
Layihə barədə ətraflı: https://pasharealestate.az/az/portfolio-az/liman-estate-aze
PAŞA Real Estate Qrup haqqında:
PAŞA Holding-in tərkibinə daxil olan PAŞA Real Estate Qrup daşınmaz əmlakın investisiyası, inkişafı, satışı, icarəsi, strateji idarə olunması və istismarı sahəsində fəaliyyət göstərir. Qrupun fəaliyyəti Azərbaycan, Türkiyə, Gürcüstan, Özbəkistan, Monteneqro və Amerika Birləşmiş Ştatlarını əhatə edir.
Qrupun diversifikasiya olunmuş portfelinə lüks otellər, beynəlxalq səviyyəli kurortlar, ticarət mərkəzləri, premium yaşayış layihələri və çoxfunksiyalı komplekslər daxildir.
Keyfiyyət, etibarlılıq və müştəriyönümlülük prinsiplərini rəhbər tutan PAŞA Real Estate Qrup daşınmaz əmlak sektorunda yeni standartlar formalaşdırmağa və aktivlərinin dəyərini qlobal miqyasda artırmağa davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
15 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 16 saat əvvəl
-
16 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 16 saat əvvəl
-
17 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
17 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
17 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
18 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Ən çox oxunanlar
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO






















