"Qırğızıstan-Azərbaycan birgə fondunun kapitalı 100 milyon dollara yüksəldiləcək"
Azərbaycan və Qırğızıstan Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun nizamnamə kapitalını 100 milyon ABŞ dollarına qədər artırmaq üçün layihələr portfeli formalaşdırıb.
Bu barədə Qırğızıstanın iqtisadiyyat və ticarət naziri Bakıt Sıdıkov Avrasiya İnkişaf Bankının (EDB) illik toplantısı və biznes forumunun kuluarlarında bildirib.
"Layihələr portfeli artıq formalaşdırılıb. Hazırda dörd layihə təsdiqlənmə mərhələsindədir. İşlər kifayət qədər fəal şəkildə aparılır. Layihələrlə bağlı ilkin müraciətlərlə yanaşı, artıq ilkin seçim prosesindən keçmiş digər təşəbbüslər də var", - nazir bildirib.
Qırğızıstana Azərbaycan neftinin tədarükünün artırılması perspektivlərindən danışan B.Sıdıkov qeyd edib ki, bu, əlavə işlənmə tələb edən nisbətən yeni əməkdaşlıq istiqamətidir.
"Bu məsələ üzərində iş gedir. Hər iki ölkə üçün bu, yeni qarşılıqlı fəaliyyət istiqamətidir. Bununla yanaşı, ümumi anlaşma və irəliyə doğru getmək istəyi var. Tədarük həcmləri hələ razılaşdırılmalıdır: Qırğızıstanın öz ehtiyacları, Azərbaycanın isə öz imkanları var. Hazırda əsas məsələ optimal balansı tapmaqdır", - o vurğulayıb.
Nazirin sözlərinə görə, indiki mərhələdə tərəflər ticari-iqtisadi əlaqələrin genişləndirilməsinə diqqət yetirirlər.
"Ölkələrimiz nə ilə ticarət edə bilər? Düşünürəm ki, ilk növbədə, əmtəə dövriyyəsinin kritik kütləsini artırmaq, şirkətlər və biznes arasında dayanıqlı əlaqələr yaratmaq lazımdır. Bundan sonra konkret investisiya layihələrinin müzakirəsinə keçmək mümkün olacaq", - B.Sıdıkov qeyd edib.
Bundan başqa, nazir Qırğızıstanın Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişafında maraqlı olduğunu təsdiqləyib.
"Biz bu layihədə iştirak etməkdə çox maraqlıyıq. Qırğızıstanın təqdim edəcəyi təkliflər var. Söhbət xüsusilə inşası davam edən və "Cənub qolu" adlanan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolundan gedir", - B.Sıdıkov yekunlaşdırıb.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 6 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
-
1 saat əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Aviaşirkətin ixracında kəskin sıçrayış
Şarja-Bakı reysində milyonluq brilyant əməliyyatı - 2 502 karat brilyant tapılıb, dəyəri 4 milyon manatdan çoxdur
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Ən çox oxunanlar
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Azərbaycanın ən böyük 10 özəl ixracatçısı - ADLARI VƏ QAZANCLARI






























