Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
Azərikard Prosessinq Mərkəzi 24 iyun 2026-cı il tarixində Mərkəzin xidmət göstərdiyi bankların bəzi müştərilərinin kart hesablarında baş vermiş problemlə bağlı açıqlama yayıb. Azərikarddan verilən məlumata görə, bu hal banklararası hesablaşma fayllarının emalı zamanı Azərikard-dan asılı olmayan texniki səbəbdən baş vermiş təkrarlanmalarla bağlı yaranıb.24 iyun 2026-cı il tarixində bəzi bankların müştərilərinin kart hesablarında baş vermiş hallar ilə bağlı açıqlama verilib.
Marja.az xəbər verir ki, açıqlamada problemin banklararası hesablaşma fayllarının emalı zamanı yaranmış texniki səbəblərlə əlaqəli olduğu bildirilib.
Qeyd edilib ki, baş verən hal “Azerikard”dan asılı olmayan texniki səbəbdən əməliyyatlarda təkrarlanmaların yaranması ilə bağlı olub.
Açıqlamaya əsasən, təkrarlanmış əməliyyatlar ləğv edilir və kart hesablarının bərpası mərhələli şəkildə həyata keçirilir.
“Məsələ yaxın zamanlarda tam həllini tapacaq”, — deyə məlumatda bildirilir.
Beləliklə, bəzi müştərilərin kart hesablarında müşahidə olunan uyğunsuzluqların aradan qaldırılması istiqamətində iş aparılır. Hesabların tədricən bərpa olunduğu və problemin tam həlli üçün texniki proseslərin davam etdirildiyi qeyd olunur.
Bu açıqlama ona dəlalət edir ki, bu gün bəzi müştərilərin kart əməliyyatlarında yaranmış çətinlik kiberhücum deyil, bu barədə iddialar əsassızdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 6 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
-
1 saat əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Aviaşirkətin ixracında kəskin sıçrayış
Şarja-Bakı reysində milyonluq brilyant əməliyyatı - 2 502 karat brilyant tapılıb, dəyəri 4 milyon manatdan çoxdur
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Ən çox oxunanlar
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Azərbaycanın ən böyük 10 özəl ixracatçısı - ADLARI VƏ QAZANCLARI





























