Büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün “Xəzinə Bələdçisi” hazırlanıb
Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xidmətlər üzrə müraciətlərin qəbulu və icra prosesində büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün “Xəzinə Bələdçisi” hazırlanıb.
“Xəzinə Bələdçisi”nin əsas məqsədi xəzinədarlıq orqanı ilə büdcə təşkilatları arasında sənəd dövriyyəsini tam şəffaflaşdırmaqla müraciətlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə vahid yanaşma əsasında daha sürətli və xətasız hazırlanmasına dəstək göstərmək, sənədləşmə prosesində rast gəlinən texniki və prosedur uyğunsuzluqların minimuma endirilməsini təmin etməkdir.
Müvafiq sənəd, həmçinin, xəzinədarlıq xidmətləri sahəsində rəqəmsallaşma proseslərinin təşviqini, müraciətlərin hazırlanması və icrası zamanı vahid yanaşmanın formalaşdırılmasını və istifadəçi məmnunluğunun artırılmasını hədəfləyir.
Metodiki təlimatda əməyin ödənişi, mal, iş və xidmətlərin satınalınması, faizlər üzrə ödənişlər, subsidiyalar, qrantlar və digər ödənişlər, sosial ödənişlər, dövlət icbari şəxsi sığorta xərcləri, qeyri-maliyyə və maliyyə aktivləri, eləcə də öhdəliklər üzrə əməliyyatlar daxil olmaqla 140-dan çox xərc maddəsi üzrə təqdim edilməli zəruri sənədlərin siyahısı, müraciətlərin hazırlanması qaydaları və mümkün imtina halları barədə məlumatlar əks olunub.
“Xəzinə Bələdçisi” büdcə təşkilatlarının elektron istifadəsi üçün Xəzinədarlığın İnformasiya İdarəetmə Portalında, Nazirliyin internet informasiya resurslarında, o cümlədən sosial media platformalarında yerləşdirilib.
"Xəzinə Bələdçisi" ilə bu linkə keçid edərək tanış ola bilərsiniz:
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 6 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
-
1 saat əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Aviaşirkətin ixracında kəskin sıçrayış
Şarja-Bakı reysində milyonluq brilyant əməliyyatı - 2 502 karat brilyant tapılıb, dəyəri 4 milyon manatdan çoxdur
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Ən çox oxunanlar
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Azərbaycanın ən böyük 10 özəl ixracatçısı - ADLARI VƏ QAZANCLARI



























