Avropa LNG bazarında ABŞ dominantlığı: pay 60 faizə yaxınlaşıb
Avropa ABŞ-dan mayeləşdirilmiş təbii qaz (LNG) idxalını əhəmiyyətli dərəcədə artırıb. İlin sonrakı dövründə bu göstəricilərin daha da yüksələcəyi gözlənilir. “Rusiya qazına güvənə bilmərik, lakin ABŞ qazından da həddindən artıq asılı vəziyyətə düşməməliyik”Avropa ABŞ-dan mayeləşdirilmiş təbii qaz (LNG) idxalını böyük ölçüdə artırıb.
MArja xəbər verir ki, hazırda LNG tələbatının təxminən 59 faizini ABŞ hesabına qarşılayan Avropa, aprel ayında bu göstəricini 64 faizədək yüksəldib. İlin sonrakı aylarında bu payın daha da artacağı gözlənilir.
Avropalı rəsmilər ABŞ LNG-sindən artan asılılıqdan narahatdırlar. Avropa İttifaqının rəqabət və enerji məsələləri üzrə rəsmiləri bir asılılığın başqa bir asılılıqla əvəzlənməsi riskinə diqqət çəkərək, tədarük mənbələrinin şaxələndirilməsinin vacibliyini vurğulayırlar.
Hörmüz boğazının bağlanması Qətər və BƏƏ-dən tədarükü məhdudlaşdırdığı üçün bu artım daha da sürətlənib. Qış mövsümü öncəsi qaz anbarlarının doldurulması zərurəti səbəbindən ABŞ qazına tələbin daha da artacağı gözlənilir.
2022-ci ildə Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Avropanın ABŞ LNG-sindən asılılığı sürətlə artıb.
Böyük əmtəə bazarlarında tək bir mənbədən 30–40 faizdən çox asılılıq nadir hal hesab olunur. 60 faizdən yuxarı göstərici isə olduqca istisnai vəziyyətdir. Bu səviyyədə asılılıq adətən yalnız nadir metallar kimi xüsusi bazarlarda müşahidə edilir.
Avropalı rəsmilər uzun müddətdir ABŞ LNG-si ilə bağlı narahatlıqlarını qapalı şəkildə dilə gətirirdilər. Bu müzakirələr İsrail və ABŞ-ın İrana qarşı hücumlarından əvvəl ictimaiyyətə də yansımaya başlamışdı. Avropa İttifaqının rəqabət məsələləri üzrə rəsmisi Teresa Ribera “Rusiya qazına güvənə bilmərik, lakin ABŞ qazından da həddindən artıq asılı vəziyyətə düşməməliyik” demişdi. Avropa İttifaqının enerji komissarı Dan Jorgensen isə “Bir asılılığı başqa bir asılılıqla əvəzləmək riski ilə üz-üzəyik” ifadələrini işlətmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
7 saat əvvəl
Sahibkarlar Həftəsində Yapı Kredi Bank Azərbaycandan biznes müştərilərinə xüsusi fürsətlər ®
-
7 saat əvvəl
"Qüvvələrimizi birləşdirərək yeni bazarlara çıxa, birgə layihələr həyata keçirə bilərik"
-
8 saat əvvəl
“Hermes” lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
-
8 saat əvvəl
OBA müharibə veteranlarının məşğulluğuna verdiyi töhfəyə görə təltif olunub
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakıda “Türk dünyası – 2026” beynəlxalq idman rəqsləri müsabiqəsi keçirilib
-
9 saat əvvəl
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
- 11 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident İlham Əliyev Vyetnamda rəsmi səfərdədir
Ən çox oxunanlar
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
Bank olmayan kredit təşkilatına lisenziya verilib
Vergi yoxlamaları riskə görə aparılacaq – Dövlət Vergi Xidməti yeni mexanizm hazırlayır


























