“Bank of Baku”da növbədənkənar yığıncaq keçiriləcək
“Bank of Baku” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Marja.az xəbər verir ki, bu barədə bankın Müşahidə Şurasının sədri tərəfindən səhmdarlara ünvanlanan 18 iyun 2026-cı il tarixli bildirişdə qeyd olunub.
Bildirişə əsasən, yığıncaq 19 iyun 2026-cı il tarixində saat 15:00-da “Bank of Baku” ASC-nin Baş İdarəsində keçiriləcək.
Gündəlikdəki məsələlər - Bankın Müşahidə Şurasının üzvlərinin əməyinin ödənilməsi şərtlərinə baxılmasına dair məsələ və Bankın 2026-cı il üzrə ştat cədvəlinin təsdiq edilməsinə dair məsələdir.
Bildiriş “Azpetrol Neft Şirkəti” MMC-yə, Türkiyənin İstanbul şəhərində qeydiyyatda olan “NAB Holding Anonim Şirkəti”nə, həmçinin səhmdarlar Elçin Həmid oğlu İsayevə və Hikmət Əbuzər oğlu İsmayılova ünvanlanıb.
Səhmdarların növbədənkənar ümumi yığıncağının çağırılması bankın korporativ idarəetməsi baxımından əhəmiyyətli hadisə hesab olunur. Adətən belə yığıncaqlar səhmdarların səlahiyyətinə aid mühüm qərarların müzakirəsi, idarəetmə orqanları ilə bağlı məsələlər, kapital strukturu, strateji qərarlar və ya bankın fəaliyyət istiqamətləri üzrə dəyişikliklərlə əlaqədar keçirilir.
Müştərilərin xəbərləri
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 d. əvvəl
-
55 d. əvvəl
Avropa qışa təhlükəli dərəcədə aşağı qaz ehtiyatları ilə daxil ola bilər
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
2 saat əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Aviaşirkətin ixracında kəskin sıçrayış
Dekabrda yaradılıb, 8 ayda ilk onluğa daxil olub - 10 manat kapitalı olan şirkət 32,3 milyon dollarlıq ixrac edib
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Ən çox oxunanlar
Şarja-Bakı reysində milyonluq brilyant əməliyyatı - 2 502 karat brilyant tapılıb, dəyəri 4 milyon manatdan çoxdur
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı


























