Tramp İrana 300 milyard dollarlıq ödəniş iddialarını təkzib edib
ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların İrana 300 milyard dollar ödəyəcəyi barədə iddiaları rədd edib və bu xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib.
Marja.az xəbər verir ki, Tramp sosial media hesabında ABŞ ilə İran arasında əldə edilmiş razılaşma ətrafında gedən müzakirələrə münasibət bildirib.
“ABŞ-ın İrana 300 milyard dollarlıq ödəniş etməsi kimi bir məsələ yoxdur. Bu, yalan xəbərdir! ABŞ üçün burada yalnız uğur, neft qiymətlərinin düşməsi və qələbə var. Fond bazarına baxın”, – Tramp paylaşımında qeyd edib.
İranla ABŞ arasında əldə olunan razılaşma
İran və ABŞ Pakistanın vasitəçiliyi ilə aparılan danışıqlar çərçivəsində iyunun 14-də müharibənin dayandırılmasını və tərəflər arasında problemlərin danışıqlar yolu ilə həllini nəzərdə tutan 14 maddəlik memorandum üzrə razılığa gəldiklərini açıqlamışdılar.
“İslamabad Memorandumu” adlandırılan sənəd daha sonra İran Prezidenti Məsud Pezeşkian və ABŞ Prezidenti Donald Tramp tərəfindən rəqəmsal formatda imzalanaraq qüvvəyə minib. Reuters-in məlumatına görə, Ağ Ev iyunun 18-də ABŞ-İran aralıq razılaşmasının mətnini Konqresə təqdim edib; sənəd hərbi əməliyyatların dayandırılması, İran limanlarına tətbiq edilən dəniz blokadasının 30 gün ərzində qaldırılması və İranın Hörmüz Boğazından kommersiya keçidinə 60 gün müddətində imkan yaratması kimi müddəaları əhatə edir.
Memorandumda Livan da daxil olmaqla hərbi əməliyyatların dayandırılması, Hörmüz Boğazının yenidən açılması və ABŞ-ın İrana qarşı tətbiq etdiyi dəniz blokadasının ləğvi kimi bəndlərin yer aldığı bildirilir.
Sənədin imzalanmasından sonra tərəflərin yekun razılaşmaya nail olmaq üçün İranın nüvə proqramı və sanksiyaların ləğvi kimi əsas başlıqlar üzrə 60 günlük danışıqlar prosesinə başlaması gözlənilir.
300 milyard dollarlıq plan mübahisə yaradıb
Memorandumun 6-cı maddəsində ABŞ-ın regional tərəfdaşları ilə birlikdə İran İslam Respublikasının yenidən qurulması və iqtisadi inkişafı üçün ən azı 300 milyard dollar həcmində plan hazırlamağı öhdəsinə götürdüyü qeyd olunub.
Həmin maddədə bildirilib ki, ABŞ regional tərəfdaşları ilə birlikdə İranın yenidən qurulması və iqtisadi inkişafı üçün ən azı 300 milyard ABŞ dolları məbləğində, dəqiq və qarşılıqlı razılaşdırılmış plan hazırlamağı öhdəsinə götürür. Planın icra mexanizminin 60 gün ərzində yekun razılaşmanın bir hissəsi kimi dəqiqləşdirilməsi nəzərdə tutulur. Müvafiq maliyyə əməliyyatları üçün tələb olunan bütün lisenziyalar, istisnalar və icazələrin ABŞ tərəfindən veriləcəyi bildirilir.
Memorandumun mətninin ictimaiyyətə açıqlanmasından sonra bu vəsaitin hansı mənbələr hesabına təmin ediləcəyi və maliyyələşmənin hansı tərəflər tərəfindən qarşılanacağı ətrafında müzakirələr başlayıb. Forbes də Trampın ABŞ-ın İranın müharibədən sonrakı bərpa fondu üçün 300 milyard dollar təqdim etməsi barədə iddiaları rədd etdiyini yazıb.
Digər mənbələr isə memorandumda söhbətin birbaşa ABŞ büdcəsindən ediləcək ödənişdən deyil, sanksiyaların yumşaldılması, dondurulmuş aktivlərə çıxış və mümkün investisiya/bərpa mexanizmlərindən getdiyini bildirir. Axios yazır ki, razılaşma İranın 60 günlük danışıqlar pəncərəsində neftini sərbəst satmasına, daha geniş sanksiya yumşalmalarına, dondurulmuş vəsaitlərə çıxışa və yekun nüvə razılaşması əldə ediləcəyi təqdirdə potensial 300 milyard dollarlıq bərpa-investisiya fonduna yol aça bilər.
Tramp isə son açıqlaması ilə ABŞ-ın İrana 300 milyard dollar məbləğində birbaşa ödəniş edəcəyi barədə iddiaları qəti şəkildə təkzib edib. Onun sözlərinə görə, razılaşmanın ABŞ üçün əsas nəticələri neft qiymətlərinin azalması, bazarlarda müsbət dinamika və Vaşinqtonun diplomatik-siyasi uğurudur.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
Pulunuzu sadəcə saxlamayın? Kapital Bank-ın rəsmisi investisiyanın əsas qaydalarını açıqladı - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 23 saat sonra
- 6 saat əvvəl
-
9 saat əvvəl
“Pegasus” Avropada böyüyür – İki aviaşirkəti birdən satın aldı
-
13 saat əvvəl
Avropa İttifaqı 9 oyun şirkəti ilə bağlı araşdırmaya başlayıb
-
13 saat əvvəl
Hörmüz böhranı gübrəni bahalaşdırdı – Qiymət 9 ayda 28,4% artıb
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
AZAL daha bir “Airbus A321neo” aldı – Donanmadakı təyyarələrin sayı 31-ə çatdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
“Pegasus” Avropada böyüyür – İki aviaşirkəti birdən satın aldı
Hörmüz böhranı gübrəni bahalaşdırdı – Qiymət 9 ayda 28,4% artıb
Naxçıvan Ali Məclisinin deputatı mandatından məhrum edilib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
SOCAR yeni şirkət yaradıb
Bakıdan Tbilisiyə daha ucuz getmək mümkün olacaq, biletlər 36 manatdan başlayacaq - gündə 4 reys olacaq
Azərbaycanda oktyabrın 2-dən 5-dək yağış yağacaq
Yasamalda “kazino mənzili” aşkarlandı, 6 nəfər saxlanıldı - 5 milyon manatdan çox dövriyyə
Mərkəzi Bank 2 BOKT-un lisenziyasını ləğv edib





















