TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Fəaliyyətində gender bərabərliyi prinsiplərini və qadınların maliyyə imkanlarının genişləndirilməsini prioritet istiqamətlərdən biri kimi müəyyən edən "TuranBank ASC" beynəlxalq tərəfdaşlarla əməkdaşlığını uğurla davam etdirir.
Bank bu istiqamətdə növbəti mühüm addım ataraq Belçikanın nüfuzlu Incofin İnvestisiya Fondu ilə əməkdaşlıq çərçivəsində "Global Gender-Smart Fund S.A., SICAV" (GGSF) fondundan 3 il müddətinə 5 milyon ABŞ dolları ekvivalentində yerli valyutada maliyyə vəsaiti cəlb edib.
Cəlb olunan vəsait regionlarda fəaliyyət göstərən kiçik və orta sahibkarlıq (KOB) subyektlərinin maliyyələşdirilməsinə yönəldiləcək. Maliyyə xətti çərçivəsində xüsusilə qadınların rəhbərlik etdiyi və ya onlara məxsus bizneslərin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi nəzərdə tutulur. Bu isə qadın sahibkarların biznes fəaliyyətinin inkişafına, yeni iş yerlərinin yaradılmasına və ölkədə inklüziv iqtisadi artımın sürətlənməsinə töhfə verəcək.
Qadınların iqtisadi fəallığının artırılması və maliyyə resurslarına bərabər çıxış imkanlarının təmin edilməsi dayanıqlı inkişafın əsas şərtlərindən biri hesab olunur. Beynəlxalq təcrübə göstərir ki, qadın sahibkarlığının dəstəklənməsi iqtisadiyyatın şaxələndirilməsinə, innovasiyaların təşviqinə və sosial rifahın yüksəlməsinə mühüm təsir göstərir. TuranBank da öz fəaliyyətində bu prinsipləri rəhbər tutaraq gender bərabərliyinin təşviqinə və qadınların iqtisadi imkanlarının genişləndirilməsinə xüsusi önəm verir. Eyni zamanda, cəlb olunan vəsait sahibkarlıq subyektlərinin yerli valyutada uzunmüddətli maliyyə resurslarına çıxışını genişləndirməklə onların valyuta risklərindən qorunmasına və maliyyə dayanıqlığının artırılmasına xidmət edəcək.
Sözügedən saziş beynəlxalq maliyyə institutlarının TuranBankın maliyyə sabitliyinə, korporativ idarəetmə standartlarına və şəffaf fəaliyyətinə olan etimadının növbəti təsdiqidir. Əməkdaşlıq Bankın maliyyə inklüzivliyinin artırılması, qadın sahibkarlığının dəstəklənməsi və dayanıqlı inkişaf məqsədlərinə töhfə vermək istiqamətində həyata keçirdiyi strategiyanın mühüm tərkib hissəsidir.
TuranBank bundan sonra da beynəlxalq tərəfdaşlarla əməkdaşlığını genişləndirərək qadın sahibkarlığının inkişafına, maliyyə əlçatanlığının artırılmasına və ölkədə inklüziv iqtisadi inkişafın dəstəklənməsinə öz töhfəsini verməyə davam edəcək.
Global Gender-Smart Fund haqqında
Global Gender-Smart Fund inkişaf etməkdə olan ölkələrdə maliyyə institutlarına borc maliyyələşməsi təqdim edən, dünyada genderyönümlü ən böyük investisiya fondudur. GGSF-nin məqsədi maliyyə xidmətlərinə kifayət qədər çıxışı olmayan qadınların, eləcə də qadınların rəhbərlik etdiyi və onlara məxsus bizneslərin genderhəssas və məsuliyyətli maliyyə xidmətlərinə çıxışını genişləndirməkdir.
İnklüziv maliyyə sistemlərinin gücləndirilməsi vasitəsilə GGSF həyat səviyyəsinin yüksəldilməsinə, gender balansının və maliyyə xidmətlərinə çıxışın genişlənməsinə, həmçinin inkişaf etməkdə olan bazarlarda qadınların liderliyinin artmasına töhfə verir.
GGSF Innpact Fund Management tərəfindən idarə olunur və fondun fəaliyyətində dərin bazar təcrübəsinə və güclü təsiryönümlü yanaşmaya malik üç aparıcı özəl portfel meneceri iştirak edir. Bu layihə çərçivəsində TuranBank ilə əlaqələrin qurulması, monitorinqi və idarə olunmasına görə Incofin Investment Management məsuliyyət daşıyır.
Ətraflı məlumat üçün: www.ggs-fund.com
TuranBank ASC haqqında
TuranBank ASC 1992-ci ildə təsis edilmiş və Azərbaycanın ən etibarlı maliyyə institutlarından biri kimi fəaliyyət göstərir. Bank müştərilərinə beynəlxalq standartlara uyğun geniş çeşidli maliyyə xidmətləri təqdim edir. Hazırda ölkə üzrə 22 xidmət nöqtəsi ilə fəaliyyət göstərən TuranBank 34 illik fəaliyyəti ərzində dayanıqlı inkişaf nümayiş etdirərək şəffaflıq, etibarlılıq və sosial məsuliyyət prinsiplərinə sadiqliyi ilə seçilmişdir.
Ətraflı məlumat üçün: www.turanbank.az
Müştərilərin xəbərləri
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 42 d. əvvəl
- 46 d. əvvəl
-
-
49 d. əvvəl
Dövlətin pambıq şirkətindən 20 milyon dollara yaxın əlavə ixrac
- 52 d. əvvəl
-
56 d. əvvəl
“SOCAR Polymer”in ixracı geriləyib – 15 milyon dollara yaxın azalma
-
1 saat əvvəl
“AzerGold”un ixracdan gəliri 32,6 milyon dollar artıb – 180 milyon dolları keçib
- 1 saat əvvəl
-
2 saat əvvəl
Avropa qışa təhlükəli dərəcədə aşağı qaz ehtiyatları ilə daxil ola bilər
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Oktyabr ayının hava proqnozu açıqlanıb
AZAL-ın ixrac göstəricisi 12 faizə yaxın azalıb
Dövlətin pambıq şirkətindən 20 milyon dollara yaxın əlavə ixrac
“SOCAR Polymer”in ixracı geriləyib – 15 milyon dollara yaxın azalma
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
Ən çox oxunanlar
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Əliyev Pezeşkiana zəng edib
Aviaşirkətin ixracında kəskin sıçrayış
Dekabrda yaradılıb, 8 ayda ilk onluğa daxil olub - 10 manat kapitalı olan şirkət 32,3 milyon dollarlıq ixrac edib
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Şarja-Bakı reysində milyonluq brilyant əməliyyatı - 2 502 karat brilyant tapılıb, dəyəri 4 milyon manatdan çoxdur


























