Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

16 min investor "PAŞA Bank"ın səhmdarı olmaq üçün müraciət edib - SON 3 GÜN

“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklifi (IPO) çərçivəsində bankın səhmdarı olmaq üçün artıq 16 min investor sifariş yerləşdirirb.
AzVak-mobil_resmin_ustu_31
16 min investor "PAŞA Bank"ın səhmdarı olmaq üçün müraciət edib - SON  3 GÜN
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

12 İyun 2026-cı il tarixində “PAŞA Bank” ASC-nin səhmlərinə abunə yazılışı başa çatacaq (Abunə yazılışı səhmləri əldə etmək üçün investorların sifariş təqdim etdiyi prosesidir). Abunə yazılışının yekunlaşmasına tam 3 gündən az vaxt qalmış “PAŞA Bank” ASC-nin İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Murad Süleymanov brifinq keçirib.

Marja.az-ın məlumatına görə, İPO ilə bağlı sualları cavablandıran Murad Süleymanov bildirirb ki, 09 İyun 2026-cı il tarixinə olan məlumata görə, “PAŞA Bank”ın səhmlərinə 16 min investor sifariş yerləşdirib:

Reklam_3_11

"Abunə yazılışının ilk ayının son günlərində səhmlərə sifariş sayı digər günlər ilə müqayisədə daha yüksək oldu. İkinci ayın son 3 günü ərzində də sifarişlərin daha çox olacağını gözləyirik".

Qeyd edək ki, abunə yazılışı əvvəl 12 mayda bitməli idi, daha sonra 12 iyun 2026-cı ilədək uzadıldı. 12 İyun 2026-cı il tarixində açıqlanan məlumata görə, 13 aprel tarixində start verilmiş abunə yazılışı müddəti ərzində (12 aprel -12 may) 12000-ə yaxın müraciət qəbul edilib.

25 May 2026-cı il tarixində keçirilmiş mətbuat konfraansında "PAŞA Bank"ın İdarə Heyətinin sədri, baş icraçı direktoru Cavid Quliyev bildirmişdi ki, "PAŞA Bank" ASC səhmlərinin İlkin Kütləvi Təklifi (Initial Public Offering - IPO) çərçivəsində 25 May tarixinədək 13 mindən artıq investor öz sifarişlərini təqdim edib.

Murad Süleymanov qeyd edib ki, bugünədək qəbul edilmiş sifarişlərin cəmi məbləği təklifin məbləğini (51,3 milyon manat) üstələyir. Başqa sözlə, "PAŞA Bank" planlaşdırdığı 51,3 milyon manatı rahat cəlb edə biləcək. 

51,3 milyon manatı keçmiş sifarişlərin cəmi məbləğinə - pərakəndə investorların (fiziki şəxslərin və ya əhalinin) 20 000 manatadək sifarişləri, pərakəndə investorların 20 min manatdan yuxarı sifarişləri, hüquqi şəxslərin və digər investorların sifarişləri daxildir.

Murad Süleymanov Marja.az-ın "Fiziki şəxslərin (əhalinin) 20 000 manatadək olan cəmi sifarişləri təklifi tam bağlayır?" sualına, "Bugünə olan məlumata görə, bağlamır” cavabını verib. Səhmlərin bölüşdürülməsi qaydasına görə, təklif olunan səhmlər 1-ci mərhələdə sifariş həcmi 20 000 manatadək olan fiziki şəxslər arasında bölüşdürüləcək. Bu mərhələdə 20 000 manatadək olan sifarişlərin cəmi məbləği təklifin cəmi məbləğini üstələmədiyi üçün, belə investorların sifarişlərinin 100 faizi hissəsində "PAŞA Bank" səhminə sahib olacaqları ehtimalı yüksəkdir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Xatırladaq ki, "PAŞA Bank" IPO-da (Initial Public Offering – İlkin Kütləvi Təklif) kapitalının 5%-ni təşkil edən 932 926 adi adlı səhmi satışa çıxarıb. Bir səhmin qiyməti 55 manatdır, yəni bank təxminən 51,3 milyon manat cəlb etməyi hədəfləyir. Bu qiymətə görə bankın təxmini post-IPO bazar dəyəri 1 milyard 26 milyon manata edir. Lakin bankın bazar dəyəri yerləşdirmədən sonra səhmlərin bazar qiymətindən asılı olacaq.

Abunə yazılışı əvvəl 12 mayda bitməli idi, daha sonra 12 iyun 2026-cı ilədək uzadıldı. Bankın açıqlamasına görə, uzadılma investor və tərəfdaş müraciətləri, həmçinin “yüksək investor marağı” ilə əsaslandırılıb. 

Bank 2024-cü ilin maliyyə nəticələri üzrə 2025-ci ildə 129 milyon manat dividend və 59% “payout ratio” (şirkətin qazandığı xalis mənfəətin hansı hissəsini (faizini) dividend kimi səhmdarlara ödədiyini göstərən göstərici) ödəniş edib. “PAŞA Bank” 2025-ci ili 190 milyon 271 min manat xalis mənfəət ilə başa vururb. İyun ayının 2-ci yarısında Səhmdarların ümumi yığıncağı keçiriləcək. 2025-ci ilin nəticələri üzrə 107 milyon manat dividend elan ediləcəyi barədə qərar qəbul olunacağını gözlənilir (xalis mənfəətin 56% - red).

12 iyundan qısa müddət sonra Bakı Fond Birjasında səhmlərin yerləşdirilməsi baş tutacaq və səhmlər investorlar arasıda paylanacaq. Bölüşdürmə aşağıdakı ardıcıllıqla aparılacaqdır:

1-ci mərhələ Pərakəndə investorların 20,000 AZN-dək sifarişləri,

2-ci mərhələ Pərakəndə investorların 20,000 AZN-dən yuxarı sifarişləri (əgər əvvəlki mərhələdən sonrasəhmlər qalarsa),

3-cü mərhələ Hüquqi şəxslər və digər investorların sifarişləri (əgər əvvəlki mərhələlərdən sonra səhmlər qalarsa).

Emissiya Prospektinə görə, əgər hər hansı mərhələdə səhmlərə olan ümumi tələb həmin mərhələr üzrə təklif olunan səhmlərin sayından çox olarsa, səhmlər investorlar arasında mütənasib şəkildə bölüşdürülür (allokasiya olunur). Bölüşdürmə zamanı səhmlər yalnız tam ədəd şəklində təqdim edildiyi üçün hesablamalar nəticəsində yaranan rəqəmlər aşağıya doğru yuvarlaqlaşdırıla bilər. Yuvarlaqlaşdırmadan sonra qalan səhmlər isə sifarişin verilmə tarixi və vaxtına əsasən, ən tez sifariş verən investorlardan başlayaraq paylanır.

Əgər səhmlər 1-ci mərhələdə — yəni fiziki şəxslərin 20 000 manatadək sifarişləri hesabına tam bölüşdürüləcəksə, deməli, IPO-ya pərakəndə investorlar tərəfindən maraq çox güclü olub. Əgər 2-ci mərhələyə keçəcəksə, deməli, 20 000 manatadək sifarişlər bütün səhmləri almağa çatmayıb. Əgər 3-cü mərhələyə — hüquqi şəxslərə də səhm qalacaqsa, o zaman “fiziki şəxslərdən təklifi tam bağlayacaq səviyyədə tələb olmadığı" məlum olacaq.

"PAŞA Bank"ın səhmdarı olmaq istəyənlər ipo.pashabank.az veb-saytına daxil olaraq sifariş yerləşdirə bilərlər. 

PAŞA Bank səhmləri PAŞA Bank abunə yazılışı PAŞA Bank IPO 2026 PAŞA Bank səhmlərinə sifariş PAŞA Bank səhm alışı PAŞA Bank səhmləri nə vaxt yerləşdiriləcək PAŞA Bank səhmlərinin qiyməti PAŞA Bank bir səhm 55 manat PAŞA Bank 932 926 səhm PAŞA Bank kapitalının 5 faizi PAŞA Bank 51 3 milyon manat PAŞA Bank investor sayı PAŞA Bank 16 min investor PAŞA Bank Murad Süleymanov Murad Süleymanov brifinq PAŞA Bank Baş Maliyyə İnzibatçısı PAŞA Bank İdarə Heyəti PAŞA Bank IPO abunə son tarix 12 iyun 2026 PAŞA Bank PAŞA Bank abunə yazılışı başa çatır PAŞA Bank IPO uzadıldı PAŞA Bank IPO yüksək investor marağı PAŞA Bank səhmlərinə tələb PAŞA Bank səhmlərinə maraq PAŞA Bank IPO sifarişləri PAŞA Bank IPO tələb təklifi üstələdi PAŞA Bank səhmlərinin bölüşdürülməsi PAŞA Bank allokasiya
10.06.2026 17:34
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 4-cü_19