“Qiymətləndiricinin vəzifəsi tərəfləri deyil, bazarı təmsil etməkdir”
“Kredit bazarında şəffaflığın, ədalətin və maliyyə sabitliyinin təmin olunması baxımından banklarda girov qoyulan əmlakların qiymətləndirilməsi prosesində müstəqil ekspert rəyinin roluna yenidən baxılmalıdır. Bu, təkcə borcalanların əmlak hüquqlarının qorunması deyil, həm də bank sektorunda risklərin düzgün idarə olunması baxımından müstəsna əhəmiyyət daşıyır”.
Bu fikirləri Marja.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) üzvü, əmlak eksperti Hüseyn Talıbov söyləyib.
Onun sözlərinə görə, girov əmlakların bazar dəyərindən qəsdən aşağı və ya yuxarı qiymətləndirilməsi maliyyə sistemində eyni dərəcədə ciddi problemlər yaradır:
“İctimai müzakirələrdə adətən əmlakın dəyərinin aşağı göstərilməsi halları diqqət mərkəzinə çıxarılır. Halbuki risk yalnız bununla məhdudlaşmır. Girovun bazar dəyərindən aşağı qiymətləndirilməsi borcalanların kredit imkanlarını məhdudlaşdırır və mülkiyyət hüquqları ilə bağlı narazılıqlar yaradırsa, süni şəkildə yüksək qiymətləndirilməsi də bankların risklərini artırır, təminat səviyyəsini zəiflədir və gələcəkdə problemli kreditlərin formalaşmasına səbəb olur. Hər iki hal qiymətləndirmənin əsas prinsipi olan obyektivliyin pozulması deməkdir”.
Ekspert qeyd edib ki, qiymətləndirmə prosesi tərəflərdən hər hansı birinin maraqlarına deyil, bazar reallıqlarına əsaslanmalıdır:
“Qiymətləndiricinin vəzifəsi bankı və ya borcalanı deyil, bazarı təmsil etməkdir. Əmlakın dəyəri nə aşağı, nə də yüksək göstərilməlidir. Hesabatda yalnız real bazar dəyəri əks olunmalıdır. Məhz bu yanaşma maliyyə sistemində etimadın formalaşmasının əsas şərtidir. Beynəlxalq təcrübə də müstəqil qiymətləndirmənin maliyyə sabitliyində mühüm rol oynadığını təsdiqləyir. 2008-ci il qlobal maliyyə böhranından sonra ABŞ və Avropa ölkələrində girov əmlakların qiymətləndirilməsi üzrə nəzarət mexanizmləri əhəmiyyətli dərəcədə gücləndirildi.
ABŞ-da qəbul edilən Dodd-Frank qanunvericiliyi qiymətləndiricilərin müstəqilliyinin qorunmasını kredit bazarının əsas təhlükəsizlik elementlərindən biri kimi müəyyən etdi. Avropa Bank Təşkilatının (EBA) daşınmaz əmlak girovlarının qiymətləndirilməsinə dair qaydaları isə kredit təminatlarının müstəqil və peşəkar qiymətləndiricilər tərəfindən müəyyən edilməsini tövsiyə edir. Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının müxtəlif hesabatlarında da kredit risklərinin idarə olunmasında etibarlı qiymətləndirmə institutunun vacibliyi xüsusi vurğulanır”.
H.Talıbov bildirir ki, beynəlxalq araşdırmalar girov təminatlarının düzgün qiymətləndirilməsinin problemli kreditlərin səviyyəsinə birbaşa təsir göstərdiyini göstərir:
“Avropa Mərkəzi Bankının və bir sıra beynəlxalq maliyyə qurumlarının tədqiqatlarında qeyd olunur ki, daşınmaz əmlak bazarında qiymətlərin həddindən artıq şişirdilməsi kredit portfellərinin keyfiyyətinə mənfi təsir göstərən əsas amillərdən biridir. Təsadüfi deyil ki, bir çox inkişaf etmiş ölkələrdə iri həcmli kreditlər üzrə müstəqil qiymətləndirmə mexanizmləri xüsusi nəzarət altında saxlanılır. Azərbaycanda da müstəqil ekspert rəylərinin hüquqi əhəmiyyətinin artırılması kredit bazarının daha sağlam inkişafına xidmət edə bilər.
Xüsusilə iri məbləğli kreditlərdə, problemli kredit portfellərinin idarə edilməsində, məhkəmə çəkişmələrində, icra proseslərində və girovun realizasiyası mərhələsində tərəflərdən asılı olmayan müstəqil qiymətləndiricinin rəyinə daha güclü hüquqi status verilməsi məqsədəuyğun olardı. Bu, həm maliyyə institutlarının, həm investorların, həm də vətəndaşların maraqlarının daha etibarlı qorunmasına imkan yaradar Burada söhbət yalnız ayrı-ayrı kredit mübahisələrinin həllindən getmir” - müsahibimiz vurğulayır.
Ekspert əlavə edib ki, məsələ bütövlükdə maliyyə sektorunda etimadın gücləndirilməsi, investisiya mühitinin yaxşılaşdırılması və mülkiyyət hüquqlarının daha etibarlı müdafiəsidir:
“Girov əmlakların real bazar dəyərinin müəyyən edilməsi iqtisadi ədalətin vacib elementlərindən biridir. Maliyyə institutları, qiymətləndirmə şirkətləri, Azərbaycan Qiymətləndiricilər Palatası və dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi, beynəlxalq standartların daha geniş tətbiqi və qiymətləndirmə hesabatlarının keyfiyyətinə nəzarətin artırılması kredit bazarında şəffaflığın və ictimai etimadın daha da yüksəlməsinə töhfə verə bilər” - deyə, Hüseyn Talıbov fikrini yekunlaşdırır.
Müştərilərin xəbərləri
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
- 35 d. əvvəl
-
- 45 d. əvvəl
-
56 d. əvvəl
Avro ucuzlaşır – Dollar qarşısında son 3 ayın minimumuna düşüb
-
1 saat əvvəl
100 min dollardan 300 min dollara - “Azəripək” ixracını 3 dəfə artırıb
-
1 saat əvvəl
Azərbaycanda 117,7 milyon dollarlıq layihə – Yeni zavod tikiləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dövlətin pambıq şirkətindən 20 milyon dollara yaxın əlavə ixrac
- 2 saat əvvəl
-
2 saat əvvəl
“SOCAR Polymer”in ixracı geriləyib – 15 milyon dollara yaxın azalma
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
İnvestorlar 267 milyon manatlıq sifariş verdi, Maliyyə Nazirliyi yalnız 19,6 milyon manatı qəbul etdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Oktyabr ayının hava proqnozu açıqlanıb
AZAL-ın ixrac göstəricisi 12 faizə yaxın azalıb
Ən çox oxunanlar
Dövlətin pambıq şirkətindən 20 milyon dollara yaxın əlavə ixrac
Alüminium ixracında dövlət şirkətindən güclü artım
“SOCAR Polymer”in ixracı geriləyib – 15 milyon dollara yaxın azalma
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Əliyev Pezeşkiana zəng edib

























