Yaxt-klub satışa hazırlanır
Dövlət Əmlak Məsələləri Komitəsi (DƏMK) əvvəllər Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin strukturuna daxil olan üç profilsiz müəssisənin qiymətləndirilməsini və ayrıca hüquqi şəxsə çevrilməsini yekunlaşdırıb.
Sentyabrın 27-də Vergilər Nazirliyinin verdiyi məlumata görə, dənizkənarı "Yaxt-klub", Mərkəzi Dənizçilər Xəstəxanası və Dənizçilər Poliklinikasının bazasında məhdud məsuliyyətli cəmiyyətlərin yaradılması məsələsi bu il iynun 23-də həll olunub. "Yaxt-klub" MMC-nin nizamnamə kapitalı 3 269,6 min manat, "Mərkəzi Dənizçilər Xəstəxanası" MMC-nin nizamnamə kapitalı 1832,2 min manat və "Dənizçilər Poliklinikası" MMC-nin nizamnamə kapitalı 1 mln. 22,4 min manat ölçüsündə müəyyən edilib.
Bu müəssisələrin nə vaxt özəlləşdirməyə çıxararılacağının planlaşdırıldığı hələlik açıqlanmır. Bir müddət əvvəl DƏMK bu müəssisələrdən yalnız birinin satış metodu haqqında məlumat verib: Mərkəzi Dənizçilər Xəstəxanası (MDX) səhmləşdirmə və investisiya müsabiqəsi yolu ilə özəlləşdiriləcəkdi. Amma, məlum oldu ki, xəstəxana ASC-yə deyil, MMC-yə çevrilib. DƏMK-nin özəlləşdirmə portalının məlumatına görə, 1964-cü ildən fəaliyyət göstərən MDX-də 211 nəfər, o cümlədən 70 həkim işləyir.
© Turan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
41 d. əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
1 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti



























