Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3-ABB_21

AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) 4-6 Noyabr tarixlərində Bakı Ekspo Mərkəzində ilk dəfə AIREX (Azerbaijan International Real Estate Exhibition) - Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi keçiriləcək. Sərgi 20-dən çox ölkədən developer, investor, realtor, memar, proptech şirkətləri və daşınmaz əmlak sektorunun digər əsas iştirakçılarını bir araya gətirəcək.

Tədbirin keçirilməsi ölkə üçün əlamətdar bir dövrə təsadüf edir. Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2026-cı il “Şəhərsalma və Memarlıq ili” elan edilib ki, bu da dövlətin şəhər mühitinin, infrastrukturunun və müasir layihələrin genişmiqyaslı inkişafına verdiyi önəmi bir daha vurğulayır. Bu kontekstdə AIREX dövlət strategiyası ilə beynəlxalq investisiya maraqlarının kəsişdiyi mühüm platformaya çevrilir.

Baku Expo Management-in təşkilatçılığı, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri, Qarabağ Dirçəliş Fondu, KOBİA, AZPROMO və ADRA-nın dövlət dəstəyi, PAŞA Real Estate, Sea Breeze, PMD Group və Bakı Ağ Şəhər-in baş sponsorluğu, PAŞA Property Management, Azərbaycan Beynəlxalq Bankı və Absheron Hotel Group (AHG)-un partnyorluğu, eləcə də Times Consulting-in strateji partnyorluğu ilə həyata keçiriləcək sərgi Bakı Ekspo Mərkəzində baş tutaraq 20-dən çox ölkədən iştirakçıları bir araya gətirəcək.

“Azərbaycanın daşınmaz əmlak bazarı beynəlxalq arenaya çıxmağa hazırdır,” – deyə PAŞA Property Management-in Tədbirlər üzrə Layihə Meneceri və AIREX-in Layihə Direktoru Afitab Sultanova bildirib. “Qarabağda və ölkənin digər bölgələrində həyata keçirilən maraqlı layihələr fonunda həm yerli, həm də beynəlxalq investorlar və bazar iştirakçıları üçün yeni imkanların yarandığını görürük. AIREX məhz bu imkanların bir araya gəldiyi və sektorun diqqətdən kənarda qoymamalı olduğu platformadır.”

Üç günlük proqram çərçivəsində iştirakçıları gözləyir:

• Yerli və beynəlxalq daşınmaz əmlak bazarlarına investisiya etmək istəyənlər üçün sahə ekspertləri ilə yerində məsləhətləşmə imkanı;

• İnvestor və realtorlarla birbaşa satış və əməkdaşlıq imkanları;

• Sahə ekspertləri və beynəlxalq nümayəndələrlə panel müzakirələri;

• Dünyanın müxtəlif ölkələrindən bazarın əsas oyunçuları ilə B2B görüşlər;

• İrimiqyaslı inkişaf və infrastruktur layihələrinin təqdimatları;

• Peşəkar şəbəkələşmə və yeni əməkdaşlıqlar üçün geniş imkanlar.

Spikerlərin adları, panel mövzuları və təqdim olunacaq layihələr yaxın aylarda açıqlanacaq, lakin iştirakçı stendləri artıq sürətlə dolur.

AIREX Azərbaycan daşınmaz əmlak bazarının dinamik inkişafını beynəlxalq auditoriyaya təqdim etməyi və ölkəni regionda aparıcı investisiya istiqamətlərindən biri kimi mövqeləndirməyi hədəfləyir. Qafqaz regionunun dinamik inkişaf edən bazarlarından birinə daxil olmaq və ya mövcud iştirakını genişləndirmək istəyən şirkətlər üçün AIREX yeni imkanlara açılan vacib platformadır.

Erkən qeydiyyat artıq açıqdır. Əgər siz developer, realtor, investor, memar və ya daşınmaz əmlak sektorunun iştirakçısısınızsa, AIREX daşınmaz əmlak bazarının əsas oyunçuları ilə bir araya gəlmək, yeni tərəfdaşlıqlar qurmaq və real biznes imkanlarını dəyərləndirmək üçün əla bir fürsətdir.

Ətraflı məlumat və qeydiyyat üçün airex.az saytına daxil ola və ya *0776 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

AIREX sərgisi Bakı Expo Mərkəzi Azerbaijan International Real Estate Exhibition Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi Bakı daşınmaz əmlak sərgisi Azərbaycan daşınmaz əmlak bazarı real estate sərgisi Bakı developer investor realtor görüşü daşınmaz əmlak investisiya imkanları proptech şirkətləri Azərbaycan memarlıq və şəhərsalma layihələri 2026 Şəhərsalma və Memarlıq ili AIREX Bakı 2026 B2B daşınmaz əmlak görüşləri real estate investorlar Bakı beynəlxalq daşınmaz əmlak tədbiri Qarabağ investisiya layihələri Azərbaycan tikinti və inkişaf layihələri PAŞA Real Estate Sea Breeze PMD Group Bakı Ağ Şəhər PAŞA Property Management Azərbaycan Beynəlxalq Bankı Absheron Hotel Group Times Consulting Baku Expo Management KOBİA AZPROMO ADRA Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Qarabağ Dirçəliş Fondu
06.05.2026 07:58
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19