Azərbaycan bankı beynəlxalq investisiya şirkətindən 7 milyon dollar cəlb edib
“Rabitəbank” ASC mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə beynəlxalq investisiya şirkəti “Enabling Qapital” ilə əməkdaşlıq çərçivəsində 7 milyon ABŞ dolları məbləğində maliyyə resursu cəlb edib.
Marja.az Banka istinadən xəbər verir ki, cəlb olunan vəsaitin əsas məqsədi mikro və KOB seqmentində fəaliyyət göstərən sahibkarların maliyyələşdirilməsinə dəstək vermək, onların dayanıqlı inkişafını təşviq etmək, eyni zamanda real sektorun böyüməsinə və iqtisadi aktivliyin güclənməsinə töhfə verməkdir.
Yeni maliyyə resursu çərçivəsində ayrılmış vəsaitin mikro və kiçik biznes subyektlərinin kredit resurslarına çıxış imkanlarını artırması, onların dövriyyə və investisiya ehtiyaclarının qarşılanmasına dəstək verməsi, həmçinin yeni biznes təşəbbüslərinin və məşğulluğun təşviqinə xidmət etməsi nəzərdə tutulur.Cəlb edilmiş vəsait bizneslərin genişlənməsi, istehsal və xidmət imkanlarının artırılması, yeni investisiya layihələrinin reallaşdırılması üçün əlavə imkanlar yaradacaq.Həmçinin cəlb edilmiş vəsaitlər bankın və sahibkarların valyuta risklərindən qorunmasını gücləndirmək məqsədilə, Azərbaycan Mərkəzi Bankı tərəfindən təqdim olunan hedc mexanizmindən istifadə edilməklə sahibkarlara manatla təqdim olunacaq.
İdarə Heyətinin sədri Aydın Hüseynov qeyd edib ki, 21 aprel 2016-cı il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə hər il aprelin 25-i Azərbaycan Respublikasında “Sahibkarlar Günü” kimi qeyd edilir. Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxışını genişləndirmək, eləcə də məşğulluğun təmin olunmasında onlara dəstək nöqteyi nəzərdən bu müqavilə əhəmiyyət kəsb edir. Xüsusilə qeyd edilməlidir ki, mikro və kiçik sahibkarlığın dəstəklənməsi iqtisadiyyatın inklüziv inkişafı, regionlarda biznes aktivliyinin artması və yeni iş yerlərinin yaradılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu baxımdan, cəlb olunan maliyyə xətti yalnız bank üçün deyil, bütövlükdə real sektor üçün də strateji önəm daşıyan əməkdaşlıq kimi qiymətləndirilir.
FINMA tərəfindən tənzimlənən və İsveçrədə fəaliyyət göstərən beynəlxalq maliyyə institutu “Enabling Qapital” ilə əməkdaşlıq Rabitəbankın xarici investorlar üçün etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir. Eyni zamanda bu əməkdaşlıq bankın dayanıqlı və məsuliyyətli maliyyələşmə prinsiplərinə sadiqliyini bir daha nümayiş etdirir.
Rabitəbank üçün bu razılaşma beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsi, xarici resursların real iqtisadiyyata yönləndirilməsi və sahibkarlığın maliyyələşdirilməsi istiqamətində atılan növbəti mühüm addımdır.
Məlumat üçün bildirilib ki, “Rabitəbank” ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və “Rahat bankçılıq” konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları “Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.
Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile”, “Rabita Junior” və “Rabita Business” tətbiqləri, İnternet Bankçılıq platformasıvə 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.
FINMA tərəfindən tənzimlənən, İsveçrə mənşəli aparıcı təsir yönümlü aktivlərin idarəedicisi olan “Enabling Qapital” Ltd. investisiyaların maliyyə, sosial, ekoloji və iqtisadi dəyər yaratdığı bir dünyaya töhfə verməyi hədəfləyir.900 milyon ABŞ dollarından artıq idarə olunan aktivlərə malik şirkət mikro-maliyyə, enerji və təmiz bişirmə həllərinə çıxış, eləcə də inkişaf etməkdə olan bazarların istiqrazları istiqamətində investisiya strategiyaları həyata keçirir.Şirkətin komandası 14 müxtəlif milləti təmsil edən, 21-dən çox dili bilən 65-dən artıq mütəxəssisdən ibarətdir.“Enabling Qapital” investisiyalara məna və dəyər qazandırır.
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 saat əvvəl
-
-
3 saat əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
-
5 saat əvvəl
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Mərkəzi Bank iyunun 22-dən yeni inzibati binada fəaliyyətini davam etdirəcək
-
6 saat əvvəl
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
-
6 saat əvvəl
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
Ən çox oxunanlar
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
Nuran Kərimov "AmCham Azərbaycan"ın yeni Prezidenti seçilib



















