"Yapı Kredi Bank Azərbaycan" son maliyyə vəziyyətini açıqladı
"Yapı Kredi Bank Azərbaycan" QSC 2026-cı ilin ilk rübü üzrə (yanvar - mart) maliyyə nəticələrini açıqlayıb. Hesabata əsasən, bankın mənfəəti azalsa da, kredit portfeli və kapital mövqeyi artım nümayiş etdirib.
Xalis mənfəəti azalıb
Marja.az-ın məlumatına görə, 2026-cı ilin yanvar–mart aylarında "Yapı Kredi Bank Azərbaycan" 1 milyon 418 min manat xalis mənfəət əldə edib. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 863 min manat və ya 37,8 % azdır. Belə ki, bank ötən ilin ilk rübündə 2 milyon 281 min manat xalis mənfəət açıqlamışdı.
Aktivlərdə cüzi azalma olub
2026-cı ilin 31 mart tarixinə "Yapı Kredi Bank Azərbaycan"ın cəmi aktivləri 789 milyon 113 min manat təşkil edib. Bu, 2025-ci ilin sonu ilə müqayisədə 3 milyon 615 min manat və ya 0,46 % azdır. 2025-ci ilin 31 dekabr tarixində bankın aktivləri 792 milyon 728 min manat səviyyəsində idi.
Kredit portfeli artıb
Hesabat dövrünün sonunda bankın kredit portfeli 487 milyon 787 min manat olub. Bu göstərici 2025-ci ilin sonu ilə müqayisədə 20 milyon 529 min manat və ya 4,4 % artım deməkdir. Ötən ilin sonunda kredit portfeli 467 milyon 258 min manat təşkil edirdi.
Depozit portfeli azalıb
2026-cı ilin ilk rübünün sonuna bankın depozit portfeli 503 milyon 225 min manat təşkil edib. Bu göstərici 2025-ci ilin sonu ilə müqayisədə 24 milyon 518 min manat və ya 4,6 % azdır. 2025-ci ilin sonunda depozit portfeli 527 milyon 743 min manat idi.
Kapital mövqeyi möhkəmlənib
2026-cı ilin 31 mart tarixinə "Yapı Kredi Bank Azərbaycan"ın məcmu kapitalı 107 milyon 221 min manata çatıb. Bu, 2025-ci ilin ilk rübünün sonu ilə müqayisədə 5 milyon 88 min manat və ya 5 % artım deməkdir. 2025-ci ilin 1-ci rübünün sonunda bankın məcmu kapitalı 102 milyon 133 min manat səviyyəsində idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
11 saat əvvəl
Sahibkarlar Həftəsində Yapı Kredi Bank Azərbaycandan biznes müştərilərinə xüsusi fürsətlər ®
-
12 saat əvvəl
"Qüvvələrimizi birləşdirərək yeni bazarlara çıxa, birgə layihələr həyata keçirə bilərik"
-
13 saat əvvəl
“Hermes” lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
-
13 saat əvvəl
OBA müharibə veteranlarının məşğulluğuna verdiyi töhfəyə görə təltif olunub
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakıda “Türk dünyası – 2026” beynəlxalq idman rəqsləri müsabiqəsi keçirilib
-
13 saat əvvəl
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
- 16 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident İlham Əliyev Vyetnamda rəsmi səfərdədir
Ən çox oxunanlar
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
Bank olmayan kredit təşkilatına lisenziya verilib
Vergi yoxlamaları riskə görə aparılacaq – Dövlət Vergi Xidməti yeni mexanizm hazırlayır




























