ABŞ-dən İrana 15 maddəlik plan: nüvə proqramının dayandırılması və sanksiyaların ləğvi təklif olunur
ABŞ Prezidenti Donald Trump-ın İrana qarşı hərbi əməliyyatların dayandırılması üçün 15 maddədən ibarət plan təklif etdiyi iddia edilir.İsrailin Kanal 12 televiziyasının adını açıqlamadığı israilli mənbələrə istinadən yaydığı xəbərə görə, ABŞ İranla gərginliyi azaltmaq məqsədilə 15 maddədən ibarət təklif paketi hazırlayıb.
Məlumata əsasən, İrana qarşı hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan plan Pakistan vasitəsilə Tehrana çatdırılıb. Eyni zamanda, ABŞ-ın bu razılaşma üzrə danışıqların aparılması üçün bir aylıq müvəqqəti atəşkəs elan etməyi planlaşdırdığı iddia edilir.
Planın əsas şərtləri
İddialara görə, təklif olunan plan İranın nüvə proqramının tam şəkildə məhdudlaşdırılmasını hədəfləyir. Sənəddə aşağıdakı əsas maddələr yer alır:
•İranın nüvə potensialının dayandırılması
•Tehranın nüvə silahı əldə etməyəcəyinə dair öhdəlik götürməsi
•İsfahan Nüvə Mərkəzi, Natanz Nüvə Obyekti və Fordo Nüvə Zavodu kimi əsas obyektlərin fəaliyyətinin dayandırılması
•İranın uranı zənginləşdirmə fəaliyyətindən imtina etməsi
•60%-ə qədər zənginləşdirilmiş uranın Beynəlxalq Atom Enerjisi Agentliyi-nə təhvil verilməsi
Bununla yanaşı, plan çərçivəsində:
•Hürmüz Boğazı-nın yenidən beynəlxalq gəmiçilik üçün açılması
•İranın raket proqramının mənzil və say baxımından məhdudlaşdırılması
•Tehranın regiondakı silahlı qruplara (“vekil qüvvələrə”) dəstəyinin dayandırılması kimi şərtlərin də yer aldığı bildirilir.
Qarşılığında nə təklif olunur?
Xəbərə görə, bu şərtlərin qəbul edilməsi qarşılığında ABŞ-ın İrana tətbiq etdiyi iqtisadi sanksiyaların mərhələli şəkildə ləğvi nəzərdə tutulur.
İranın mövqeyi və risklər
İsrailli mənbələr İranın bu təklifi qəbul etməyə həvəsli olmaya biləcəyini qeyd edir. Eyni zamanda, ABŞ-ın əvvəlcə ümumi çərçivə razılaşmasını qəbul etdirmək, daha sonra detalları müzakirə etmək strategiyası izləyə biləcəyi ilə bağlı narahatlıqlar da ifadə olunur.
Qeyd edək ki, yayılan məlumatlar hələlik rəsmi şəkildə təsdiqlənməyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
7 saat əvvəl
Sahibkarlar Həftəsində Yapı Kredi Bank Azərbaycandan biznes müştərilərinə xüsusi fürsətlər ®
-
7 saat əvvəl
"Qüvvələrimizi birləşdirərək yeni bazarlara çıxa, birgə layihələr həyata keçirə bilərik"
-
8 saat əvvəl
“Hermes” lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
-
9 saat əvvəl
OBA müharibə veteranlarının məşğulluğuna verdiyi töhfəyə görə təltif olunub
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakıda “Türk dünyası – 2026” beynəlxalq idman rəqsləri müsabiqəsi keçirilib
-
9 saat əvvəl
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
- 12 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident İlham Əliyev Vyetnamda rəsmi səfərdədir
Ən çox oxunanlar
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
Bank olmayan kredit təşkilatına lisenziya verilib
Vergi yoxlamaları riskə görə aparılacaq – Dövlət Vergi Xidməti yeni mexanizm hazırlayır























