BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
11 fevral 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT "International” ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan AZ2043021024 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 25.02.2026-cı il tarixində yekunlaşmışdır.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”nın 3.19 bəndinin tələblərinə cavab vermədiyindən (bölüşdürülmüş investor sayı 50-dən az olduğu üçün), adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınmır.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: BOKT "International" ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2043021024
İstiqrazların növü və forması: Faizli təmin edilməmiş, sənədsiz, adlı istiqraz
Ticarət üsulu/forması: Kütləvi/Rəqabətli hərrac
İstiqrazların sayı: 10 000 ədəd
İlkin ticarət qiyməti: 100 manat
İstiqrazların buraxılış həcmi: 1 000 000 manat
İllik gəlirlilik faizi: 18%
Minimal qiymət: 100 (18.0000%) manat
Maksimal qiymət: 100 (18.0000%) manat
Kəsmə qiyməti: 100 (18.0000%) manat
Ortaçəkili qiyməti: 100 (18.0000%) manat
İstiqrazların reallaşdırılmış həcmi: 1 000 000 manat
İstiqrazların sifarişlərinin ümumi həcmi (nominal qiymətlə): 1 016 300 manat
Hərracda iştirak edən investor sayı: 51
Bölüşdürülmüş investor sayı: 45
Sifariş sayı: 51
Ödəmə Periodu: İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcəkdir
Tədavül müddəti: 3 il
Anderrayter: “PAŞA Kapital İ.Ş.” QSC
Müştərilərin xəbərləri
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
7 d. əvvəl
“Azəriqaz” abonentləri müqavilələri SİMA ilə rəqəmsal imzalayacaq
-
- 18 d. əvvəl
- 32 d. əvvəl
- 43 d. əvvəl
-
1 saat əvvəl
İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb
-
1 saat əvvəl
“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər
-
1 saat əvvəl
Qərar verildi: Asiya İnfrastruktur İnvestisiya Bankının növbəti böyük toplantısı Bakıda olacaq
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
“Azəriqaz” abonentləri müqavilələri SİMA ilə rəqəmsal imzalayacaq
Laçında təxminən 50 milyon manatlıq yaşayış layihəsi
Rəsmi məzənnələr açıqlandı
Qərar verildi: Asiya İnfrastruktur İnvestisiya Bankının növbəti böyük toplantısı Bakıda olacaq
PepsiCo-da problem dərinləşir – PepsiCo-ya həftə ərzində ikinci zərbə: JPMorgan da reytinqini aşağı saldı
Tramp: "İran sonda təslim olacaq" – Hörmüzdən neft axınının rekord səviyyəyə çatdığını iddia etdi
OpenAI, 1,4 trilyon dollar qiymətləndirmə ilə 30 milyard dollar cəlb etməyi planlaşdırır
"OpenAI" "Microsoft"a rəqib olur
Dünyanın iki nəhəng bazarı üz-üzə: Çin Avropa İttifaqına sərt xəbərdarlıq etdi— “Qətiyyətlə cavab verəcəyik”
İnvestorlar 267 milyon manatlıq sifariş verdi, Maliyyə Nazirliyi yalnız 19,6 milyon manatı qəbul etdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
























