Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir. Prezident İlham Əliyev Vergi Məcəlləsində, “Banklar haqqında” və “Gömrük tarifi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə 13 fevral 2026-cı il tarixli 355-VIIQD nömrəli Qanunu və onun tətbiqi ilə bağlı müvafiq Fərmanı imzalayıb.
Dəyişikliklər dövlət maliyyə nəzarətinin artırılmasına və dövlət sektorunda bank əməliyyatları üzrə müşahidə mexanizmlərinin mərkəzləşdirilməsinə yönəlib.
Qanuna əsasən, dövlət orqanlarının, dövlət mülkiyyətində olan və paylarının nəzarət zərfi dövlətə məxsus hüquqi şəxslərin (maliyyə bazarlarını tənzimləyən qanunlarla Azərbaycan Respublikasının Mərkəzi Bankı-nın nəzarət etdiyi subyektlər istisna olmaqla), dövlət adından yaradılan publik hüquqi şəxslərin, eləcə də dövlət büdcəsindən maliyyə alan digər təşkilatların bank hesabları üzrə müşahidə funksiyalarının həyata keçirilməsi məqsədilə bank sirri təşkil edən məlumatlar banklar tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim olunacaq.
Bununla Maliyyə Nazirliyi dövlət sektoruna aid bank hesabları üzrə vəsait hərəkətləri barədə məlumatları birbaşa əldə etmək imkanı qazanır.
Eyni zamanda, dövlət orqanları və dövlətə məxsus hüquqi şəxslər vergi orqanında uçota alındıqda, yenidən təşkil edildikdə və ya uçotdan çıxarıldıqda onların adı, VÖEN-i və bank hesabları barədə məlumatlar növbəti ayın 15-dək elektron qaydada Maliyyə Nazirliyinə təqdim ediləcək.
Habelə, həmin qurumlara məxsus bank hesabları barədə məlumat vergi orqanına daxil olduqdan sonra bu məlumat 1 iş günü müddətində elektron formada Maliyyə Nazirliyinə ötürüləcək.
© APA
Müştərilərin xəbərləri
AmCham-da AI gündəliyi – Cisco süni intellektə hazırlıq və rəqəmsal transformasiya təcrübəsini bölüşüb
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 d. əvvəl
Dubaydan Tel-Əvivə uçan sərnişin təyyarəsinin qaçırıldığı bildirilir
-
- 21 d. əvvəl
- 37 d. əvvəl
- 41 d. əvvəl
-
52 d. əvvəl
Ağdamda avtobus parkı üçün 14,7 milyon manatlıq müqavilə bağlandı
-
53 d. əvvəl
Qarabağ üçün 19 “Yutong” avtobusu alınır – 3,4 milyon manatlıq müqavilə
-
1 saat əvvəl
“Azəriqaz” abonentləri müqavilələri SİMA ilə rəqəmsal imzalayacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycan neftinin son qiyməti
Ağdamda avtobus parkı üçün 14,7 milyon manatlıq müqavilə bağlandı
“Azəriqaz” abonentləri müqavilələri SİMA ilə rəqəmsal imzalayacaq
Laçında təxminən 50 milyon manatlıq yaşayış layihəsi
Bu BOKT 2026-cı ildə kapitalını 18%-dən çox böyüdüb
Rəsmi məzənnələr açıqlandı
Qərar verildi: Asiya İnfrastruktur İnvestisiya Bankının növbəti böyük toplantısı Bakıda olacaq
PepsiCo-da problem dərinləşir – PepsiCo-ya həftə ərzində ikinci zərbə: JPMorgan da reytinqini aşağı saldı
Tramp: "İran sonda təslim olacaq" – Hörmüzdən neft axınının rekord səviyyəyə çatdığını iddia etdi
OpenAI, 1,4 trilyon dollar qiymətləndirmə ilə 30 milyard dollar cəlb etməyi planlaşdırır
























