“129 milyon manat və ya xalis mənfəətin 60%-i həcmində dividend ödənişimiz olub”
“PAŞA Bank” əvvəllki illərdə xalis mənfəətinin minimum 30-40%-i civarında dividend ödənişləri həyata keçirib. Bir sıra illərdə 50-70% civarında da dividend ödənişimiz olmuşdur”.
Marja xəbər verir ki, bunu "PAŞA Bank"ın səhmlərinin İlkin Kütləvi Təklifinə (İPO) dair tədbirdə Bankın İdarə Heyətinin üzvü, Baş maliyyə inzibatçısı Murad Süleymanov bildirib.
“2025-ci ilə baxsaq, rəqəmlər dərc olunacaq, siz bunu müşahidə edəcəksiniz - 129 milyon manat və ya xalis mənfəətin təxminən 60%-i həcmində dividend ödənişimiz olmuşdur”,- Murad Süleymanov deyib.
Bankın Baş maliyyə inzibatçısı əlavə edib ki, "PAŞA Bank" 2024-cü ildə 218 milyon manat xalis mənfəət əldə edib. Xalis mənfəət 2023-cü illə müqayisədə demək olar ki, eyni səviyyədə qalıb.
Qeyd edək ki, "PAŞA Bank" ASC 2025-ci ildə 129 milyon manat dividendi 2024-cü ilin xalis mənfəəti üzrə ödəyib.
Audit olunmamış və Milli Mühasibat Uçotu Standartları əsasındakı hesabatlara görə, 2025-ci ilin yanvar–dekabr aylarında “PAŞA Bank” ASC-nin (PAŞA Bank Azərbaycan) xalis mənfəəti 148 milyon 896 min manat təşkil edib.
Müştərilərin xəbərləri
AmCham-da AI gündəliyi – Cisco süni intellektə hazırlıq və rəqəmsal transformasiya təcrübəsini bölüşüb
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
- 4 d. əvvəl
-
-
8 d. əvvəl
İsrailə uçan təyyarənin qaçırıldığı təsdiqlənməyib — Səudiyyə Ərəbistanına təhlükəsiz enib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ağdamda avtobus parkı üçün 14,7 milyon manatlıq müqavilə bağlandı
-
1 saat əvvəl
Qarabağ üçün 19 “Yutong” avtobusu alınır – 3,4 milyon manatlıq müqavilə
-
2 saat əvvəl
“Azəriqaz” abonentləri müqavilələri SİMA ilə rəqəmsal imzalayacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
SOCAR Green-in layihələri sığortalana bilər
AmCham-da AI gündəliyi – Cisco süni intellektə hazırlıq və rəqəmsal transformasiya təcrübəsini bölüşüb
Ağdamda avtobus parkı üçün 14,7 milyon manatlıq müqavilə bağlandı
“Azəriqaz” abonentləri müqavilələri SİMA ilə rəqəmsal imzalayacaq
Laçında təxminən 50 milyon manatlıq yaşayış layihəsi
Bu BOKT 2026-cı ildə kapitalını 18%-dən çox böyüdüb
Rəsmi məzənnələr açıqlandı
























