Güzəştli mənzillərə "kupça" zəmanəti!
Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin tikintisi davam edən ilk layihəsi – Yasamal Yaşayış Kompleksinin 9 binadan və 584 mənzildən ibarət olan birinci məhəlləsinin mənzillərinin mülkiyyət hüququnun qabaqcadan qeydiyyatı təmin edilib.
MİDA-dan "Marja"ya daxil olmuş məlumata görə, bununla əlaqədar, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinə hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışlar təqdim olunmuşdur.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qabaqcadan qeydiyyat sənədləri tikintisi davam edən mənzillərin alqı-satqısının rəsmiləşdirilməsi üçün əsasdır. Eyni zamanda, mövcud qanunvericiliyə uyğun olaraq, qabaqcadan qeydiyyat arayışı tikinti mərhələsində olan mənzillərin girov qoyularaq “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti və “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əməkdaşlıq müqaviləsini imzalamış müvəkkil banklar tərəfindən güzəştli ipoteka kreditlərinin verilməsinə imkan yaradır.
Mənzillər üzrə hüquqların qabaqcadan qeydiyyatı təsdiq olunmuş tikinti layihəsi və tikintiyə icazə əsasında aparılır, mənzillərin layihəyə uyğun şəkildə inşa olunmasına zəmanət verir. Yaşayış binası tikilərək istismara verildikdən sonra, mənzilə sahib olan vətəndaşın qabaqcadan qeydiyyat arayışı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə əvəzlənəcək.
Mənzil İnşaatı Dövlət Agentliyi 29 yaşayış binasından ibarət Yasamal Yaşayış Kompleksinin tikintisi davam edən növbəti mənzillərinin mülkiyyət hüququnun qabaqcadan qeydiyyatının təmin edilməsi istiqamətində işləri davam etdirəcək və müvafiq arayışların mərhələli şəkildə alınmasını təmin edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
42 d. əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
1 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti



























