1-ci mikrorayonun sökülməsilə bağlı açıqlama
“Hazırda Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakının 1-ci mikrorayonun yenidən qurulması ilə bağlı hazırlıq işləri aparılır”.
Bunu baş nazirin müavini Abid Şərifov deyib.
O bildirib ki, dövlət məsələ ilə bağlı icazə verib, qərar çıxarıb.
A. Şərifovun sözlərinə görə, müvafiq işlər özəl şirkətlər və Fövqəladə Hallar Nazirliyi tərəfindən icra olunacaq: “Bunun üçün vəsait, özəl şirkətlər tapılmalıdır. Bakıda 1-ci mikrorayonun yenidən qurulması eksperiment məsələsi deyil. Burada 20-yə yaxın bina var. Bir binanı sökməklə, məsələ bitmir. Elə bir vəsait toplanmalı və qarantiya olmalıdır ki, bu evlər bir tərəfdən söküləndə, digər tərəfdən tikilsin”.
Baş nazirin müavini qeyd edib ki, işlər paralel şəkildə həyata keçirilməlidir:
“Evləri sökməklə iş bitmir. Sökmək asandır, amma insanları başqa yerdə yerləşdirmək lazımdır. Onların övladları yaxın məktəblərdə oxuduğundan yaxın yerdə yerləşməli, vəsait ödənilməlidir”.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
42 d. əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
1 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti

























