Ruhani: ABŞ üçün pis nəticələri olacaq
İran Prezidenti Həsən Ruhani, ABŞ Prezidenti Donald Trumpın İran ilə əldə edilmiş nüvə razılaşmasından imtina etməsi vəziyyətində ABŞ-ın "ağır bədəl" ödəyəcəyini bildirib.
"Marja" xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının toplantıları üçün Nyu-Yorkda olan Ruhani, CNN televiziya kanalına verdiyi xüsusi müsahibəsində gündəmə ilə bağlı açıqlamalar verib.
Ruhani, "Belə bir sazişi pozmasının ABŞ üçün pis nəticələri olacaq və amerikalıların, işlərinə yarımayacaq bu ağır bədəli ödəmək istəyəcəklərini güman etmirəm", - deyib.
Trump rəhbərliyinin müqavilədən imtina etməsi vəziyyətində ABŞ-ın beynəlxalq cəmiyyətin nəzərində etimadının azalacağını deyən Ruhani, "Trumpın gözlənilməz davranış və reaksiyalarını nəzərə alaraq, biz də ABŞ-ın müqavilədən çıxması vəziyyətində necə sərt reaksiya verəcəyimizi düşünmüşük",- deyə bildirib.
Həmçinin Ruhani, Myanma hökumətinin, Arakanlı Müsəlmanlara qarşı qətliam səbəbilə pislənməsi lazım olduğunu söyləyib.
Arakanlı Müsəlmanlar üçün aparılan humanitar yardımın Myanma hökumətinə deyil, Banqladeşə edilməsi lazım olduğunu dilə gətirən Ruhani, yardımların məhz qaçqın düşərgələrində yaşayan Arakanlılara çatdırılması lazım olduğunu qeyd edib.
Ruhani həmçinin İŞİD və Əl-Qaidə kimi terror təşkilatlarının Arakan xalqını "istismar edə" biləcəyini sözlərinə əlavə edib.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 14 saat sonra
- 37 d. əvvəl
- 53 d. əvvəl
-
1 saat əvvəl
Aqrar sektora verilən kreditlər azalıb - 8 ayda 72 milyon manat geriləmə
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Şirkətlərin müddətli manat depozitləri bir ildə 1 milyard manatdan çox azalıb
-
1 saat əvvəl
Azərbaycan və Yunanıstan pərakəndəçiləri əməkdaşlığa başlayır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Banklar ticarət və xidmət sektoruna 8 ayda 205 milyon manat əlavə kredit verib - 4,6 milyard manatı keçib
"Bank Respublika" nizamnamə kapitalını artırır
Tikinti sektoruna verilən kreditləri kəskin artıb
Ən çox oxunanlar
“GL” ASC-nin istiqrazları tam yerləşdirildi
Azərbaycan və Yunanıstan pərakəndəçiləri əməkdaşlığa başlayır
























