Ən yüksək start qiyməti ilə təklif olunan əmlaklar - YENİ HƏRRAC

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 07 fevral 2017-ci il tarixində keçiriləcək yeni hərraca 95 əmlak çıxarılıb. Hərracda 20 səhmdar cəmiyyəti, 62 kiçik dövlət müəssisəsi və 13 istifadəsiz qeyri-yaşayış sahəsini özəlləşdirmək təklif olunur.
Bu hərraclarda istənilən fiziki və hüquqi şəxs iştirak edə bilər. Vətəndaş hərraca çıxarılan hər bir əmlakla komitənin privatization.az saytında tanış ola bilir. Əvvəlcə hərrac tarixinə görə elan linkinə daxil olur, elanda səhmdar cəmiyyəti, kiçik dövlət müəssisə və obyekti, eləcə də istifadəsiz yaşayış sahəsi və nəqliyyat vasitəsi üzrə ayrıca göstərilmiş linkə keçir. Burada istədiyi əmlakı seçərək baxır, əgər bəyəndiyi əmlakdırsa elə həmin səhifədəcə “sifariş ver” düyməsini sıxır. Qeyd edilməlidir ki, elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək qəbul ediləcək. Bununla əmlaka elektron sifariş verərək əmlakın ilkin satış qiymətinin 10% məbləğində behi də elektron qaydada ödəyir. Bu prosedurdan sonra vətəndaş hərracda iştirak etmək statusu qazanır.
Hərracda iştirak edərək sifariş verdiyi bir və ya bir neçə əmlakın sahibi ola bilir. Əgər hərracda qalib ola bilməsə, ödəmiş olduğu 10% beh məbləği 10 gün ərzində vətəndaşa geri qaytarılır. Ətraflı məlumatı komitənin (012) 566 07 44 nömrəli çağrı mərkəzindən öyrənmək mümkündür.
Xatırladaq ki, ötən ildən start verilən intensiv hərraclar bu il də hər həftə keçirilməklə davam etdiriləcək. Hərraclar barədə ictimaiyyətə Özəlləşdirmə portalı ilə bərabər, həm komitənin rəsmi saytı, həm də komitənin facebook sosial şəbəkəsindəki rəsmi səhifəsi və privatization.az səhifəsi vasitəsilə müntəzəm məlumatlar verilir. Özəlləşdirmə portalında hərraclarla tanış olan istifadəçi hər hansı sualı yaranarsa, portalın onlayn məsləhət pəncərəsi vasitəsilə sualını ünvanlaya bilər. Suallar dərhal cavablandırılır və sorğuçuya ətraflı məlumat verilir.
Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri Bakı, Gəncə, Sumqayıt, Daşkəsən, Salyan, Mingəçevir, Şəki və digər şəhər və ya rayonlarda yerləşir. Hərraca çıxarılan bir çox əmlaklar torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Ən yüksək start qiyməti ilə təklif olunan əmlak paytaxtın Xəzər rayonunda yerləşən “Aydınlıq” şadlıq evidir. Belə ki, hərracda iddiaçılar bu əmlaka qoyulan 179 min ilkin satış qiymətindən yuxarı qiymət təklif etməli olacaq. Hərracda yüksək start qiyməti ilə seçilən əmlaklar Xətai rayonundakı “Araz” kafesi və Binəqədi rayonundakı 9 saylı mağazadır. Bu əmlaklar müvafiq olaraq 120 min və 100 min 300 manata hərraca çıxarılıb. 13 istifadəsiz qeyri-yaşayış sahəsinin hamısı paytaxtda yerləşir. Bu əmlakların hərrac qiymətləri sahəsindən asılı olaraq 20 min-70 min manat arasında dəyişir.
Özəlləşməyə çıxarılan səhmdar cəmiyyətləri təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Müxtəlif şəhər və rayonlarda yerləşən belə iri müəssisələr sırasında “Daşkəsən Aqrotexservis”, “Lənkəran Taxıl”, “Sabirabad Mexanikləşdirmə”, “Xırdalan Nəqliyyat”, “Zaqatala Fındıq”, “Əli Bayramlı Aqrotəmir” kimi səhmdar cəmiyyətlər var.
Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 57 d. əvvəl
-
2 saat əvvəl
Azərbaycan XİN narahatlığını ifadə edib, ABŞ və İranı diplomatiyaya üstünlük verməyə çağırıb
-
4 saat əvvəl
“Üfüq” Karyera İnkişaf Proqramının final mərhələsi keçirilib
-
-
7 saat əvvəl
ABŞ İranın Fordo nüvə obyektinə 12 bomba, İran İsrailə 27 ədəd ballistik raket atıb
- 7 saat əvvəl
-
22 saat əvvəl
Azərbaycan və Suriya xarici işlər nazirləri İstanbulda görüşüb
-
22 saat əvvəl
DTX-nın keçirdiyi əməliyyatda saxlanılan icra başçısı həbs olunub
-
1 gün əvvəl
Büdcə ssudalarının vaxtında dövlət büdcəsinə qaytarılması mexanizmi formalaşdırılır
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər

İran parlamenti Hörmüz boğazının bağlanmasını dəstəkləyib

Azərbaycan XİN narahatlığını ifadə edib, ABŞ və İranı diplomatiyaya üstünlük verməyə çağırıb

“Üfüq” Karyera İnkişaf Proqramının final mərhələsi keçirilib

Azərbaycan və Suriya xarici işlər nazirləri İstanbulda görüşüb

Hesablama Palatası Dövlət Neft Fondunda yoxlama aparıb

Yerli şirkətlərin sərgisinə 30 mindən çox ziyarətçi qatılıb
Ən çox oxunanlar

Baku ID 2025 yekunlaşdı: Bakı iki gün ərzində regional innovasiya mərkəzinə çevrildi - FOTOLAR

Dolların 23 İyun üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycandan quş əti və quş əti məhsulları Çinə daşına bilər

“Ay Pizza” restoranında sanitariya norma və qaydaları pozulub

Mərkəzi Bank kredit təşkilatına lisenziya verdi

İcra başçısı vəzifəsindən azad edildi

UBS hesabatı: Dollar milyonçularının ən çox artdığı ölkə Türkiyədir

Dövlət qulluqçularının orta aylıq maaşı 1971 manata çatıb
