Azərbaycanda da sürətlə bahalaşır
Azərbaycanda süd və süd məhsulları, kərə yağları, bitki yağları sürətlə bahalaşır. Məsələn, Yeni Zellandiya istehsalı olan kərə yağları 14 manat - 14 manat 70 qəpiyə, “Ankor” yağı 16-17 manata təklif edilir. Mağazalarda xaricdən gətirilən və 19-20 manata satılan kərə yağları çeşidləri də az deyil.
Günəbaxan, qarğıdalı, zeytun yağları isə istehsal firmasından asılı olaraq 50 qəpik - 1 manatadək bahalaşıb. Ümumilikdə bütün yağlarda 30-40 faiz bahalaşma müşahidə olunur.
Azərbaycanda ot və yem məhsulları bahalaşdığından fermerlərin süd istehsalına marağı azalıb.
Elə bu səbəbdəndir ki, ölkəyə süd idxalı kəskin artıb. Belə ki, 2016-ci ilin ilk 6 ayı ərzində respublikaya 3,425.79 dollarlıq 2,306.97 ton süd idxal olunduğu halda, 2017-ci ilin ilk 6 ayı ərzində 5,814.76 dollarlıq 3,656.99 ton süd gətirilib. Yerli süd istehsalı azaldığından kərə yağının istehsalı da aşağı düşüb. 2016-cı ilin ilk 6 ayı ərzində ölkəyə 27,570.32 dollarlıq 7,801.71 ton kərə yağı idxal olunub.
Bu ilin analoji dövründə isə 32,688.14 dollarlıq 7,767.35 ton kərə yağı idxal edilib. Mütəxəssislər istehsalın getdikcə azalacağını, süd və süd məhsullarının, o cümlədən kərə yağının qiymətinin bahalaşacağını proqnozlaşdırırlar.
“Süd istehsalında daxili təminat 88 faizdir”
Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Qalib Abduləliyev deyib ki, səslənən fikirlərlə razılaşmır:
“Ötən ilin yekunlarına görə süd istehsalında artım müşahidə edilir. Artım 4,4 faizdən çox olub. Bu ilin 6 ayı ərzində də süd istehsalı 0,8 faiz artıb. Amma ilin yekunlarına kimi ötən ildən çox artım gözlənilir. Hazırda illik süd istehsalı təqribən 2 milyon 100 min tona qədərdir. Azərbaycanın südlə təminat səviyyəsi daxili istehsal hesabına 88 faiz təşkil edir. Qarşıdakı illərdə məqsəd bundan ibarətdir ki, minimum istehlak səbəti həcmində daxili istehsal hesabına təminat yarada bilək. Buna potensial var. Son dövrlərdə yüksək məhsuldarlıqlı heyvanların idxal olunması, süni mayalanma işlərinin sürətləndirilməsi, mövcud olan heyvanların çoxaldılması hesabına buna nail olunub. Kərə yağının hazırlanması üçün xam material-süd istehsalı kifayət qədərdir. Amma ölkəmizdə son 10 ildə heyvan mənşəli yağlara maraq azalıb. Daha çox bitki mənşəli yağlara üstünlük verilir. Eyni zamanda kərə yağına tələbat yüksək olaraq qalır. İdxalın artması və qiymətlərin dəyişməsini bazar özü tənzimləyir. Biz azad bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Özümüzü bu məhsullarla tam təmin etdiyimiz hallarda da idxal və ixrac əməliyyatları icra olunacaq. İstehsal baxımından geriləmə, qıtlıq yaranması mümkün deyil. Qiymətlərin dəyişməsi təkcə istehsaldan və məhsulun maya dəyərindən asılı deyil. Eyni zamanda istehlak bazarında digər mal və xidmətlərin qiymətlərinin dəyişməsilə əlaqədardır”.
“Ətin qiyməti sıçrayışla bahalaşmayıb”
Nazirlik rəsmisi ətin bahalaşmasını digər sahələrdə gedən qiymət artımı ilə əlaqəli olduğunu deyir:
“Ətin qiyməti digər mal və xidmətlərin qiymətlərinin dəyişməsinə uyğun olaraq dəyişib. Xüsusi olaraq ətin qiymətində sıçrayışla bahalaşma baş verməyib”.
Q.Abduləliyev “7 manata təklif edilən ətin 12 manata qədər bahalaşması sıçrayış hesab olunmurmu” sualına cavabı belə olub:
“Siz yanacağın, digər istehlak mallarının, tikinti materiallarının qiymətini nəzərə alın. Hamısı daşınma və istehsal xərclərinə təsir göstərir. Ət istehsalçısının yeganə məhsulu ət və ət məhsullarıdır. Fermer bu satışdan o qədər gəlir əldə etməlidir ki, digər ehtiyaclarını da ödəyə bilsin. Ona görə hamısı bir-birilə bağlıdır və ətin qiymətinə də təsir edir”.
© Modern.az
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan Bankkart Business kredit və Bankkart Business kredit platinum kartlarını təqdim edib!
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 gün sonra
-
25 d. əvvəl
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini “Money20/20 Asia 2026” qlobal səhnəsinə daşıdı
-
- 27 d. əvvəl
- 32 d. əvvəl
- 35 d. əvvəl
-
40 d. əvvəl
Bank of Baku-dan Autizm Maarifləndirmə ayına özəl layihə: SEVGİ VARSA, FƏRQ YOXDUR!
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
3 saat əvvəl
Çexiyanın Baş naziri: Milli enerji operatormuz Azərbaycandan təbii qaz almaq niyyətindədir
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
İclas keçirilib, Bakı metrosunun fəaliyyəti müzakirə olunub
Çexiyanın Baş naziri: Milli enerji operatormuz Azərbaycandan təbii qaz almaq niyyətindədir
"Çexiya ilə hərbi təyinatlı məhsulların birgə istehsalı ilə bağlı konkret layihələr üzərində danışıqlar gedir"
Ən çox oxunanlar
"Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir"
Aprelin 28-də gözlənilən hava şəraiti
Xırdalanda qurulan VİDAL Özəl Sənaye Məhəlləsi diqqət çəkir
ABB Sahibkarlar Gününü müştəriləri ilə qeyd etdi!
Bank Binəqədi filialını yenilənmiş konseptdə istifadəyə verdi
Ukrayna Rusiyanın gübrə zavodunu və neft emalı müəssisəsini vurub
Qəbələdə Çexiyanın Baş nazirinin rəsmi qarşılanma mərasimi olub







.jpg)





.jpg)






