İlkin mənzil bazarındakı payına görə Yasamal liderdir
2016-cı ilin noyabr ayında Bakının ilkin mənzil bazarındakı payına görə liderliyi Yasamal rayonu edib. Bu barədə paytaxtın daşınmaz əmlak bazarında monitorinq aparan "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən məlumat verilib.
“Satışa çıxarılan yeni mənzillərdə Yasamal (27,6%) və Xətai (25,7%) rayonları aparıcı mövqe tuturlar. Növbəti böyük paya malik olan rayonlar isə Nəsimi (12,5%) və Binəqədi (12,2%) rayonlarıdır. Təklif üzrə ən az paya sahib olan rayonlar kimi Səbail (2%) və Suraxanı (0,3%) rayonları qeydə alınıb. Xəzər, Qaradağ, Pirallahı rayonlarında isə noyabr ayında təklif müşahidə edilməyib”, - deyə hesabatda bildirilir.
İlkin mənzil bazarında satışa təklif olunan obyektlərin 79%-ni təmirli, 21%-ni isə təmirsiz mənzillər təşkil edir. Müqavilə ilə satılan mənzillərin payı 67%, "kupça" isə satılan mənzillərin payı isə 33%dir. Başqa sözlə, çoxmənzilli yeni binaların 67%-ı dövlət qeydiyyatından keçməyib. Ay ərzində ipotekada düşən ilkin mənzil bazarı isə ümumi bazarda cəmi 0,5% paya malik olub.
İlkin bazarda təklifin otaqlar üzrə pay bölgüsündə liderliyi 47%-lə 3 otaqlı mənzillər edir.
Təklif portfelində iki və üç otaqlı mənzillərin ümumi sayı və sahələri daha çox üstünlüyə malik olub və onların ümumi payı 80%-ə bərabərdir. Dörd otaqlı mənzillərin payı isə 12,1% təşkil edib. Ən az paya sahib olanlarbir otaqlı (5,4%) və beş otaqlı (2,4%) mənzillər olub.
Noyabr ayında ilkin mənzil bazarında Bakı şəhəri üzrə orta qiymət hər kvadrat metr üçün 1441 manat təşkil edib və ilin əvvəllərinə nisbətən qiymətin qalxması tendensiyası müşahidə olunur. Beləliklə, qiymət dəyişməsi 2016-cı ilin yanvar ayı ilə müqayisədə 5,8% olub.
2015-ci ilin noyabr ayı ilə müqayisədə isə qiymət artımı 9,9% təşkil edib. İlin əvvəli ilə müqayisədə qiymət fərqi əvvəlki aydakı 3% artıma qarşı 5,8% olub. Minimal qiymət ilkin mənzil bazarında 2016-cı ilin yanvar ayında 1361 AZN/m2 təşkil edib, maksimal noyabr ayında – 1441 AZN/M2.
Birliyin hesabatında göstərilir ki, Bakı şəhəri rayonları üzrə orta bazar qiyməti ən yüksək Səbail rayonunda qeydə alınıb.
Ötən ilin noyabr ayında ilkin yaşayış mənzil bazarında kvadratmetrin qiymətinə görə təklif olunan ən bahalı mənzillər Səbail (2412 AZN/M2), Nəsimi (1806AZN/m2) və Nərimanov (1724 AZN/M2) rayonlarında qeydə alınıb. Ən ucuz mənzillər isə Sabunçu (951 AZN/M2) və Suraxanı (923 AZN/M2) rayonlarında yerləşir. Qaradağ, Xəzər və Pirallahı rayonlarında ilk mənzil bazarında təklif yoxdur.
Bakı şəhəri rayonları üzrə qiymət dəyişməsində də Səbail rayonu liderlik edir.
Oktyabr-noyabr aylarında rayonlar üzrə qiymət dəyişməsi müsbət tendensiya göstərir. Beləliklə, orta qiymət artımı ən çox Səbail (12,9%), Suraxanı (7,7%) və Yasamal (3,7%) rayonlarında qeydə alınıb. Ümumi Bakı şəhəri üzrə qiymət 2,7% qalxıb. Eyni miqdarda Sabunçu (1,8%), Binəqədi (1,3%) və Xətai (1,2%) rayonlarında qiymət artması müşahidə olunur. Ən az qiymət deyişməsi Nərimanov (0,2%), Nizami (0,8%) və Nəsimi (0,9%) rayonları göstərir.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 4 gün sonra
-
- 5 saat sonra
- 31 d. əvvəl
- 49 d. əvvəl
-
1 saat əvvəl
Trampın FED sədri vəzifəsinə namizədi Senat tərəfindən təsdiqlənib - Kevin Uorş dövrü başlayır
-
1 saat əvvəl
Avropa İttifaqından Türkiyə və Ermənistan arasında ticarətin başlamasına dəstək
- 14 saat əvvəl
-
15 saat əvvəl
Avropa bankı Azərbaycan bankına 75 milyon avroyadək zəmanət verməyi planlaşdırır
-
15 saat əvvəl
Banklarda stres-testlərin aparılması üzrə yeni vahid tənzimləmə çərçivəsi qəbul edilib
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 31 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Rəsmi məzənnələr açıqlandı
ABB istiqrazlarına tələb bu dəfə təklifi 3 dəfə üstələdi!
Ən çox oxunanlar
Banklarda stres-testlərin aparılması üzrə yeni vahid tənzimləmə çərçivəsi qəbul edilib
SOCAR Özbəkistanda nümayəndəlik açacaq
"Birmarket": Bütün satıcılarımıza dəyən zərər tam şəkildə və operativ olaraq kompensasiya ediləcək
Ziraat Bank Azərbaycan istehlak kreditləri üzrə bahar kampaniyasının müddətini uzadıb












.jpg)









