İsrail Tehranda hərbi obyektlərə zərbələr endirib. Nüvə və neft obyektlərinin zərər görmədiyi bildirilir

İsrailin İranın hərbi obyektlərinə zərbələri ilə bağlı məlumatlar:
▪️ Bu gecə İsrail Müdafiə Qüvvələri “İranın hücumlarına cavab olaraq” İrandakı hərbi obyektlərə zərbələr endirib. İsrail oktyabrın 1-də İranın iri ballistik raket hücumuna cavab olaraq hücuma başlayıb.
▪️ İrana gecə hücumu zamanı İsrail Müdafiə Qüvvələrinin 100-dən çox təyyarəsi iştirak edib. "İrana 2 min km məsafədən hücumda 100-dən çox təyyarə, o cümlədən F-35 gizli qırıcılar iştirak edib", - “The Jerusalem Post” qəzeti yazıb.
▪️ CBS İsrailin nüvə obyektlərinə və neft infrastrukturuna hücum etmədiyini iddia edib.
▪️ Al-Mayadeen telekanalı xəbər verib ki, Tehrandakı Xomeyni və Mehrabad hava limanları da yəhudi dövlətinin hədəfində olmayıb. Məlumata görə, İranın hava hücumundan müdafiə sistemləri hücumların əksəriyyətini uğurla dəf edib. İsrail bu məlumatı təkzib edib.
▪️ ShafaqNA agentliyinin məlumatına görə, İranın nüvə obyektlərinə hücum edilməyib.
▪️ Oktyabrın 26-da səhər saatlarında İsrail ordusu hücumun başa çatdığını elan edib. Verilən məlumata görə, İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri raket istehsalı zavodlarına hücum edib.
▪️ Suriyaya zərbələr haqqında, ölkənin SANA xəbər agentliyi Dəməşq üzərində partlayışlar olduğunu bildirib. Məlumata görə, İsrail silahlı qüvvələri Suriyanın cənubunda və mərkəzində yerləşən hərbi hədəflərə raket hücum təşkil edib. Hava hücumundan müdafiə sistemləri bir neçə raketi vurub.
▪️ NBC telekanalı xəbər verir ki, İsrailin zərbələrinin hədəfi kazarma və silah anbarı ola bilərdi.
▪️ “The Jerusalem Post”un məlumatına görə, İsrail Müdafiə Qüvvələri İranın hava hücumundan müdafiə sistemlərini “kor” etmək üçün Suriyadakı radarlara ilkin zərbələr endirib.
▪️ Ağ Ev bildirib ki, İsrail özünümüdafiə məqsədilə İrandakı hərbi obyektlərə zərbələr endirib.
▪️ Reuters ABŞ-ın hücumda iştirak etmədiyi barədə xəbər yayıb.
▪️ İraqın Nəqliyyat Nazirliyi bildirib ki, ölkənin bütün hava limanlarında uçuşlar dayandırılıb.
▪️ ABC telekanalı xəbər verir ki, İsraildən ölənlər və ya İsrail təyyarələrinə dəyən ziyan barədə məlumat verilməyib.
▪️ The New York Times, İsrailin son günlər hücumun detalları ilə bağlı ABŞ ilə məsləhətləşdiyini yazıb. Hadisə ilə bağlı ABŞ prezidenti Co Bayden məlumatlandırılıb.
▪️ ABŞ Tehranın İsrailə qarşı mümkün cavab zərbəsini dəf etməkdə iştirak etməyə hazır olduğunu açıqlayıb. ABŞ-ın müdafiə naziri Lloyd Ostin israilli həmkarı Yoav Qalantla söhbətində Vaşinqtonun yəhudi dövlətini müdafiə etməyə hazır olduğunu təkrarlayıb.
▪️ Tasnim xəbər verir ki, İran proporsional cavab verməyə hazır olduğunu bəyan edib.
▪️ İran Silahlı Qüvvələri bildirib ki, İsrail İranın bəzi obyektlərinə yalnız “məhdud ziyan” vura bilib. Məlumata görə, İsrail tərəfindən hərbi bazalara hücum edilib.
XXX
İsrail hərbçiləri İranın paytaxtı Tehranda hərbi obyektlərə zərbələr endirib
Bu barədə məlumat İsrail Müdafiə Qüvvələrinin Telegram kanalında yer alıb.
İsrailin İrana hücumu nüvə və neft obyektləri ilə deyil, hərbi hədəflərlə məhdudlaşıb.
XXX
İsrail ordusu İrana hücumun başa çatdığını açıqlayıb.
Bu barədə məlumat İsrail Ordusunun Telegram kanalında yer alıb.
Təyyarələrin sağ-salamat İsrailə qayıtdığı qeyd edilir.
XXX
KİV: İranın HHM Qüvvələri İsrailin bir raketinin belə qarşısını ala bilməyib
İranın hava hücumundan müdafiə qüvvələri bir dənə də olsun İsrail raketinin qarşısını ala bilməyib.
Bu barədə The Jerusalem Post məlumat yayıb.
Məlumata görə, İsrail rəsmiləri İranın hava hücumundan müdafiə qüvvələrinin İsrail raketlərinin əksəriyyətinin qarşısını ala bildiyinə dair xəbərləri təkzib edib.
XXX
Ağ Ev: İsrail İrandakı hərbi obyektlərə özünümüdafiə məqsədilə zərbələr endirib
İsrail özünümüdafiə məqsədi ilə və Tehranın 1 oktyabr hücumuna cavab olaraq İrandakı hərbi obyektləri vurub.
CN xəbər verir ki, Bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Şon Savett bildirib.
“İsrail oktyabrın 1-də İranın İsrailə ballistik raket hücumuna cavab olaraq müdafiə məqsədi ilə İrandakı hərbi obyektlərə dəqiq zərbələr endirir”, - Savett vurğulayıb.
İsrailin zərbələri nəticəsində İranın nüvə və neft obyektləri zərər görməyib
İranın nüvə və neft obyektləri İsrail tərəfindən hücuma məruz qalmayıb.
Bu barədə Shafaqna agentliyi məlumat yayıb.
“Əldə edilən hesabatlar göstərir ki, İranın heç bir nüvə və neft obyekti İsrailin zərbələrinə məruz qalmayıb”, - agentlik qeyd edib.
Tehranda xilasedicilərə hər hansı hadisə ilə bağlı müraciət daxil olmayıb
İranın fövqəladə hallar xidmətlərinə İsrailin hücumu fonunda Tehran və onun ətraflarında baş verən hər hansı insidentlə bağlı müraciətlər daxil olmayıb.
Bu barədə IRNA agentliyi məlumat yayıb.
İsrailin hücumundan sonra Tehranda hava limanlarının normal fəaliyyət göstərdiyi də bildirilib.
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

"Prime Cotton" şirkəti akademik Zərifə Əliyevanın doğum günü münasibətilə qanvermə aksiyası təşkil etdi
SON XƏBƏRLƏR
-
1 saat əvvəl
Dünya Bankı əmtəə qiymətlərinin 2020-ci ildən bəri görünməmiş səviyyələrə düşəcəyini gözləyir
-
1 saat əvvəl
BOKT “İnternational” kiçik və orta sahibkarlara dəstək məqsədilə – KOB FİLİALINI AÇDI
- 1 saat əvvəl
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 2 saat əvvəl
- 2 saat əvvəl
-
6 saat əvvəl
İşsizlikdən sığorta ödənişinin təyinatı ilə bağlı bütün proseslər artıq e-qaydada aparılır
- 6 saat əvvəl
-
6 saat əvvəl
Kapital Bank-ın dəstəyi ilə keçirilən müəllimlər üçün çempionat yekunlaşdı
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Naxçıvanda elektron xidmətlərdən istifadənin dairəsi genişlənib
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Son Xəbərlər

Dünya Bankı əmtəə qiymətlərinin 2020-ci ildən bəri görünməmiş səviyyələrə düşəcəyini gözləyir

BOKT “İnternational” kiçik və orta sahibkarlara dəstək məqsədilə – KOB FİLİALINI AÇDI

"Əsas ideya qənaətcil istehsalatın qurulmasıdır" - MÜSAHİBƏ

“Cahan Holdinq”in prezidentinə mükafat təqdim edilib

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

“AzerGold”da növbəti iclas

Mərkəzi Bank iri banka icrası məcburi sərəncam verib
Ən çox oxunanlar

Naxçıvan İqtisadiyyat Nazirliyində istifadə edilən rəqəmsal yeniliklər təqdim olunub

Naxçıvanda müasir Hərracların Təşkili Mərkəzi istifadəyə verilib
.jpg)
“Azərsun Holdinq” mükafata layiq görüldü

Azərbaycan Çindən 26 milyon dollara 7 lokomotiv alır

"Prime Cotton" şirkəti akademik Zərifə Əliyevanın doğum günü münasibətilə qanvermə aksiyası təşkil etdi

16 avtobus marşrutu bu şirkətlərə və sahibkarlara verildi
