Goldman Sachs: Trampın qələbəsi ABŞ-ın iqtisadi artımına zərbə vura bilər
Qlobal investisiya bankı "Goldman Sachs"ın iqtisadçıları noyabrda keçiriləcək prezident seçkilərində Respublikaçılar və ya Demokratların qalib gəlməsinin ABŞ iqtisadiyyatı üçün mümkün nəticələrini qiymətləndiriblər.
Marja xəbər verir ki, Bankın iqtisadçıları, ABŞ-ın keçmiş prezidenti Donald Trampın seçkilərdə qalib gələcəyi təqdirdə iqtisadi artımın zərbə alacağı barədə xəbərdarlıq ediblər.
İqtisadçılar, Trump-ın vergi və daha sərt immiqrasiya siyasətlərinin iqtisadi artıma vuracağı zərbənin, əksər vergi endirimlərinin saxlanmasının müsbət təsirindən üstün olacağını proqnozlaşdırırlar.
Goldman-ın iqtisadçıları, Trampın qalib gəldiyi ssenaridə iqtisadi artıma aşağıya doğru təsirin ikinci yarıda 0,5 faiz bəndi ilə ən yüksək səviyyəyə çatacağını və mənfi təsirlərin 2026-cı ildə azalacağını proqnozlaşdırırlar.
Əgər ABŞ-ın vitse-prezidenti Kamala Harris seçkidə qalib gəlsə və Demokratlar Konqresin hər iki palatasına nəzarəti ələ keçirsə, iqtisadçılar 2025-2026-cı illər arasında iqtisadiyyatın orta hesabla çox cüzi artacağını proqnozlaşdırırlar.
"Əgər Harris, Respublikaçıların Konqresin ən azı bir palatasına nəzarət etdiyi bölünmüş hökumət ssenarisində Ağ Evi qazansa, siyasət dəyişikliklərinin təsiri kiçik və neytral olacaq”, deyə Goldman iqtisadçıları yazıblar.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 16 d. sonra
- 9 saat əvvəl
-
10 saat əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 11 saat əvvəl
-
12 saat əvvəl
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Ən çox oxunanlar
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib


























