"Kristal Bakı”: 2022 və 2023-cü illəri mənfəətlə başa vurmuşuq - AÇIQLAMA
”Kristal Bakı” ASC-nin Mənfəət vergisi bəyannaməsi əsasında “Vergitutma məqsədləri üçün mənfəəti” müvafiq olaraq 2022-ci il üzrə 1 milyon 918 min 613 manat, 2023-cü il üzrə isə 12 milyon 725 min 488 manatı olmuşdur.
"Kristal Bakı” ASC şikəti son 3 ildə yığılmış 30 milyon manatdan çox zərərə aydınlıq gətirib.
Şirkətdən Marja-ya veriən məlumata görə, qanunvericiliyin tələblərinə görə, “Kristal Bakı” ASC-nin gəliri audit hesabatlarında avans olaraq qeydə alınıb, daşınmaz əmlakın tikintisi layihələri başa çatıb təhvil verildikdən sonra avans gəlir kimi tanınacaqdır.
“Kristal Bakı” ASC-nin açıqlamasında deyilir:
"“Kristal Bakı” ASC-nin audit yoxlamasını aparmış müstəqil audit təşkilatı audit yoxlamasının nəticəsini tərtib edərək “Kristal Bakı” ASC-ə və rəsmi dövlət qurumlarına təqdim etmişdir. Hər bir peşəkar maliyyəçinin bildiyi kimi tikinti-quraşdırma işləri yekunlaşmamış tikili, bina, mənzil və yaxud hər hansı bir daşınmaz əmlakın satışından gəlir IFRS-in (Beynəlxalq Maliyyə Hesabatı Standartları) təyin etdiyi standartlara əsasən sözügedən daşınmaz əmlakın tikintisi başa çatıb təhvil verildikdən sonra rəsmi olaraq tanınır. Buna görə də həmin hesabatlarda gəlir tanınmamış və inzibati xərclər zərər kimi əks etdirilmişdir.
”Kristal Bakı” ASC-nin Mənfəət vergisi bəyannaməsi əsasında “Vergitutma məqsədləri üçün mənfəəti” müvafiq olaraq 2022-ci il üzrə 1 milyon 918 min 613 manat, 2023-cü il üzrə isə 12 milyon 725 min 488 manatı olmuşdur. Bu da Dövlət Vergi Xidmətinin portalında əks etdirilmiş və buna görə yaranan mənfəət vergisi dövlət büdcəsinə ödənmişdir. Bu isə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 130.6-cı maddəsinə əsasən götürülmüşdür. Vergi Məcəlləsinin 130.6-cı maddəsində qeyd edilmişdir ki, “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı gəlir və bu gəlirdən çıxılan xərclər vergi ili ərzində yerinə yetirilmiş işlər (mərhələlər) üzrə təqdim edilən yaşayış və qeyri-yaşayış sahələrinin ƏDV-siz məbləğləri ilə həmin sahələrin tikintisi ilə bağlı çəkilən məsrəflər, o cümlədən torpaq sahələrinin alınması ilə bağlı çəkilən məsrəflər əsasında müəyyən edilir. Burdan bu nəticəyə gəlmək olur ki, “Kristal Bakı” ASC 2022 və 2023-cü il üzrə fəaliyyət dövrünü mənfəətlə başa vurmuşdur".
Xəbər verdiyimiz kimi, yaşayış binalarının tikintisi və satışı ilə məşğul olan, "Kristal Abşeron" MTK ilə birgə çalışan "Kristal Bakı" ASC, başa çatmış son 3 maliyyə ili üzrə audit edilmiş maliyyə hesabatlarına görə, 2021-ci ili 2 milyon 384 min manat, 2022-ci ili 11 milyon 972 min manat, 2023-cü ili 15 milyon 453 min manat xalis zərər ilə başa vurub. 31 dekabr 2023-cü il tarixində Şirkətin yığılmış zərəri 30 milyon 131 min manat təşkil edib. Şirkətin cəmi kapitalı mənfi 30 milyon 121 min manat olub.
2023-cü ildə "Kristal Bakı" ASC əsas əməliyyat gəliri 52 min manat, məzənnə fərqindən gəliri 63 min manat, faiz gəliri 7 milyon 715 min manat olmaqla cəmi 7 milyon 830 min manat təşkil edib. Ötən il şirkətin cəmi xərcləri isə 27 milyon 519 min manat təşkil edib. Beləliklə, mənfəət vergisindən əvvəlki zərər 19 milyon 690 min manat olub. Mənfəət vergisi üzrə 4 milyon 236 min manatlıq dəyişiklik zərəri azaldıb.
31 dekabr 2023-cü il tarixində "Kristal Bakı" ASC 445 milyon 200 min manat cəmi aktivlərə malik olub. Şirkət 2022-ci ilin sonunda 193 milyon 954 min manat cəmi aktivlərə malik idi (ötən il şirkətin cəmi aktivləri 2,3 dəfə artıb). 2023-cü ildə "Kristal Bakı" ASC-nin cəmi öhdəlikləri 2,3 dəfə artaraq 475 milyon 321 min manata çatıb. Öhdəliklərin artması borcların və alınan avansın artması ilə əlaqədardır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 10 saat əvvəl
-
10 saat əvvəl
Məktəbli qızlarımız ölkəmizi Avropa Qızlar İnformatika Olimpiadasında təmsil edəcəklər
-
12 saat əvvəl
Son bir gündə vətəndaşların bank kartlarından 21 min manatdan çox pul oğurlanıb
-
-
13 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ilin 1-cü rübünü mənfəətlə başa vurdu
-
1 gün əvvəl
Neft Fondu dövlət büdcəsinə 3 milyard 620,3 milyon manat transfert edib
-
1 gün əvvəl
122, 160A, 193, 195 və 503 nömrəli avtobus marşrutları müsabiqəyə çıxarılıb
-
1 gün əvvəl
Azərbaycanın icmal büdcəsində 1 milyard 683 milyon manat profisit yaranıb
-
1 gün əvvəl
1 aprel tarixinə Azərbaycanın 5 milyard dollardan çox xarici dövlət borcu olub
-
1 gün əvvəl
Şuşa, Xankəndi və Laçın şəhərlərində kanat yolu tikilir - 40 MİLYON MANAT AYRILIB
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Gömrüyün sədri: İnsanlar digər xərcləri düşünmür, amma gömrük ödənişlərinə tərəddüdlə yanaşırlar”
Son Xəbərlər

Sabahın hava proqnozu açıqlandı

Məktəbli qızlarımız ölkəmizi Avropa Qızlar İnformatika Olimpiadasında təmsil edəcəklər

Ziraat Bank Azərbaycan 2025-ci ilin 1-cü rübünü mənfəətlə başa vurdu

Dövlət büdcələrinin icrasına dair operativ məlumat
Ən çox oxunanlar

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Gömrüyün sədri: İnsanlar digər xərcləri düşünmür, amma gömrük ödənişlərinə tərəddüdlə yanaşırlar”

Uber, Trendyol Go-nu satın almaq üçün danışıqlar aparır

Bankların adından Azərbaycan Prezidentinə müraciət ünvanlanıb

“Norm” şirkətində yığıncaq keçiriləcək

Quşçuluq şirkətinin direktoru vəzifədən azad ediləcək və yeni direktor təyin ediləcək
.jpg)