Avrozonada dövlət borcu artıb - 13 TRİLYON AVRO
Avrozonada dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbəti bu ilin birinci rübündə 88,7 faizə çatıb.Avropa Statistika Xidməti (Eurostat) 2024-cü ilin birinci rübü üzrə Avropa İttifaqı (Aİ) və Avro Bölgəsinin birinci rübündə dövlət borcu və büdcə kəsiri məlumatlarını açıqlayıb.
Marja məlumatlara istinadən xəbər verir ki, Avrozonada ötən ilin son rübündə 88,2 faiz olan dövlət borcunun ÜDM-ə nisbəti bu ilin birinci rübündə 88,7 faizə yüksəlib.
Aİ-də keçən ilin dördüncü rübündə 81,5% olan dövlət borcunun ÜDM-ə nisbəti birinci rübdə 82%-ə çatıb.
Beləliklə, ümumi dövlət borcu Avrozonada 12 trilyon 926 milyard avroya, Avropa İttifaqında isə 14 trilyon 103 milyard avroya çatıb.
Yunanıstan ən yüksək borc nisbətinə malikdir
Avropa İttifaqına üzv ölkələr arasında 2019-cu ilin birinci rübündə dövlət borcunun ÜDM-ə nisbəti ən yüksək olan ölkə 159,8 faizlə Yunanıstan olub. Yunanıstanın ardınca 137,7 faizlə İtaliya, 110,8 faizlə Fransa, 108,9 faizlə İspaniya, 108,2 faizlə Belçika və 100,4 faizlə Portuqaliya yer tutur.
Sözügedən dövrdə dövlət borcunun ÜDM-ə nisbəti ən aşağı olan ölkələr 22,6% ilə Bolqarıstan, 23,6% ilə Estoniya və 27,2% ilə Lüksemburq olub.
Büdcə kəsiri
AB-nin keçən ilin son rübdə 3,9% olan büdcə kəsirinin ÜDM-ə nisbəti birinci rübdə 3%-ə enib.
Avrozonada büdcə kəsirinin ÜDM-ə nisbəti eyni dövrdə 4 faizdən 3,2 faizə düşüb.
Aİ ölkələri arasında birinci rübdə ən çox büdcə kəsiri olan ölkələr 7% ilə Rumıniya, 6% ilə Macarıstan, 5,6% ilə Fransa və Bolqarıstan, 5% ilə Slovakiya, 4,5% ilə Belçika, 3,7% ilə Finlandiya və 3.2% ilə İspaniyadır.
Aİ qaydalarına görə, normal şəraitdə üzv ölkələrin dövlət borcları ÜDM-nin 60 faizindən, büdcə kəsiri isə ÜDM-nin 3 faizindən çox olmamalıdır. Bu limitlər keçdikdə, həyata keçiriləcək tədbirlər barədə Aİ Komissiyasına məlumat verilməli və təsirli tədbirlər görülməlidir. Bununla belə, Aİ ölkələrinin əhəmiyyətli bir hissəsi fiskal qaydalara əməl etmir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
9 saat əvvəl
Sahibkarlar Həftəsində Yapı Kredi Bank Azərbaycandan biznes müştərilərinə xüsusi fürsətlər ®
-
10 saat əvvəl
"Qüvvələrimizi birləşdirərək yeni bazarlara çıxa, birgə layihələr həyata keçirə bilərik"
-
10 saat əvvəl
“Hermes” lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
-
11 saat əvvəl
OBA müharibə veteranlarının məşğulluğuna verdiyi töhfəyə görə təltif olunub
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakıda “Türk dünyası – 2026” beynəlxalq idman rəqsləri müsabiqəsi keçirilib
-
11 saat əvvəl
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
- 14 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident İlham Əliyev Vyetnamda rəsmi səfərdədir
Ən çox oxunanlar
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
Bank olmayan kredit təşkilatına lisenziya verilib
Vergi yoxlamaları riskə görə aparılacaq – Dövlət Vergi Xidməti yeni mexanizm hazırlayır























