Danışıqların əsas mövzularına iqtisadi məsələlər də daxildir
Hindistanın baş naziri Narendra Modi Rusiyaya səfər edib.
Marja xəbər veri rki, danışıqların əsas mövzularına iqtisadi məsələlər də daxildir.
Hər iki tərəf ölkələr arasında ticarət balanssızlığını düzəltmək niyyətindədir. Məsələn, ilin əvvəlindən Rusiya Hindistana 21,6 milyard dollar dəyərində mal tədarük edib, əks istiqamətdə isə bu, 13,5 dəfə azdır (təxminən 1,6 milyard dollar). Bundan əlavə, Hindistanın özü beynəlxalq ticarətdə mənfi saldo ilə mübarizə aparır - yəni ölkə satdığından daha çox başqa ölkələrdən mal alır.
Bunun fonunda Hindistan biznesi Rusiyaya tədarükün həcmini artırmaq istəyir. Söhbət ilk növbədə yüksək texnologiya sektorunun məhsullarından gedir - Hindistan ixracının 50%-dən çoxu avtomobillər, elektron komponentlər və təyyarələr üçün ehtiyat hissələridir.
Həmçinin, hər iki tərəf ikitərəfli ödənişlər mexanizminin yaradılmasını - Rusiyada Hindistan RuPay və Hindistanda Rusiyanın “Mir” ödəniş kartlarının istifadəsinə başlamağı müzakirə etməlidir.
Ötən ilin sonunda Rusiya ilə Hindistan arasında ticarət dövriyyəsi 33% artaraq 65,7 milyard dollar təşkil edib.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 1 saat əvvəl
- 10 saat əvvəl
-
12 saat əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 13 saat əvvəl
-
13 saat əvvəl
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Ən çox oxunanlar
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib


























