Fransada parlament seçkilərinin birinci turunda Marin Le Penin sağçı partiyası qalib gəlib
Fransada keçirilən seçkilərin birinci turunda “Milli Birlik” partiyası qalib gəlibFransada parlament seçkilərinin birinci turunda Marin Le Penin sağçı partiyası qalib gəlib.
Marja ölkənin Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, "Milli Birlik Partiyası" 33,4% səs toplayıb.
İkinci yerdə 27,98% səslə sol blok "Yeni Xalq Cəbhəsi" qərarlaşıb. Üçüncü yeri 20,76% səslə prezident Emmanuel Makronun koalisiyası tutub.
2002-ci ildən bəri Fransada keçirilən parlament seçkilərində 66,81 faiz iştirak rekordu olub.
Məlumata görə, ilk turda “Milli Birlik”dən 39 deputatı qalib gəlib. “Yeni Xalq Cəbhəsi”nin 32 deputatı var. Amma cənab Makronun koalisiyasında iki deputat var. Parlamentdə 577 yer var. Fransa Milli Assambleyasına seçkilərin ikinci turu iyulun 7-də keçiriləcək.
Səsvermənin ilk nəticələri elan edildikdən sonra bir neçə min insan ölkə meydanına gəlib. Onlar “Milli Birlik Partiyası”nın qələbəsinə qarşı çıxıblar. Nümayişlər ölkənin digər şəhərlərində də keçirilib.
Parisin Respublika meydanına bir neçə min insan toplaşıb. Onlar birinci turda ifrat sağçı “Milli Birlik Partiyası”nın qələbəsinə qarşı çıxıblar. Fransanın digər şəhərlərində də nümayişlər keçirilir. İğtişaşlar başlayıb, etirazçılar polislə toqquşub.
Eyni zamanda, Fransanın hazırkı prezidenti seçkilər ərəfəsində ifrat sağ və sol blokların planlarının vətəndaş müharibəsinə səbəb ola biləcəyini bəyan edib. Marin Le Pen bildirib ki, bu cür ittihamlar prezidentin siyasi blokunun zəifliyinin göstəricisidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
10 saat əvvəl
Sahibkarlar Həftəsində Yapı Kredi Bank Azərbaycandan biznes müştərilərinə xüsusi fürsətlər ®
-
10 saat əvvəl
"Qüvvələrimizi birləşdirərək yeni bazarlara çıxa, birgə layihələr həyata keçirə bilərik"
-
11 saat əvvəl
“Hermes” lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
-
11 saat əvvəl
OBA müharibə veteranlarının məşğulluğuna verdiyi töhfəyə görə təltif olunub
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakıda “Türk dünyası – 2026” beynəlxalq idman rəqsləri müsabiqəsi keçirilib
-
12 saat əvvəl
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
- 14 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident İlham Əliyev Vyetnamda rəsmi səfərdədir
Ən çox oxunanlar
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
Bank olmayan kredit təşkilatına lisenziya verilib
Vergi yoxlamaları riskə görə aparılacaq – Dövlət Vergi Xidməti yeni mexanizm hazırlayır




























