Coca-Cola şirkəti "2030 Su Təhlükəsizlik Strategiyası"nı təqdim edib
Coca-Cola ötən həftə keçirilən Bakı Beynəlxalq Su Konfransında özünün 2030 Su Təhlükəsizlik Strategiyasını təqdim edib.
Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin təşkil etdiyi, dövlət qurumları, özəl sektor və beynəlxalq şirkətlərin nümayəndələrinin iştirak etdiyi Bakı Beynəlxalq Su Konfransında ölkə üçün önəmli olan su problemləri müzakirə edilib. Həm yerli, həm beynəlxalq iştirakçılar su resurslarının qorunması, suyun səmərəli istifadəsi üçün həll yolları təklif edib, beynəlxalq təcrübəni paylaşıblar.
Konfransın əsas tərəfdaşlarından biri olan Coca-Cola fəaliyyətində və məhsullarının istehsalında su ilə bağlı ən yaxşı təcrübələri bölüşərək 2030 Su Təhlükəsizlik Strategiyasını təqdim edib.
2030 Su Strategiyasına uyğun olaraq Coca-Cola fəaliyyət göstərdiyi ölkələrdə su resurslarından səmərəli istifadə və dayanıqlı idarəetmə üçün innovativ texnologiyalardan istifadə edir, eyni zamanda su çatışmazlığı olan ölkələrdə su hövzələrinin qorunması üçün layihələrə dəstək olur.
Strategiyanın təmsil etdiyi 3 təməl sütun aşağıdakılardır:
- İstehsal prosesində istifadə olunan suyun azaldılması və təkrar istifadəsi. Şirkət 2030-cu ilə qədər istehsal müəssisələrində xammal kimi istifadə olunan suyun həcminin 20% azaldılmasını hədəfləyir və bunun üçün yeni texnologiyalardan yararlanır.
- Su hövzələrində suyun mühafizəsi və artırılması, su itkisinin qarşısının alınması. Şirkət istehsalda istifadə etdiyi su həcmi qədər su resurslarının bərpası üçün layihələrə dəstək olur, suyun cəmiyyətə qaytarılmasını hədəfləyir.
- Su problemi olan icmalar üçün təhlükəsiz su təchizatına dəstək. Su qıtlığı və ya içməli su problemi olan icmalara su təchizatı, eyni zamanda fövqəladə hallarda ehtiyacı olanlar üçün su dəstəyi həyata keçirir.
Coca-Cola şirkətinin Avrasiya üzrə İctimaiyyətlə Əlaqələr direktoru Elşad Fərzəliyev bildirib ki, şirkət Azərbaycanda bu istiqamətində müxtəlif layihələr həyata keçirir:
“Coca-Cola sərinləşdirici içki sektorunda sudan dayanıqlı istifadə sahəsində qabaqcıl təcrübəyə malikdir. Bizim 2030 Su Təhlükəsizlik Strategiyamıza uyğun olaraq Azərbaycanda sudan istifadənin azaldılması, su resurslarının bərpası və qorunması sahəsində bir sıra layihələr həyata keçirməkdəyik. Abşeron ərazisində Coca-Cola Fondunun dəstəyi ilə əkilən ümumilikdə 100 min ağacın suvarılmasında su israfının qarşısını almaq üçün damcı-suvarma sistemi quraşdırmışıq. ADA Fondu ilə əməkdaşlıq edərək ADA Universitetinin ərazisində ağacların suvarılması üçün yeraltı sulardan təkrar istifadəyə yönələn “Suyu qoru, təbiəti canlandır” layihəsinə başlamışıq. Bu il Azərbaycanda Yaşıl Dünya Naminə Həmrəylik İli və COP29 beynəlxalq tədbirinin olacağını nəzərə alaraq yeni ekoloji layihələr nəzərdə tutmuşuq”.
Qeyd edək ki, Coca-Cola məhsullarını 200-dən çox ölkədə satan qlobal içki şirkətidir və məqsədi dünya istehlakçılarını təravətləndirmək və fərqlilik yaratmaqdır. Şirkət Azərbaycandakı fəaliyyətinə 1994-cü ildə Türkiyənin beynəlxalq içki istehsalı şirkəti olan “Coca-Cola İçecek”in tərkib hissəsi olaraq “Azerbaijan Coca-Cola Bottlers”ın yaradılması ilə başlayıb və o vaxtdan bəri Coca-Cola, Fanta, Sprite, Bonaqua, Cappy və Fuse Tea kimi məşhur sərinləşdirici içki markalarının istehsalı və satışı ilə məşğuldur. 400-ə yaxın işçisi olan Coca-Cola Azərbaycan eyni zamanda təchizat zənciri vasitəsilə 5000-dən çox iş yerini dəstəkləyir. Şirkət tullantıların azaldılması, su ehtiyatının qorunması, qadın və gənclərin iqtisadi imkanlarının artırılması məqsədi ilə icma layihələrinə 3 milyon dollardan çox sərmayə yatırıb.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
Pulunuzu sadəcə saxlamayın? Kapital Bank-ın rəsmisi investisiyanın əsas qaydalarını açıqladı - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 1 gün sonra
- 2 saat əvvəl
-
5 saat əvvəl
“Pegasus” Avropada böyüyür – İki aviaşirkəti birdən satın aldı
-
9 saat əvvəl
Avropa İttifaqı 9 oyun şirkəti ilə bağlı araşdırmaya başlayıb
-
9 saat əvvəl
Hörmüz böhranı gübrəni bahalaşdırdı – Qiymət 9 ayda 28,4% artıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
AZAL daha bir “Airbus A321neo” aldı – Donanmadakı təyyarələrin sayı 31-ə çatdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
“Pegasus” Avropada böyüyür – İki aviaşirkəti birdən satın aldı
Hörmüz böhranı gübrəni bahalaşdırdı – Qiymət 9 ayda 28,4% artıb
Naxçıvan Ali Məclisinin deputatı mandatından məhrum edilib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
SOCAR yeni şirkət yaradıb
Bakıdan Tbilisiyə daha ucuz getmək mümkün olacaq, biletlər 36 manatdan başlayacaq - gündə 4 reys olacaq
Azərbaycanda oktyabrın 2-dən 5-dək yağış yağacaq
Yasamalda “kazino mənzili” aşkarlandı, 6 nəfər saxlanıldı - 5 milyon manatdan çox dövriyyə
Mərkəzi Bank 2 BOKT-un lisenziyasını ləğv edib






















